Məhkəmə qərarları › İş №2(002)-1706/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1706/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1706/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakışəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakışəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakışəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bilal Niftəliyev küçəsi, 7 saylı evin 9 saylı mənzili Azərbaycan RespublikasıƏMDK-nın yanında DƏDRX-nin BakıƏrazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında onun mülkiyyətindədir. 2006cı ildə Cavabdeh həmin ünvana pasport qeydiyyatına düşmüşdür. Cavabdeh hal-hazırda həmin ünvanda yaşamır, formal olaraq pasport qeydiyyatındadır. Cavabdehin faktiki olaraq harada yaşaması barədə heç bir məlumatı yoxdur. Cavabdehin faktiki olaraq həmin ünvanda yaşamadığı halda qeydiyyatda olması onun mülkiyyəti üzərində sərəncam verməsinə maneçilik törədir və həmçinin, əlavə kommunal xərclərin ödənilməsinə səbəb olur. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Bakışəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 7 saylı evin 9 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddia tələbini müdafiə edib, onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinəəsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və mülki işi materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan RespublikasıƏMDK-nın yanında DƏDRXnin Bakışəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakışəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 7 saylı evin 9 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Təqdim olunmuş sənədlərdən görünür ki, Cavabdeh 2016-cı ildə Bakışəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 7 saylı evin 9 saylı mənzilinə qeydiyyata alınmışdır. Həmin mənzildə yaşamır. İddiaçı ilə hər hansı qohumluq əlaqələri yoxdur. Cavabdehin faktiki yaşayış yeri iddiaçıya məlum deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinəəsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan itsifadə etmək və ona dair sərancam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinəəsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının vəƏsas X1 Konvensiya»nın 1 saylı protokolunun 1-ci bəndinəəsasən «Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.» Mülkiyyətçinin hüquqlarına müdaxilə iləəlaqədar «Uolson İsveçrəyə qarşı» məhkəmə işi üzrə X5 Məhməkəsinin qərarında müdaxilənin zəruriliyinin meyarları dəqiq müəyyən edilmiş və həmin qərara əsasən zərurilik anlayışı, müdaxilənin kəskin ictimai tələbatıəks etdirməsini və müdaxilənin demokratik cəmiyyətdə zəruriyini müəyyən edərək, onun qanunun məqsədinə uyğun olmasını nəzərdə tutur. Məhkəmədə müəyyən edildi ki, Cavabdeh iddiaçının mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olsa da, o, həmin mənzildə yaşamır. Belə olan halda onun həmin mənzilə istifadə hüququnun əldə edilməsini zəruri edən əsas da artıq mövcud deyildir. Bu əsasın mövcud olmaması isə mahiyyət etibarılə onun yaşayış sahəsinə olan istifadə hüququnun itirilməsini istisna etmir. Bundan başqa, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələbinəəsasən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan islifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinəəsasən hər bir tərəf öz tələblərinin və etirazlarınının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Bakışəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Bilal Niftəliyev küçəsi 7 saylı evin 9 saylı mənzilindən istifadə hüququ itirilsin. Hazırkı məhkəmə qətnaməsi cavabdehin həmin mənzildən qeydiyyatdan çıxarılmasıüçün əsasdır. Qətnamədən 1 (bir) ay müddətində Bakışəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar