Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1709/2020 22.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 20.12.2015-ci il tarixində doğulmuş Zakirin və 20.10.2017-ci il tarixində doğulmuş Yaqutun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsi haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi geri qaytarılır. Həmçinin, 28 dekabr 2018-ci il tarixdən qüvvədə olan mülki prosessual qanunvericiliyə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanunun 8.2.2-ci maddəsinə əsasən məhkəməyə verilən hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrdən 10 manat məbləğində dövlət rüsumu ödənilir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə ərizəçinin iddia tələbi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə aiddir. qanunvericiliyin təhlilindən aydın olur ki, hazırki iş üzrə ərizəçi tərəfindən qanunvericiliklə müəyyən olunmuş qaydada 10 manat məbləğində dövlət rüsumu ödənilməli olduğu halda, ərizəçi tərəfindən qeyd olunan məbləğdə dövlət rüsumunun ödənilməsinə və ya dövlət rüsumunun ödənilməsindən azad oluması hallaraına dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən müvafiq məbləğdə dövlət rüsumu ödənilmədiyindən, hazırki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ərizəçi tərəfindən ərizəyə qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini və ya dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən sənəd əlavə edilmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı, habelə ərizəçiyə ərizənin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1709/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1709/2020
22.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver