Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-172/2023 14.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X18 və onun nümayəndəsi və vəkili Nümayəndə İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşı “eve köçürülmə” tələblərinə dair iddialar üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun birgə nikah dövründə inşa etdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-ci massiv, 56A saylı fərdi yaşayış evinə köçürülməsi və mediasiyya və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat rüsumların cavabdehdən tutulması barədə qətnamə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X18 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X3 ilə 21 oktyabr 2002-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir.Birgə nikahdan uşağı olmamışdır. Cavabdehlə birgə nikahda olduğu müddətdə 21 fevral 2004-cü i ltarixdə etibarnamə əsasında X2 xx.xx.1989-cu il tarxli 13/713 saylı sərancamla verilmiş Lökbatan qəsəbəsində 600 kv.m sahəli torpaq sahəsini almışlar və həmin torpaq sahəsində 3 otaq, 1 sanitar qovşqağı və mətbəxdən ibarət fərdi yaşayış evi tikərək 2005-ci ildə həmin evə köçüb yaşamışlar.Hazırda onların birgə nikah dövründə əldə etdiyi əmlak, eləcə də onun şəxsi əşyaları həmin evdə yerləşdirilmişdir. Cavabdehlə aramızda olan narazılığa görə nikahları Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Cavabdehlə aralarında münasibətlər tamamilə pozulmuş, hətta cavabdeh ondan şikayət etmiş və Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faizi tutulmaqla 01 il islah işləri cəzasına məhkum edilmişdir. Həmin hökmdə də qeyd edilirki,onlar hazırda mübahisə etdiyi Lökbatan qəsəbəsi,7-ci massiv, ev 56 a ünvanında yaşamışlar və mübahisə də həmin ünvanda baş vermişdir.Hazırda cavabdehlə aralarında olan bu narazılıqlara görə mübahisəli mənzildə yaşayabilmir.Cavabdeh onu yeni tikdirdiyi evə buraxmırlar. Həmin ev qanunsuz tikili olmaqla birgə nikah dövründə tikdirmişlər. ona məxsus əşyalar həmin evdə olsa da cavabdeh hazırda onu evə buraxmaq istəmir. Həmin evə onun yeganə yaşayış yeridir və başqa yerdə qalmağa evi yoxdur. Cavabdeh onu yaşadığı evə buraxmadığından onun qanunla qorunan hüquqlarını pozur və onun öz evindən istifadə etməyinə əngəllər yaradır. Mübahisəli ev birgə nikah dövründə inşa edilsə də mülkiyyət hüququnu təsdiq edən sənədi olmadığından özbaşına tikili sayılır. Mübahisəli ev onlat\rın yaşayış yeri olmuş, hazırda cavabdeh həmin evdə yaşamaqla istifadə edir. Lakin onun evdə yaşamağına imkan vermir. Belə ki, cavabdeh mübahisəli tikiliyə onunla birlikdə eyni hüquqa malikdir. Onun hazırda köçmək istədiyi yaşayış sahəsindən başqa onun yaşayış evi yoxdur. Bu səbəbdən də cavabdehin onunevdəyaşamağınamaneolmasıəsassız və qanunsuzdur. Bərabərlik prinsipinə uyğun olaraq onun da cavabdehlə eyni şərtlər daxilində mübahisəli tikilidən yararlanmaq hüququ vardır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X8 ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə etiraz ərizəsi ünvanlayaraq, bildirmişdir ki, iddiaçının iddiasında göstərilənlərin bir hissəsi doğru olsa da, əsas hissəsi həqiqəti əks etdirmir. Belə ki, iddaçı iddia ərizsində onlara məxsus olan qeyd olunan toıpaq sahəsində 2005-ci ildə tikdiikləri özbaşına tikili olan evi göstərsə də, həmin torpaq sahəsində 20,12ci ildə tikdiləri, birinci evdən təcrid olunmuş formad olan ikinci evi isə ərizəsində qəsdən göstərmir. Halbuki onunla İddiaçı arasında nikah pozulmamışdan hələ iki ay əvvəl aralarında münaqişə yaranması ilə bağlı İddiaçı özünə məxsus şəxsi əşyalarının hamısını həyətin arxa hissəsində 2012-ci ildə tikdiyi 4 otaqlı, 120 kv.metr sahəsi olan həmin evə aparmaqla orada tək yaşayır.Onu da əlavə etdi ki,ikinci tikdiyi evdə 2012-ci ildən hal hazıra kimi kirayəçilər yaşayırlar. İddiaçı həmin ikinci evə köçərkən iki otaqda olan kirayəçiləri çixararaq ora özü yerləşmiş, digər iki otaqda isə kirayəçilər indi də yaşamaqdadırlar. Bu fakt qonşuları ilə birlikdə tərtib etdikləri 07 oktyabr 2022-ci il tarixli aktla da təsdiq olunur. Aktda göstərilir: “Biz aşağıda imza edənlər Bakı şəhəri, Qaradağrayonu, Lökbatan qəsəbəsi, 8-ci massiv 56A saylı fərdi yaşayış evində faktikiyaşamaqla, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olan FərzəliyevŞəbinə Köçəri qızı (ş/v AZE********), Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 8-ci massiv 10 saylı fərdi yaşayış evində faktiki yaşamaqla,İsmayıllı rayonu, Vaşa kəndində qeydiyyatda olan X22(ş/v: AA1107859) və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-cimassiv 11 saylı fərdi yaşayış evində faktiki yaşamaqla qeydiyyatda olan X4(ş/v:AA4196055) bu aktı tərtib edirik ondan ötrü ki, ünvan 1 ünvanda 2003-cü ildən X1 əri İddiaçı ilə faktiki yaşamaqla onlara məxsus torpaq sahəsində öz vəsaitləri hesabına 2 (iki) fərdi ev tikmişlər. 2005-cü ildə fərdi evin biri tikilmiş, hazırda həmin evdə X3 yaşayır, ikinci ev işə birinci evdən təcrid olunmuş formada2012-ci ildə həmin həyətdə tikilmişdir, Fərzəliyeva Şəbinə və İddiaçı arasında nikah pozulmamışdan iki ay əvvəl onların arasında münaqişə yaranması ilə bağlı İddiaçı köçərək həyətin arxa hissəsində 2012-ci ildə tikdikləri 4 otaqlı 120 kv.metr sadəsi olan evdə tək yaşayır. Onunla birlikdə hər hansı bir qohumunun yaşamasım görməmişik". Bundan başqa, iddiaçı ilə onun arasıda olan nikah rəsmi i qaydada pozulduğuna görə onlar artıq birbirilərinə yad adamlardı və onların eyni evdə yaşamağı artıq mümkün deyildir. Buna baxmayaraq onun iddiçının onlara məxsus torpaq sahəsində, həyətin arxa hissəsində 2012-ci ildə tikdiyi 4 otaqlı 120 kv.metr sahəsi olan evdə yaşamasına heç bir etirazı yoxdur.Məhkəmə bu faktın doğruluğunu həm aktı imzalamış qonşularını məhkəmədə şahid kimi dindirməklə, həm də yaşadığı evlərə yerli baxış keçirməklə müəyyən edə bilər.İddianın rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X13 qarşı “eve köçürülmə” tələbı qarşılıqlı iddia verərək,İddiaçı ünvan 2 ünvanda yerləşən, hazırda onun yaşadığı 3 otaqlı evə köçürülməsi barədə iddasının rədd olunması, onun həmin ünvanda - ünvan 3n, sahəsi 120 kv.metr olan 4 otaqlı ikinci evə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarçşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının iddiasında göstərilənlərin bir hissəsi doğru olsa da, əsas hissəsi həqiqəti əks etdirmir. Belə ki, iddaçı iddia ərizsində onlara məxsus olan qeyd olunan torpaq sahəsində 2005-ci ildə tikdiikləri özbaşına tikili olan evi göstərsə də, həmin torpaq sahəsində 20,12-ci ildə tikdiləri, birinci evdən təcrid olunmuş formad olan ikinci evi isə ərizəsində qəsdən göstərmir. Halbuki onunla İddiaçı arasında nikah pozulmamışdan hələ iki ay əvvəl aralarında münaqişə yaranması ilə bağlı İddiaçı özünə məxsus şəxsi əşyalarının hamısını həyətin arxa hissəsində 2012-ci ildə tikdiyi 4 otaqlı, 120 kv.metr sahəsi olan həmin evə aparmaqla otrada tək yaşayır. Onu da əlavə etdi ki, ikinci tikdiyi evdə 2012ci ildən hal hazıra kimi kirayəçilər yaşayırlar. İddiaçı həmin ikinci evə köçərkən iki otaqda olan kirayəçiləri çixararaq ora özü yerləşmiş, digər iki otaqda isə kirayəçilər indi də yaşamaqdadırlar.Bu fakt qonşuları ilə birlikdə tərtib etdikləri 07 oktyabr 2022-ci il tarixli aktla da təsdiq olunur. Aktda göstərilir: “Biz aşağıda imza edənlər Bakı şəhəri, Qaradağrayonu, Lökbatan qəsəbəsi, 8-ci massiv 56A saylı fərdi yaşayış evində faktikiyaşamaqla, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olan FərzəliyevŞəbinə Köçəri qızı (ş/v AZE********), Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 8-ci massiv 10 saylı fərdi yaşayış evində faktiki yaşamaqla,İsmayıllı rayonu, Vaşa kəndində qeydiyyatda olan X22(ş/v: AA1107859) və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-cimassiv 11 saylı fərdi yaşayış evində faktiki yaşamaqla qeydiyyatda olan X4 (ş/v: AA4196055) bu aktı tərtib edirik ondan ötrü ki, ünvan 4 ünvanda 2003-cü ildən X1 əri Fərzəliyev Həmid Azər oğlu ilə faktiki yaşamaqla onlara məxsus torpaq sahçsində öz vəsaitləri hesabına 2 (iki) fərdi ev tikmişlər. 2005-cü ildə fərdi evin biri tikilmiş, hazırda həmin evdə X3 yaşayır, ikinci ev işə birinci evdən təcrid olunmuş formada 2012-ci ildə həmin həyətdə tikilmişdir, Fərzəliyeva Şəbinə və İddiaçı arasında nikah pozulmamışdan iki ay əvvəl onların arasında münaqişə yaranması ilə bağlı İddiaçı köçərək həyətin arxa hissəsində 2012-ci ildə tikdikləri 4 otaqlı 120 kv.metr sadəsi olan evdə tək yaşayır. Onunla birlikdə hər hansı bir qohumunun yaşamasım görməmişik". Bundan başqa, iddiaçı ilə onun arasıda olan nikah rəsmi i qaydada pozulduğuna görə onlar artıq birbirilərinə yad adamlardı və onların eyni evdə yaşamağı artıq mümkün deyildir. Buna baxmayaraq onun iddiçının onlara məxsus torpaq sahəsində, həyətin arxa hissəsində 2012-ci ildə tikdiyi 4 otaqlı 120 kv.metr sahəsi olan evdə yaşamasına heç bir etirazı yoxdur.Məhkəmə bu faktın doğruluğunu həm aktı imzalamış qonşularını məhkəmədə şahid kimi dindirməklə, həm də yaşadığı evlərə yerli baxış keçirməklə müəyyən edə bilər. Bundan başqa, iddiaçı ilə onun arasında olan nikah rəsmi qaydada pozulduğuna görə onlar artıq bir-birinə yad adamlardır və eyni evdə yaşamağı artıq mümkün deyildir. Buna baxmayaraq onun iddia ərizəsinə yazdığı etirazda iddiaçının onlara məxsus torpaq sahəsində, həyətin arxa hissəsində 2012-ci ildə birgə vəsaiti hesabına tikdiyi 4 otaqlı 120 kv.metr sahəsi olan evdə yaşamasına etiraz etmədiyini bildirsə də, Qaradağ rayon məhkəməsində 17 noyabr 2022-ci il tarixdə keçirilən hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı onlara məxsus torpaq sahəsində, həyətin arxa hissəsində 2012-ci ildə 4 otaqlı 120 kv.metr sahəsi olan evi tikməyini və hazırda orada yaşamasını etiraf etsə də, həmin evi guya anasından, qardaşından aldığı pulun hesabına tikdiyini bildirmişdir. Halbuki onun bu dedikləri yalan olmaqla heç bir sübuta əsaslanmır. Bununla da İddiaçı eyni ünvanda, eyni həyətdə öz vəsaiti hesabına tikdiyi ikinci evin bizə məxsus olmasım inkar etməyə cəhd etmişdir. Halbuki hər iki evə dair ayrı-ayrılıqda su, qaz və elektrik enerjisinə dair bağlanmış müqavilələr və quraşdırılmış sayğaclar da İddiaçı adınadır. Bu faktın yoxlanılması üçün vəkilinin qeyd olunan ünvanda onlara məxsus həyətdə faktiki olaraq iki evin olmasının müəyyən edilməsi üçün məhkəmə tərəfindən yerli baxış keçiriməsi barədə verdiyi vəsatətini hakim təmin etməyərək bildirdi ki, o yalnız iddia tələbi həcmində işə baxaraq qərar qəbul edəcəkdir. Bununla da hakim onun etirazımı nəzərə almayaraq iddianı təmin edəcəyini aşkar surətdə bildirdi. Belə halda isə onun hüquqları nozulmaqla qətnamə çıxarılmış olacaqdır. Hazırlıq iclasında baş verənlərdən sonra iddiaçıya onun də onun hazırda yaşadığı, eyni ünvanda olan, birgə vəsaiti hesabına tikdiyi ikinci evə köçürülməyi barədə məhkəmədə qarşılıqlı iddia qaldırmağına əsaslar yaranmış oldu. Belə ki, qarşılıqlı iddiada gəstərdiyi kimi, artıq İddiaçılə nikahı məhkəmə qaydasında ləğv olunduğu, həmçinin ona qarşı cinayət törətdiyinə görə məhkum olunduğu və aralarında hazırda da düşmənçilik münasibətlərinin davam etdiyi, ona hədə- corxu gəldiyi üçün onunla eyni evdə yaşamaları mümkün deyildir, bu halda isə Həmidin ona qarşı daha ağır cinayət törətməsi qaçılmaz olacaqdır. Ona görə də onun ya hazırda yaşadığı evdə qalmağı, ya da məhkəmə onun yaşadığı evə köçürülməsi barədə iddiasmi təmin edəcəyi halda, onun da həmin həyətdə, eyni ünvada tikdiyi 4 otaqlı evə köçürülməyi barədə qarşılıqlı iddianı təmin etməlidi ki, onun da hüquqları təmin olunsun. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh X18 və onun nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmiş və çünki cavabdehlə aralarında ailə daxili münaqişə var və buna görə Polis Bölməsində belə onun barəsində iş başlanılıb və cavabdehin onunla eyni mənzildə yaşaması mümkün deyil. Qarşılıqlı iddiada cavabdehin köçmək istədiyi ev və torpaq sahəsi onun deyil, həmin torpaq sahəsi anasına satılıb və anasına məxsusdur. Həmid özü də həmin mənzildə yaşayıb və əşyaları cavabdehin indiki yaşadığı evdədir, cavabdeh onun evə girişinə maneələr yaradır. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında İlkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsim xahiş etmiş və qeyd etdi ki, o 2 evi Həmid ilə birgə, birgə nikah dövründə öz büdcələri hesabına tikmişlər, başqa heçkim evlərin tikintisinə pul verməyib. Həmidlə Səbinənin bir evdə yaşamasının sonu faciədir, çünkı onlar bir-birləri ilə yola gedə bilmirlər,münqaişələrlə bağlı cinayət işi də olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh həmçinin izahatına əlavə etmişdir ki, hal-hazırda yaşadığı evdən başqa yaşayış yeri yoxdur və işləmir kirayə qalmağa imkanı yoxdur, mübahisəli evlərdən hər hansı birinə köçürülməsinin onun üçün fərqi yoxdur, amma digər tərəflə eyni evdə yaşamaları mümkün deyil. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 495 nömrəli sərəncamından görünür ki, xx.xx.1989-cu il tarixli 13/713 saylı sərancama əsasən X2 Lökbatan qəsəbəsində 600 kv.m sahəli torpaq sahəsini fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AR-İ seriyalı 137588 nömrəli xx.xx.2011ci il tarixli etibarnamədən görünür ki , X9 Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 495 nömrəli sərəncamına əsasən ona ayrılmış Lökbatan qəsəbəsində 600 kv.m sahəli torpaq sahəsii özəlləşdirməyi, orda tikinti işlərinin aparılmasını ,həmin torpaq sahəsinə dair müqavilələr imzalamaq, əmlaka dair ARƏMDK yanında DƏDRX-dən çıxarış almağı, satmağı, girov(ipoteka qoymağı).məhkəmə orqanlarında onun nümayəndəsi olmağı və müstəqil məzmununda ərizə verməyi X13 etibar etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 004824 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 ilə X10 arasında nikah xx.xx.2002-ci il tarixdə Ağsu rayon Qəşəm kənd ə/b-da 16 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Fərzəliyeva soyadı verilmişdir İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Qaradağ rayon Məhkəməsinin 2(002)- 2364/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli qətnaməsindən də görünür ki , X18 ilə Cavabdeh arasında olan xx.xx.2002-ci il tarixdə Ağsu rayon Qəşəm kənd ə/b-da 16 saylı akt qeydi ilə bağlanmış nikah pozulması qət edilmişdir. iş materiallarına əlavə edilmiş və iclasında tədqiq edilmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu isitfadəçi arasında qazın alqı-satqısı” barədə xx.xx.2020-ci il tarixli müqavilənin məzmunundan görününür ki, istehlakçı X13 məxsus ünvan 5 ünvanı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən qazla təchiz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 1(002)-249/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 845 nömrəli xx.xx.2022ci il tarixli arayışından görünür ki , İddiaçı AR-İ seriyalı 137588 nömrəli xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən Lökbatan qəsəbəsi, 8-ci massiv, ev 56 ünvanda qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərsu ASC-nin bildirşxəbərdarlıqlarından görünür ki, Lökbatan qəsəbəsi, 8-ci massiv, ev 56 ünvan üzrə bildirişlər İddiaçı adınadır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 07 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-ci massiv 56 A saylı fərdi yaşayış evində faktiki yaşamaqla, Ağsu rayonu, Ləngəbiz kəndində qeydiyyatda olan X11 (ş/v AZE********), Bakı şəhəri, Qaradağ rayonu,Lökbatan qəsəbəsi, 8-ci massiv 10 saylı fərdi yaşayış evində faktiki yaşamaqla, İsmayıllı rayonu, Vaşa kəndində qeydiyyatda olan X22(ş/v: AA1107859) və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-cimassiv 11 saylı fərdi yaşayış evində faktiki yaşamaqla qeydiyyatda olan X4 (ş/v: AA4196055) bu aktı tərtib edir ondan ötrü ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 8-ci massiv 56A saylı ünvanda 2003-cü ildən X1 əri İddiaçı ilə faktiki yaşamaqla onlara məxsus torpaq sahəsində öz vəsaitləri hesabına 2 (iki) fərdi ev tikmişlər. 2005-cü ildə fərdi evin biri tikilmiş, hazırda həmin evdə X3 yaşayır, ikinci ev işə birinci evdən təcrid olunmuş formada2012-ci ildə həmin həyətdə tikilmişdir, Fərzəliyeva Şəbinə və İddiaçı arasında nikah pozulmamışdan iki ay əvvəl onların arasında münaqişə yaranması ilə bağlı İddiaçı köçərək həyətin arxa hissəsində 2012-ci ildə tikdikləri 4 otaqlı 120 kv.metr sadəsi olan evdə tək yaşayır. Onunla birlikdə hər hansı bir qohumunun yaşamasım görməmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 69 nömrəli məktubundan və Qaradağ rayon 152 saylı MKİS-in 52 nömrəli xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Qaradağ rayonu ,Lökbatan qəsəbəsi,B.Niftəliyev küçəsi,ev 27, mənzil 26-nın sahib X5r və o və daha 9 nəfər ailə tərkibi ilə həmin ünvanda pasport qeydiyyatındadır. Hal-hzırda qeydiyyatda olmaqla bərabər həmin ünvanda yaşayanlar- X14,X16,X15, X6 və X12r. İddiaçı isə həmin ünvanda qeydiyyatda olsa da orada yaşamır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" ASC-nin 01/xx-xx/8392 nömrəli 30 dekabr 2022-ci il tarixli məktubundan görünür ki ,Səhmdar cəmiyyətinin elektron bazasında İddiaçı Bakı şəhəri Qaradağ rayonu ,Lökbatan qəsəbəsi, 8-ci massıiv ərazısındə yerləşən 3 və 6 saylı fərdi yaşayış evlırində müvafiq olaraq **********00003 və **********A0006 nömrəli abünə kodları ilə qeydiyyata alınmasına dair məlumat var . İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərişıq” ASC-nin 01/xx-xx/8392 nömrəli 30 dekabr 2022-ci il tarixli məktubuna əlavə edilmiş abunə haqqında məlumatlarda görünür ki , oğlunun Bakı şəhəri Qaradağ rayonu ,Lökbatan qəsəbəsi, 8-ci massiv ərazısındə yerləşən 3 və 6 saylı fərdi yaşayış evləri üzrə istehlakçı qismində İddiaçı qeyd edilmişdir. İşin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki, tərəflər 2002-ci ildə nikah münasibətlərinə daxil olmuş, 2022-ci ildə nikahları pozulmuşdur, Bakı şəhəri Qaradağ rayonu ,Lökbatan qəsəbəsi, 8-ci massıiv ərazısındə yerləşən fərdi yaşayış evləri tərəflərin birgə nikahları dövründə tikilmişdir. Hazırda evlərdən birində İddiaçı, digərində Cavabdeh yaşayır. Cavabdeh yaşadığı fərdi yaşayış evinin birgə nikah dövründə tərəflərin vəsaiti hesabına tikilməsi iş üzrə tərəflər arasında münahisələndirilməyən haldır. İddiaçı hal hazırda yaşadığı evin anasına məxsus olmasını, anası tərəfindən tikilməsini iddia edir və həmin evin birgə nikah dövründ tikilməsini mübahisələndirir. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur Məhkəmə yuxarıda sadalan normaları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Belə ki, iş materiallarından, tərəflərin izahatlarından göründüyü kimi, tərəflər xx.xx.2002-ci il tarixdə rəsmi nikah bağlamış və xx.xx.2022-ci il tarixdə isə həmin nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan övladları olmamaışdır. Hal-hazırki iş üzrə mübahisəli mənzillər tərəflərin birgə nikah dövründə tikilmişdir. Bunu tərəflərin hər ikisi məhkəmə proseslərində izahatları ilə təsdiq etmişdilər. Lakin ilkin iddia üzrə iddiaçı X17 qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzilin tikintisi onun tərəfindən deyil, anası və qardaşı tərəfindən tikildiyini və yaxud həmin mənzilin tikintisində qardaşının köməklik göstərilməsini, hətta mənzili qardaşına satdığını və orada anasının yaşadığını bildirsə də, məhkəməyə qeyd edilən halları təsdiqləyən yetərli sübutlar təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AR-İ seriyalı 137588 nömrəli xx.xx.2011-ci il tarixli etibarnamədən görünür ki , X9 Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 495 nömrəli sərəncamına əsasən ona ayrılmış Lökbatan qəsəbəsində 600 kv.m sahəli torpaq sahəsini özəlləşdirməyi, orda tikinti işlərinin aparılmasını ,həmin torpaq sahəsinə dair müqavilələr imzalamaq, əmlaka dair ARƏMDK yanında DƏDRX-dən çıxarış almağı, satmağı, girov(ipoteka qoymağı).məhkəmə orqanlarında onun nümayəndəsi olmağı və müstəqil məzmununda ərizə verməyi X13 etibar etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş kommunal bildirişlərdən və ”Azərişiq “ASC tərəfində təqdim edilmiş abunə haqqında məlumatlardan görünür ki, mübahisəli hər iki ev üzrə-Bakı şəhəri Qaradağ rayonu ,Lökbatan qəsəbəsi, 8-ci massiv ərazısındə yerləşən 3 və 6 saylı fərdi yaşayış evlərində müvafiq olaraq **********00003 və **********A0006 nömrəli abunə kodları X7 adınadır. Bütün bunlar sübut edir ki, qarşılıqlı iddia ərizəsində mübahisələndirilən mənzil tərəflərin birgə nikah dövründə onların birgə təsərrüfatı hesabına tikilmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 1(002)-249/2022-ci il tarixli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, tərəflərin eyni mənzildə yaşamaları onların qeyri-mümkündür. Bu səbəbdən məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin ha-hazırda yaşayış sahəsi ilə (mənzillə) təmin olunduğunu və onların birlikdə eyni ünvanda yaşamalarının mümkünsüzlüyünü, həmçinin tərəflərin hər iki mübahisəli tikililərə eyn dərəcəli hüquqlarının olmasını nəzərə alaraq, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli evlər özbaşına tikili olduğundan, tərəflərin hər hansı birinin həmin evə münasibətdə əşya hüququ yoxdur. Lakin həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər kimi faktiki mövcuddur və tərəflərin birgə nikahı dövründə tikilərək, mənzilə olan ehtiyacını qarşılayan tikililər olmaqla, onların birgə nikah dövründə şəxsi vəsaitləri hesabına inşa edilmiş və onlar hər ikisi hər iki evə eyni hüquqlara malikdirlər. İddiaçı hazırda onun yaşadığı 2012-ci ildə tikilən evin anasına məxsus olmasını bildirsə də, buna dair heç bir sübut məhkəməyə tədqim etməmişdir, həmçinin məhkəmə iclasında tədqiq edilən sübutlarla hər iki mübahisəli özbaşına evin tərəflərin birgə nikahları dövründə onların birgə vəsaiti hesabına tikilməsi müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflərin hər ikisinin mübahisəli tikililərə gözlənilən hüququ mövcud olmuşdur. Hazırki halda tərəflərin birgə nikah dövründə əldə olunan vəsait hesabına tikilən iki ev (özbaşına tikili ) olmasını, tərəflərin hərəsinin həmin evlərdən birində hal-hazırda yaşamasını, bu səbəbdən hər birinin yaşayış yeri ilə təmin olunduğundan, başqa yaşayış yeri ehtiyacları olmamasını, tərəflərin birgə evdə yaşamalarının qarşılıqlı gərgin münasibət səbəbilə mümkünsüz olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia rədd edilməlidir. Ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin . İlkin iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ilkin iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-172/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-172/2023
14.02.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver