Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1756/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Hüseynqulu oğlunun Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynqulu oğlu Cavabdeh qarşı “mənzilə dair istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan 8 nömrəli evin 3 nömrəli mənzilinə olan istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan 8 nömrəli evin 3 nömrəli mənzili 04.04.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Cavabdeh onun mərhum atasının ikinci həyat yoldaşı olmaqla mülkiyyət hüququ əsasında ona məxsus evə qeydiyyata düşmüşdür. Cavabdeh ona məxsus mənzildə qeydiyyatda olsa da faktiki olaraq 2013-cü ildən həmin mənzildə yaşamır, həmin mənzildən daimi olaraq köçməklə başqa ünvanda yaşayır. Cavabdehin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur,həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Hüseynqulu oğlu məhkəmə ünvanına ərizə göndərərək , məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə notarial qaydada təsdiq edilmiş yazılı ərizə təqdim edərək, iddia tələbini qəbul etdiyini, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan 8 nömrəli evin 3 nömrəli mənzildən qeydiyyatdan çxımağa razı olduğunu, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin ərizəsini nəzərə alaraq, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin iddia tələbinin etiraf olunmasına dair ərizəsini ərizəsini nəzərə alaraq, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X1 Daşınmaz Əmlakın Reyesterindən çıxarışdan görünür ki , Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan ev 8 mənzil 3 ünanındakı daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı Hüseynqulu oğluna məxsusdur. İş materiallarına əlavə olunmuş 26.08.2020-ci il tarixli Sahil qəsəbəsi 109 saylı MKİS tərəfindən tərtib edilmiş aktdan görünür ki , Cavabdeh 2013-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan ev 8 mənzil 3 ünvanında yaşamır. İş materiallarına əlavə olunmuş Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, 1954-cü il təvəllüdlü Cavabdeh, Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan ev 8 mənzil 3 ünvanında 1988-ci il tarixdən qeydiyyatdadır. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 123-cü maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, cavabdeh mübahisə predmeti olan mənzildə 1988-ci il tarixdə qeydiyyata düşdüyündən, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarına uyğun olaraq hazırki mübahisə üzrə qeyd edilən cavabdehin mənzilə dair istifadə hüququna malik olub-olmaması məsələsi Mənzil məcəlləsinin 123-cü maddəsinin müddəalarına uyğun həll edilməlidir. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin ailə üzvi qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi onun daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edilmidşir ki, mübahisə predemti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında ididaçıya məxsusdur. Cavabdeh qeyd edilən mənzildə 1988-ci il tarixdə pasport qedyiyytaındadır. Həmçinin, iddia ərizəsinin məzmunundan aydın olur ki, cavabdeh faktiki olaraq 2013-cü il tarixdən həmin mənzildə yaşamışdır. Bu halda, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən cavabdeh qeyd edilən mənzildə köçüb yaşadığından onun həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Həmçinin, indiki halda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmağa razı olduğunu bildirərək, bu barədə notarial aydad təsdiq edilmiş yazılı ərizə təqdim etmişdir. bu halda, məhkəmə hesab edir ki, cavabdehin iddia tələbinin etiraf edilməsinə dair yazılı ərziəsi əsas götürülməklə, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsaəsn cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehin yazılı etiraf ərizəsini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Hüseynqulu oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan 0,02331 ha torpaq sahəsində yerləşən 8 nömrəli 2 mərtəbəli binada yerləşən 38,4 kv.m ümumi, 25,6 kv.m yaşayış sahəsindən ibarət olan 2 otaqlı 3 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı Hüseynqulu oğluna məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ st. Dəmir yolunda istifadədə olan 0,02331 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 2 mərtəbəli binada yerləşən 38,4 kv.m ümumi, 25,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 3 nömrəli mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1756/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1756/2021
09.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver