Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1766/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh4 Balahəddin qızının iştirakları ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 qarşı «borc tələbi, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh4 İddiaçı ASC-in xeyrinə 2014-cü il 07 noyabr tarixli kredit müqaviləsi üzrə banka 8995.7 AZN əsas,2249.53 AZN faiz,282.9 AZN cərimə və kredit müqaviləsi üzrə 07.11.2019-cu il tarixdən 04.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 671.25 AZN məbləğində əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 12199.28 AZN borcun,30 manat ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi,Tutmanın Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,A.Abdullayev küçəsində yerləşən,4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,A.Abdullayev küçəsində yerləşən,4nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-ə ödənilməsi,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,A.Abdullayev küçəsində yerləşən,4 nömrəli fərdi yaşayış evinə yönəldilməsi,həmin fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri,Qaradağ rayonu,Ələt qəsəbəsi,A.Abdullayev küçəsində yerləşən,4 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları,həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, İddiaçı ASC ilə Cavabdeh4 İddiaçı ASC-in xeyrinə 2014-cü il 07 noyabr tarixli kredit müqaviləsi üzrə banka 8995.7 AZN əsas,2249.53 AZN faiz,282.9 AZN cərimə və kredit müqaviləsi üzrə 07.11.2019-cu il tarixdən 04.05.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 671.25 AZN məbləğində əldən çıxmış fayda olmaqla,ümumilikdə cəmi 12199.38 AZN borcun,30 manat ödənilmiş dövlət rüsumunun,ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi,Tutmanın Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 108,3 kv.m sahəli 3 otaqdan ibarət olan həyət evinə yönəldilməsi, həmin fərdi həyət evinin açıq hərracdan satılması və borcun ünvan 1 ünvanında yerləşən 108,3 kv.m sahəli 3 otaqdan ibarət olan yaşayış evinin hərracdan satışıdan əldə eidlmiş vəsait hesabına İddiaçı ASC-ə ödənilməsi,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 108,3 kv.m sahəli 3 otaqdan ibarət olan yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən 108,3 kv.m sahəli 3 otaqdan ibarət olan həyət evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 həmin fərdi yaşayış evindən çıxarılmaları,həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2014-cü il 07 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh4"xxxx"1KB ASC-nin “10 saylı” filialından illik 25%-lə 60 ay müddətinə 12000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh4 mülkiyyətindəki Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi 2014-cü il 07 noyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydadatəsdiqedilmiş,dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 07 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir.2021-ci il mayın 04-dək Cavabdeh4 2014-cü il 07 noyabr tarixli kredit müqaviləsi üzrə banka 8995.7manatəsas,2249.53manatfaiz,282.9ümumilikdə cəmi 11528.13 manat borcu vardır.Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh4 ödəməkdən boyun qaçırır.Bu səbəbdən müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir.Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir.Ərizə bu orqanda qeydə alınmışdır.Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. İddia tələbinin dəqqiləşdirilməsi barədə ərizə onunla əsaslandırılmışdır ki, tərtib edilən iddia ərizəsində ipoteka predmeti kimi ünvan 1 göstərilmişdir. Lakin ipoteka predmeti kimi ünvan 1 ünvanında yerləşən 108,3 kv.m sahəli 3 otaqdan ibarət olan həyət evi bank qarşısında yüklü edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayənədsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, hazırki mülki iş üzrə cavabdehlərin borcunun məbləğinin müvafiq Fərmanın təsirinə düşsə də, onlar banka vaxtında müraciət etmədiklərindən, bank tərəfindən onlara heç bir köməklik göstərilə bilməmişdir, hətta bank tərəfindən onlara müraciət edilmiş, məktub göndərilmiş, həmin Fərmanın tətbi ilə bağlı son müddəti gözlədiklərini daha sonra məhkəməyə müraciət etdiklərini, həmin vaxta kimi də onlara müraciət olunmadığığını, onlarda restruktruzasiya ilə bağlı neçə güzəştli müqavilələrin olduğunu, ola bilməz ki vətəndaş mürcaiət edə onun mürcaiətinə baxılmaya, ola bilsin ki Fərmnaın tətbiqi üçün müəyyən edilmiş müddəti ötürdükdən sonra mürcaiət edib, onda onunla bağlı hansısa tədbir görülməsi mümkün olmayıb, çünki Fərmanla bağlı tədbirlərin tətbiqi üçün müddət müəyyən edilib və bu banklardan asılı deyil müvafiq qurumar tərəfindən tətbiq edilir, həmçinin, müvafiq ekspertizada təyin edilmişyaşayış sahəsinin likvid qiyməti kimi1 kv m qiymətin 350 manat kimi müəyyən edilməsi halı ilə razı olmadıqlarını, ona görə də yenidən ekspertiza keçirilməsinin zəruri olduğunu hesab etdiyini, məhkəmə mühasibatlıq ekspertizasının nəticəsinə dair rəylə razı olduqlarını, həmçinin, cavabdehlər tərəfindən ödəniş eidldiyindən yeni maliyyə arayışının təqdim edildiyini bildirərək, həmin halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahat verərək, iddia tələbini qismən qəbul edərək, etirazını onunla əsaslandırmışdır ki, həqiqətən bank qarşısında borcu var, borca görə də evinin 108,3 kv m olan yaşayış shaəsini ipoteka ilə yüklü etmişdir, lakin sonra Fərmanla bağlı onun borcu silinməli idi, lakin heç kim ona kömək etməmiş, dəfələrlə mürcaiət etdiyini, lakin bunla bağlı hər hansı qəbz, sənədin olmadığını, ekspert rəyləri ilə razı olduğunu, iddia tələbinin qəbul etmədiyi hissəsinin onun borcunun Fərmanla bağlı silinməli olan hisəssinin olduğunu, bankın silmədiyini, həmin hissəsini silib, yerdə nə borcu qlaarsa, ödəməyə razı olduğunu bildirərək, iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxt barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən işə digər cavabdehlərin iştirakı oladan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 07.11.2014-cü il tarixli 22-G-1-0-1493-14 saylı kredit müqaviləsinin mz=əzmunundan görünür ki, bank tərəfinən borcalan Cavabdeh4 60 ay müddətinə, aylıq faiz dərəcəsi 25% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlinin məzmunundan görünür ki, Cavabdeh4n 07.11.2014-cü il tarixli 22-G-1-0-1493-14 №-li kredit müqaviləsi üzrə aylıq 352.22 manat ödəməklə, əsas məbləğə görə 12.000 manat, 9132.75 manat faiz borcuna görə olmaqla, cəmi 21132.75 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan kassa məxaric orderinin məzmunundan görünür ki, Cavabdeh4 Balaəhdə qızı tərəfindən 12000 manat məbləğində kredit təhvil alınmışdır. İş materiallarında olan 22-G-1-0-1-1493-14 N-li İpoteka müqaviləsinin məzmunundan görünür ki, 07.11.2014-cü il traixli kredit müqaviləsi üzrə kreditin qaytarılmasına dair ööhdəliyin icrasının təminatı kimi Cavabdeh4 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi - ünvanında yerləşən 108.3 kv.m ümumi sahədən ibarət mənzilin kreditin təminatı üçün ipotekaya qoyulmasına razılıq vermiş, ipoteka ilə yüklü edilmiş əmlak 40000 manat dəyərində qiymətləndiirlmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Cavabdeh4 xəbərdarlıq eidlmişdir. İş materiallarından görünür ki, ipoteka predmeti olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi tutmanın yönəldilməsi barədə bildiriş qeydə alınmışdı. İş materiallarında olan ******* № li Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi - xüsusi mülkiyyət hüquq əsasında Cavabdeh4 məxsusdur, habelə xeyrinə hüquq yüklü edilən şəxs qismində Nikoyl İKB 10 saylı Filial, yüklülüyün növü ipoteka, yüklülüyün müddəti 60 ay, 07.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsas öhdəliyin icrasının təminatı qismində qeyd olunmuşdur. İş materiallarında olan ******* № li Çıxarışın məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasnda X1 məxsusdur, ümumi shaəsi 108,3 kv m olan 3 otaqlı yaşayış sahəsi, ümumi sahəsi 138,4 kv m olan 3 otaqlı yaşayış sahəsi, fərdi yaşayış evinin tərkibi 32,5 m2 olan həyət yanı tikili və qurğular olduğu qeyd edilmişdir. İş materiallarına əlavə eidlmiş xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, Cavabdeh4 kredit müqaviləsi üzrə əsas və faiz borcunun ödənilməsitələb eidlmiş, əks halda məhkəmə qaydasında ödənilməsinin tələb olunacağı barədə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş 23.11.2021-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh4 07.11.2014-cü il tarixli 22-G-1-0-1493-14 saylı kredit razılaşması üzrə 8195.7 manat əsas borc, 2249.53 manat faiz borcu, 282.9 manat cərimə borcu, illik 5(beş) faizlə hesablanmış 914.15 AZN məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 11642.28 manat borcu mövcuddur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 10.09.2021-ci il tarixli ƏEM\A 07 nömrəli rəyin məzmunundan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evi - ünvanında yerləşən 108.3 kv.m ümumi sahədən ibarət 3 otaqlı mənzilin likvid dəyəri 109550 manat təşkil edir.Həmin ərazidə yerləşən mənzillərin 1 kv etrinin dəyərinin təqribən 350,0 manat olduğu nəzərə alınmaqla müyyən eidlmişdir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekpertiza Mərkəzi tərəfindən verilmiş 19.10.2021-ci il tarixli ƏEM\A 9/5753 nömrəli rəyin məzmunundan aydın olur ki, 07.11.2014-cü il tarixli 22-G-1-0-1493-14 bağlanmış kredit müqaviləsinə görə Cavabdeh4 "xxxx" ASC-ə 07.11.2019-cu il tarixə olan 8975,34 manat əsas borc,3220.59 manat faiz borcu , 04.05.2021-ci il tarixə əsas borcu 8975,34 manat, faiz borcu 3890,00 manat təşkil edir.Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Məhkəmə iddia ərizəsinin tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə cavabdehdən əsas borc, faiz borcu və cərimə borcunun iddiaçının xeyrinə tutulması hissəsində aşağıdakı hüquq normalarının qeyd olumasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsaəsn öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, Cavabdeh4 ilə iddiaçı bank arasında 07.11.2014-ü il tarixli Kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən 12000 manat məbləğində kredit cavabdehin mülkiyyətinə verir, cavabdeh isə həmin kredit məbləğini 60 ay müddətində ödəniş cədvəlinə uyğun olaraq hər ay 352.22 manat məbləğində ödəniş etməklə geri qayatrmağı öhdəsinə götürmüşdür. Həmçinin, tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi 07.11.2014-cü il tarixli ipoteka müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən Cavabdeh4 məxsus olan ünvan 2 ünvanında yerləşən 108,3 kv m olan 3 otaqlı həyət evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır.Həmçinin, məhkəmə iclasında cavabdeh tərəfin veridyi izahatı əsasında müəyyən eidlmişdir ki, cavabdeh ididaçı bank qarşısında kredit müqaviləsi üzrə borc öhdəliyinin olduğunu qəbul etmiş, lakin borcunun müəyyən hisəssinin müvafiq Fərmana uyğun olaraq silinməli olduğunu, lakin silinmədiyini bildirmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazına dair qeyd edilən halla bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı borclunun banka gəlməməsi səbəbindən və müvafiq Fərmanın icra müddəti 31.12.2019-cu il tarixdə bitdiyindən qalıq borcun məbləğinin güzəştli şərtlərlə yenidən rəsmiləşdirilməsi mümkün olmadığı, bank tərəfindən müvafiq Fərmanın icra müddəti bitdiyindən yenidən məhkəməyə mürcaiət edildiyi müəyyən edilmiş, habelə cavabdeh tərəfindən məhz Fərmanın icra müddəti ərzində banka mürcaiət etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilmədiyindən, onun istinad etdiyi halın müəyyən edilməsi mümkün olmamışıdr. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçı bank tərəfindən yeni maliyyə arayış təqdim eidlmiş və həmin sənəd əsasında müəyyən edilmişdir ki, cavabdehlərin kredit müqaviləsi üzrə əsas borcunun məbləği 8195,7 manat, faiz borcunun məbləği 2249,53 manat təşkil edir. Həmçinin,məhkəmə araşdırması zamnaı təyin eidlmiş müvafiq məhkəmə ekspertizasının nəticəsinə dair rəyinin məzmunundan aydın olunur ki, qedye dilən kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia ərizəsində 8995,34 manat qeyd eidldiyi halda, həmin rəy üzrə əsas borcun məbləğinin 8975,34 manat olduğu qeyd edilmişdir. Bu halda, məhkəmə ekspert rəyinin və yeni maliyyə arayışın ı əsas götürərək, kredit üzrə əsas və faiz borcunu hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində 8175,34 manat olan hissəsində, faiz borcun tutulması hisəsində 2249,53 manat faiz bocu və gecikdirilmiş vaxt üçün hesablanmış 671,25 manat faiz borcu hissəsində təmin eidlməli, qalan hissədə təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə iddia tələbinin cərimə borcunun tutulmasına dair hissəsi ilə bağlı hesab edir ki, iddiaçı cərimə borcunun tutulmasına dair tələb irəli sürərkən cərimə borcunun məbləği tənasübsüz surətdə yüksək hesablandığından, bu hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 282.9 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 20 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia tələbi cərimə borcunun tutulması hissəsi ilə bağlı qalan hissədə əsassız olmaqla, təmin edilməməlidir.. Məhkəmə iddia tələbinin tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməldiir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu 34-cü maddəsinə əsasən, ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda yaranır. Həmin Qanunun 36.3-cü maddəsinə əsaəsn ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin qanunun 39.3.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsaəsn ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İpoteka haqqında Qanunun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi məsələsinə” dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadına əsasən İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda daşınmaz əşyanın satılmasını və müvafiq borc öhdəliyinin ipoteka predmetinin satışıdan əldə olunmuş vəsaiti hesabına ödənilməsini tələb edir. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ipoteka haqqında qanunvericiliyin tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi borcun ipoteka predmetinə yönəldilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə müvafiq ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) məhz həmin ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ipoteka predemti olan əmlak ümumi sahəsi 313 kv m olan fərdi yaşayış evinin tərkibində olan 108,3 kv metr olan 3 otaqlı fərdi yaşayış evidir. Həmin ekspert rəyinin məzmunundan aydın olur ki, həmin əraizdə yerləşən mənzillərin 1 kv metr dəyəri 350 manat təşkil edir. Bu halda, məhkəmə ipoteka predmeti olan yaşayış sahəsinin ümumi shaəsinin 108,3 kv metr olması halının aşkar olduğunu və ekspert rəyində həmin ərazidə yerləşən mənzillərin 1 kv metrinin dəyərinin 350 manat olduğunun müəyyən eidlməsi halını əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə müvafiq ipoteka predmetinin ilkin satış qiyməti 37905 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlərin müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılması və təhvil verilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Həmin Qanunun 59.3.1-ci və 59.3.2-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsaəsn bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, ipoteka haqqında qanunvericiliyin tələbinə əsasən ipoteka predmetinə tutma yönəldilməsi halı qeyd olunan şərtlə mövcud olduqda ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin yaşayış sahəsini 1 ay ərzində tərk etməsi üçün əsasdır , tərk etmədiyi halda qanunevriciliklə müəyyən edilmiş qayadada məcburi qayadada çıxarılma üçün əsasdır və bu norma imperativ norma kimi müəyyən edilmişdir. Bu halda, məhkəmə ipoteka haqqında qanunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, habelə hazırki mülki iş üzrə tutmanın ipoteka predemetinə yönəldilməsi halının müəyyən edildiyini nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehlərin ipoteka predmeti olan yaşayış sahəsini 1 ay ərzində tərk etmədiyi halda, müvafiq mənzildən çıxarılması, əmlakın boşaldılaraq təhvil verilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin mənzilə dair istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə iddia tələbinin qeyd edilən hissəsi ilə bağlı hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf nəqədər ki mübahisə predmeti olan əmlakın mülkiyyətçisi qismində çıxış etmir, onun belə bir tələb irəli sürməyə dair subyektiv hüququ mövcud olmamışdır. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsassız olmaqla, təmin eidlməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqı, 10 manat məbləğində ipoteka bildirişinin qeydə alınmasına dair rüsumu və 20 manat məbləğində xidmət haqqı ödənilmiş, aparılmış ekspertzai tədqiqatının dəyəri 250 (məhkəmə əmtəəşünaslıq ekspertizası-200 manat, məhkəmə mühasibatlıq ekspertizası 50 manat olmaqla) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsaəsn işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qnaunvericiliyin qeyd olunan normalarının tələblərini əsas götürərək, hesab edir ki, iddia tələbi ödənilmiş rüsumları və xidmət haqqının tutulması hissəsində də əsaslı olmaqla təmin edilməli, habelə hazırki mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutulmalıdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh4 07.11.2014-cü il tarixli kredit müqaviləsi yaranmış 8175,34 manat məbləğində əsas borcu, 2249.53 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu , gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 671.25 AZN məbləğində fazi borcu olmaqla, cəmi 11116,12 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evinin tərkibində yerləşən ümumi sahəsi 108.3 kv.m olan (74,4 kv metr yaşayış sahəsi və 33,9 kv metr yardımçı sahəsi olmaqla) 3 otaqlı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan 108,3 kv metr ümumi sahəsi olan 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 37905 manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan mənzilin satışı açıq hərrac yolu ilə realizə edilməli, həmin mənzilə tutma yönəldikdən və o, satıldıqdan sonra cavabdehlər ipoteka predmeti olan fərdi yaşayış evindən ən geci 1 ay ərzində çıxarılmalı, həmin yaşayış sahəsi boşaldılaraq təhvil verilməli, qalan hissədə iddia təmin edilməməlidır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216- 220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 07.11.2014-cü il tarixli kredit müqaviləsi yaranmış 8175,34 manat məbləğində əsas borcu, 2249.53 manat məbləğində faiz borcu, 20 manat cərimə borcu , gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 671.25 AZN məbləğində fazi borcu olmaqla, cəmi 11116,12 manat məbləğində borc, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka bildirişinin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və xidmət haqqı tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdehdən tutulmalı olan borcun məbləği ipoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evinin tərkibində yerləşən ümumi sahəsi 108.3 kv.m olan (74,4 kv metr yaşayış sahəsi və 33,9 kv metr yardımçı sahəsi olmaqla) 3 otaqlı fərdi yaşayış evinə yönəldilsin. Həmin fərdi yaşayış evi açıq hərrac yolu ilə realizə edilsin. Həmin Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh4 verilsin. Həmin Fərdi yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borcun ödənilməsi üçün kifayət etmədikdə, qalıq borcun məbləği Cavabdeh4 iddiaçı “Yelo Bank “ ASC-nin xeyrinə tutulsun. İpoteka predmeti olan Cavabdeh4 məxsus Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evinin tərkibində yerləşən ümumi sahəsi 108.3 kv.m olan (74,4 kv metr yaşayış sahəsi və 33,9 kv metr yardımçı sahəsi olmaqla) 3 otaqlı fərdi yaşayış evinin ilkin satış qiyməti 37905 (otuz yeddi min doqquz yüz beş manat) manat müəyyən edilsin. İpoteka predmeti olan Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsi, A.Abdullayev küçəsində yerləşən, 4 nömrəli fərdi yaşayış evinin tərkibində yerləşən ümumi sahəsi 108.3 kv.m olan (74,4 kv metr yaşayış sahəsi və 33,9 kv metr yardımçı sahəsi olmaqla) 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 həmin fərdi yaşayış evindən çıxarılsınlar və qeyd edilən cavabdehlər tərəfindən həmin ev boşaldılaraq, təhvil verilsin. İddia tələbi qalan hissəsə təmin edilməsin. İş üzrə keçirilmiş mənzilin qiymətləndirməsinə dair ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olan 50 manat cavabdehlər Cavabdeh1,Cavabdeh2,Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1766/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1766/2021
09.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver