Məhkəmə qərarları › İş №2(002)-1778/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1778/2020

22.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1778/2020 22.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Ərizəçi Maraqlı şəxs1nə, Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ərizəçi Maraqlı şəxs1nə, Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Ərizəçi nümayəndəsi Nümayəndəərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsi baxımından ərizənin baxılmamış saxlanılmasını xahiş etmiş, işdə iştirak edən digər şəxslər isə məhkəmə iclasında iştirak etməyərək, işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişlər. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və maraqlı şəxs işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Ərizəçi Maraqlı şəxs1nə, Azərbaycan Respulikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və barəsində sərəncam vermək hüququnun müəyyən edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar