Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1779/2020 29.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi maraqlı şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, “Şıxlar” bağ massivində yerləşən B-2 sayllı 0,05 ha torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, hazırki iş üzrə verilmiş ərizə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Ali Məhkəmə Plenumunun Qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıbalınmadığı aydınlaşdırılmalıdır. Məhkəmələrə izah edilir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmununa dair müvafiq tələblər müəyyən edilmişdir. Həmçinin, həmin Məcəllənin Xüsusi icraat bölməsində xüsusi icraat qaydasında baxılmalı olan işlərə dair ərizələrin forma və məzmununa dair müvafiq tələblər xüsusi norma kimi ehtiva edilmişdir. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən hakim iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin qeyd olunan normalarının təhlilindən aydın olur ki, xüsusi icraat qaydasında baxılmaq üçün verilmiş ərizəyə məhz iddia icraatı qaydasında baxılmalı olduğu əsası ilə iddia ərizəsinin geri qaytarılmasına dair müddəalar birbaşa qanunvericilikdə ehtiva olunmamışdır. Bu halda, məhkəmə hesab edir ki, xüsusi icraat qaydasında baxılması yolverilməz olduğu və iddia icraatı qaydasında baxılması məcburi olduğu halda, xüsusi icraat qaydasında verilmiş iddia ərizəsinin məhz bu formada tərtib eidldiyindən bu əsasla iddia ərizəsinin geri qaytarılması birbaşa norma kimi mülki prosessual qanunvericilikdə qeyd olunmasa da, hazırki iş müvafiq ərizəinin tərtib olunmasına dair forma və məzmun tələblərinə riayət olunması üzrə analoji münasibətləri tənzimləyən normaların tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 13.5-ci maddəsinə əsasən belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, başqasının adına qeydə alınmış əmlaka dair istifadə faktının təsdiq edilməsinə dair ərizələrə xüsusi icraat qaydası baxılması yolverizməzdir. Həmçinin, xüsusi icraat qaydasında baxılmalı olan işlərlə bağlı hüquq haqqında mübahisə olduqda, həmin işlərə məhz iddia icraatı qaydasında baxılmalı olması halı mülki prosessual qanunvericilikdə xüsusi norma kimi müəyyən edilmişdir. İddia ərziəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə ərizəçinin iddia tələbi mübahisə predmet olan daşınmaz əmlaka dair istifadə etmək faktının təsdiq edilməsinə aiddir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, iddia tələbinin aid olduğu mübahisə predmeti olan daşınmaz əmlakın bağçılıq-yoldaşlığın bölgü sxemində başqa şəxsin adına qeydə olunduğunu əks bildirmişlər. Göründüyü kimi, hazırki iş üzrə iddia tələbinin aid olduğu müvafiq daşınmaz əmlak barəsində müvafiq dövlət qurumunda başqa şəxsin adına dair qeydlər aparılması halı aşkar olduğundan, nəticə etibarilə hazırki iş üzrə müvafiq ərizəyə xüsusi iddia icraatı qaydasında baxılması yolverilməzdir. Deməli, hazırki iş üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılmalı olduğundan, ərizəçi tərəfindən isə müvafiq ərizə xüsusi icraat qaydasında tərtib edilldiyindən, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi tərtib edilərkən ərizəçi tərəfindən mülki prosessual qanunvericiliyinin forma və məzmun tələblərinə riayət edilməmişdir. Ona görə də məhkəmə qeyd olunan halları nzəərə alaraq, ahbelə müvafiq hüquq normalarını rəhbər tutaraq, hesab edir ki, hazırki iş üzrə ərizəçi tərəfindən verilmiş müvafiq ərizə mülki prosessual qnaunvericiliklə müəyyən edilmiş tələblərə riayət edilmədən tərtib edildiyindən, ərizəçiyə geri qaytarılamlıdır. Həmçinin, məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçi tərəfindən iddia ərizəsinin geri qaytarılmasına əsas olan qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq iddia ərizəsi ilə ümumi qaydada məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət etmək hüququnun olması ərizəçiyə izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ərizə mülki prosessual qanunvericiliyin forma və məzmun tələblərinə riayət edilmədən tərtib edildiyindən Ərizəçi maraqlı şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, həmçinin, ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxslər Qaradağ rayonu Qobustan Bələdiyyəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı torpaq sahəsindən istifadə etmə faktının təsdiq edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-1779/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1779/2020
29.07.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver