Məhkəmə qərarları › İş №2(002)-1795/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1795/2020

24.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1795/2020 24.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ HakimHəşimova Günay Rövşən qızınınsədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddinoğlununkatibliyi, Ərizəçiiştirakıilə Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmağı barədə hüquqi faktın müəyyən edilməsi, onun doğum akt qeydinin bərpa olunması, yeni doğum haqqında şəhadətnamə verilərkən təvəllüdünün xx xxxxxx 1976-cı il, doğulduğu yer Vardenis rayonu, Zod kəndi, soyadının Hacıyev, adının Eldəniz, ata adının Elxan, doğum şəhadətnaməsinin ata qrafasında ata adının “X6”, ana qrafasında ana adının “X2”, milliyyətləri azərbaycanlı kimi qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda doğulmuşdur və doğum akt qeydi xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikası Vardenis rayonunda qeydiyyata alınmışdır. Müəyyən səbəblər üzündən doğum haqqında şəhadətnamənin adı və doğum tarixinin rəqəmlə yazılan hissəsi cırılmış, doğum qeydi Ermənistan Respublikasında aparıldığından yeni doğum haqqında şəhadətnamə ala bilmir. Eyni zamanda doğum şəhadətnaməsində olan adı və doğum tarixin rəqəmlə yazılan hissəsi cırılması səbəbindən istifadə edə bilmir. Lakin onun doğum təvəllüdünü hərflərlə müəyyən etmək mümkündür. Yeni doğum şəhadətnaməsi almaq üçün Qeydiyyat şöbəsinə müraciət etsə də onun doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından yeni doğum şəhadətnaməsi verməkdən imtina etmişlər. Hazırda doğum haqqında şəhadətnamə ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır. Odur ki, onun doğum akt qeydi bərpa edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X3 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır. Təsdiq edir ki, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Lakin doğum haqqında şəhadətnamənin adı və doğum tarixinin rəqəmlə yazılan hissəsi zədələndiyindən həmin doğum haqqında şəhadətnamədən istifadə edə bilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx xxxxxx 1976-cı il tarixdə verilmiş İİ-SL seriyalı 092052 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 1976-cı ilin yanvar ayında doğulmuş Hacıyev (ad hissəsi zədələnmişdir, oxunmur) Elxan oğlu 1976-cı ilin yanvar ayında (gün hissəsi zədələnmişdir, oxunmur) Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Atası X6, anası X1r. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-814/15 saylı məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, VVA qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Ərizəçi doğum qeydinin Ermənistan Respublikasında aparıldığına görə, ərizəsinin təmin edilməsinin mümkün olmaması ona izah edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 182198 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ermənistan Respublikası, Vardenis rayonunda doğulmuş Ərizəçi ilə Mansurova Yeganə Möhübbət qızı arasında xx.xx.2005-ci i il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində 745 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş P5051674 nömrəli Azərbaycan Respublikasının Pasportundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur. Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Belə ki, iş materialları ilə təsdiq olunur ki, Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Lakin ərizəçinin doğum haqqında şəhadətnaməsinin adı və doğum tarixinin rəqəmlə yazılan hissəsi zədələnərək oxunmadığındn hazırda ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, atasının X6, anasının X2 olması barədə doğum akt qeydinin mövcud olması, hal-hazırda zədələnməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər, şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulması, doğumunun qeyd olunması, atasının X6, anasının X2 milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, bu barədə müvafiq doğum şəhadətnaməsinin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilməli, doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında “X6”, anası qrafasında “X2” milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1976-cı ildə Ermənistan Respublikasının Vardenis rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Hazırki qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnaməsinin verilməsi üçün əsasdır. Doğum haqqında akt qeydində ərizəçinin valideynləri qrafasında “ata” qrafasında “X6”, “ana” qrafasında “X2” milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Mülki iş üzrə ödənilən dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar