Məhkəmə qərarları › İş №2(002)-181/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-181/2025

23.01.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-181/2025 23.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi, İddiaçı Xeyberağa oğlunun, Cavabdeh və onun nümayəndəsi və vəkili X16, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri X12 və X13 iştirakları ilə, İddiaçı Xeyberağa oğlunun Cavabdeh qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və maneənin aradan qaldırılması tələbinə dair mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xeyberağa oğlunun Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qobustan qəsəbəsi massiv 1A ünvanındakı ümumi sahəsi 600 kv.m olan, ilkin hüquqverici sənədlərlə ona məxsus torpaq sahəsinin bir hissəsini cavabdeh X1 qanunsuz sahibliyindən geri alınaraq ona verilməsindən və əraziyə gedən yolu bağlanmış daş hasarın (maneənin) sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli fərmanı ilə təsdiq edilmiş Torpaqların alqı-satqısı qaydalarına əlavəyə əsasən xx.xx.2007-ci il tarixdə Bakı şəhər Qobustan qəsəbə bələdiyyəsi ilə aralarında bağlanmış müqaviləyə və alqı-satqı aktına əsasən X24 rayon filialına tam dəyəri 768 manat ödəməklə Bakı şəhəri Qobustan qəsəbəsi massiv 1A ünvanda 600 kv.m. torpaq sahəsini almışdır. Uzun illər maddi imkanı olmadığı üçün ərazidə hər hansı bir tikinti apara bilməmişdir. Bir müddət əvvəl özünə fərdi ev tikmək üçün həmin torpaq sahəsinə tikinti materialları (daş, qum və s.) aparmaq istəyərkən həmin əraziyə gedən yeganə yolun tam həcmində tutulması, mişar daşıyla hörüldüyü və ona məxsus (ilkin hüquqverici sənədlərə əsasən) torpaq sahəsinin bir hissəsində zəbt olunmaqla cavabdeh tərəfindən orada ferma tikilərək mal-qara saxlanması aşkarladı. Dəfərlərlə cavabdehə və onun oğullarına yolun açılması və torpaq sahəsindən qanunsuz istifadəyə son qoyulmalarını tələb etmişdir. Qaradağ RPİ-in 11-ci PB-in təhqiqat şöbəsində izahatı alınmış Niftalıyev Niftalı guya ərazini Vəli və Gülarə adlı şəxslərdən şifahi razılıq əsasında icarəyə götürərək orada ferma tikdiyini inkar etməmiş lakin bunu təsdiqləyən hər hansı bir sənəd təqdim edə bilməmişdir. İddiaçı Xeyberağa oğlu məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, 17 il əvvəl bələdiyyədən torpaq aldı, amma hasar çəkməyə imkanı olmadı, xırda-xırda daş alıb ora tökdü. Sonra gəlib cavabdeh hasar çəkib və 7 metr onun ərazisinə daxil olub, orada ferma tikib. Cavabdeh torpağı Vəli və Gülarədən icarəyə götürdüyünü bildirsə də, o şəxslərin bundan xəbəri yoxdur. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və bildirdi ki, bələdiyyə sənədi ilə həmin ərazini tikmişdir. Ona da Bələdiyyə qərarı ilə torpaq sahəsi verilib.Vəli, Gülara və Sədaqət sənədlərini ona verib.O tövlə tikməyib, tövləni Vəli və Gülnarə tikib ona istifadə üçün veriblər. Cavabdehin vəkili və nümayəndəsi X22 məhkəmə iclasında iştirak edərək iddia tələbini qəbul etmədiklərini bildirdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X19 məhkəmə iclasında iştirak edərək bildirdi ki, əmlak komitəsinin plan və ölçü ilə bağlı sənədi var, hansı ki 2007-ci ildə hansı ərazilər verilib, həmçinin xəritələr də var. Qobustan qoruğu ərazisindəki torpaqlar mübahisə predmeti ola bilməz, çünki şəxslərin mülkiyyəti deyil. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndəsi X20 məhkəmə iclasında iştirak edərək bildirdi ki, faktiki olaraq ərazi onlardadır. Çəpərdən kənar ərazi də onların ərazisidir. Onlar tərəf tutmurlar. İddiaları yoxdur. Neft, su, işıq məsələlərinə görə bir az çəpər içəriyə doğru olub, ancaq xəritə, müvafiq dövlət orqanlarının sənədləri var, Unesco tərəfindən təsdiq edilib və qəbul olunub. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respbulikası “Azneft” İB-in nümayəndəsi X14 əvvəlki məhkəmə baxış iclasında iştirak edərək bildirdi ki, həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Socar”-ın kontrakt ərazisində yerləşir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon Qobustan Bələdiyyəsi məhkəmə iclsının yeri və vaxtı barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat təqdim etməmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin baş təhqiqatçı, polis kapitanı X15 cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Qobustan bələdiyyəsinin xx.xx.2021-ci il tarixli 179 №-li şəhadətnaməsinə əsasən, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında 11051xxxxxxx nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 101/02 saylı torpaqların alqısatqısına dair akta əsasən, İddiaçı bələdiyyənin sədr müavini Məmmədov P.K-dan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində bələdiyyənin ərazisindən 600 kv.m. sahəni 768 manat qarşılığında almışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaqların alqı-satqısına dair akt təsdiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 106/17 saylı qərara əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 1A massivində Qaradağ rayon İcra Hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m. torpaq sahəsi mülkiyyət hüquqi əsasında Qobustan qəsəbəsi, Cavabdeh küçəsi, ev 17-də yaşayan Cavabdeh adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 106/17 saylı torpaqların alqısatqısına dair akta əsasən, Cavabdeh bələdiyyənin sədr müavini Məmmədov P.K-dan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində bələdiyyənin ərazisindən 600 kv.m. sahəni 768 manat qarşılığında almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Qobustan bələdiyyəsinin xx.xx.2017-ci il tarixli şəhadətnaməsinə əsasən, X18 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında 110512SLLAEA nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 59/02 saylı qərara əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 1A massivində Qaradağ rayon İcra Hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m. torpaq sahəsi mülkiyyət hüquqi əsasında Qobustan qəsəbəsi, Cavabdeh küçəsi, ev 32A, mənzil 45-də yaşayan X9 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 59/02 saylı torpaqların alqısatqısına dair akta əsasən, X18 bələdiyyənin sədr müavini Məmmədov P.K-dan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində bələdiyyənin ərazisindən 600 kv.m. sahəni 768 manat qarşılığında almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Qobustan bələdiyyəsinin xx.xx.2018-ci il tarixli şəhadətnaməsinə əsasən, X17 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında 11051586YB0 nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 01/98 saylı qərara əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 1A massivində Qaradağ rayon İcra Hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m. torpaq sahəsi mülkiyyət hüquqi əsasında Qobustan qəsəbəsi, Salyan keçidi, ev 5, mənzil 1-də yaşayan X5 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 01/98 saylı torpaqların alqısatqısına dair akta əsasən, X17 bələdiyyənin sədr müavini Məmmədov P.K-dan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində bələdiyyənin ərazisindən 600 kv.m. sahəni 768 manat qarşılığında almışdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixli 09/11 saylı qərara əsasən, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası qanunlarına əsasən Qobustan qəsəbəsi, 1A massivində Qaradağ rayon İcra Hakimiyyəti aparatının memar ilə razılaşdırılmış situasiya planı əsasında 600 kv.m. torpaq sahəsi mülkiyyət hüquqi əsasında Qobustan qəsəbəsi, Cavabdeh küçəsi, ev 17-də yaşayan X4 adına sənədləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2007-ci il tarixli 09/11 saylı torpaqların alqısatqısına dair akta əsasən, X10 bələdiyyənin sədr müavini Məmmədov P.K-dan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində bələdiyyənin ərazisindən 600 kv.m. sahəni 768 manat qarşılığında almışdır. İş materiallarına əlavə edilmiş məhkəmənin xx.xx.2024-cü il tarixli yerli baxış protokolundan müəyyən edildi ki, mübahisəli torpaq sahəsi üzrə arakəsmə yol mövcuddur, lakin həmin yol cavabdeh tərəfindən mişar daşı ilə hasarlanmışdır.Həmçinin ərazidə tövlə tipli tikililər mövcuddur ki, həmin tikililər başqa şəxsə məxsus torpaq sahəsində tikilmişdir İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-16517/2025 saylı mütəxəssis rəyinə əsasən, iddiaçı tərəfindən şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 0.1414 ha təşkil edir. Qeyd olunan İddiaçı Qobustan bələdiyyəsi tərəfindən ayrılmış 600.0 kv.m torpaq sahəsinə dair yerləşmə cizgisində istinad məsafələri və ölçülər qeyd edilmədiyindən, həmçinin torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Reyetsrində qeydiyyata alınmadığından sahənin yerini təyin etmək mümkün olmadı. İddiaçının iddia etdiyi torpaq sahəsi fermanın hasara alınmış hissəsinin 209.0 kv.m hissəsini təşkil esdir (ferma tikililərin bir hissəsini təşkil edir). İş materiallarına əlavə olunmuş yerin cizgilərində heç bir istinad məsafəsi və perimetrik ölçü olmadığından sahənin naturada kimə aid olmasını müəyyənləşdirmək mümkün deyildir. Cavabdeh Qobustan bələdiyyəsi tərəfindən ayrılmış 600.0 kv.m torpaq sahəsinin istinad məsafələri və perimetrik ölçülər olmadığından, həmçinin Daşınmaz Əmlakın Dövlət Reyetsrində qeydiyyata alınmadığından sahənin yerini təyin etmək mümkün olmadı. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən torpaq sahəsi dövlət mülkiyyətində omaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Qobustan Əməliyyat Şirkətinin) kontrakt ərazisidir. Sahə bütövlüklə ləğv edilmiş DTXK tərəfindəb verilmiş Mədəniyyət və Turizm Nazirliyinin adına olan **********0010 nömrəli kadastr planının baza məlumatı ilə üst-üstə düşür. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad, istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən sənədlərin göstərilən sahəyə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Sahə "Qobustan Milli Tarixi-Bədir Qoruğu" olmaqla qeyd edilən ərazi ilə həmsərhəddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “X11”-in xx.xx.2025-ci il tarixli 144 №-li rəyindən görünür ki, 1. xx.xx.2007-ci il tarixli, 101/02 nömrəli bələdiyyə torpaqlarının verilməsi haqqında alıq-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 101/02 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikilmək məqsədi ilə ayrılmış Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsi faktiki vəziyyətdə Bələdiyyə tərəfindən tərtib edilmiş torpaq sahəsinin cizgisinə uyğun yerdə yerləşir. Belə ki, tədqiq olunan torpaq sahəsi 600 m² təşkil etsə də bunun 200 m² hissəsi qonşu tərəfindən tikili tikilməklə istifadəsində olması müəyyən edilmişdir.2. Mübahisəli ərazidə olan ferma tipli tikililər ümumi olaraq 800 m² torpaq sahəsində inşa edilmişdir. Qərardadla təqdim edilən xx.xx.2007-ci il tarixli, 101/02 nömrəli bələdiyyə torpaqlarının verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 101/02 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikilmək məqsədi ilə ayrılmış Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsinin cənub-şərq tərəfində - 200 m² hissəsinin tam olaraq hamısında ferma tipli tikililər inşa edilmişdir.3. xx.xx.2007-ci il tarixli, 101/02 nömrəli bələdiyyə torpaqlarının verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 101/02 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikilmək məqdsədi ilə ayrılmış Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsinin cənubşərq tərəfində - 200 m² hissəsinin tam olaraq hamısında ferma tipli tikililər inşa edilmişdir.4. Cavabdeh X2 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 106/17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarına əsasən, Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsi faktiki vəziyyətdə yerin cizgisinə dair plana uyğun yerdə yerləşmir. Faktiki istifadə olunan torpaq sahəsinin şimal hissəsində 200 m² hissəsi zəbt olunmuşdur və özləri tərəfindən ferma tipli tikili inşa edilmişdir. 5. xx.xx.2007-ci il tarixli, 101/02 nömrəli bələdiyyə torpaqlarının verilməsi haqqında alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 101/02 nömrəli, xx.xx.2007-ci il tarixli qərarı ilə İddiaçı fərdi yaşayış evi tikilmək məqsədi ilə ayrılmış Qaradağ rayonu, Qobustan qəsəbəsi, 1A massivi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsi naturada yerin cizgisinə dair plan ilə uyğun gəlir. X2 ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Qobustan Bələdiyyəsinin 106/17 nömrəli, xx.xx.2007-ci il tarixli qərarına əsasən, Qaradağ rayonu, Qobustan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 600 m² torpaq sahəsi faktiki vəziyyətdə yerin cizgisinə dair plan arasında uyğunsuzluqların olması müəyyən olunmuşdur. 6. Mübahisəli arakəsmə hörgü torpaq sahəsinin plan cizgisində göstərilən yol yerindən hasarlanmışdır. 7. Sualı cavablandırmaq səlahiyyətlərimizə aid deyildir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi cavabdehin Qaradağ rayonu Qobustan qəsəbəsi, massiv 1A ünvanında ümumi sahəsi 600 kv.m. torpaq sahəsindən cavabdehin çıxarılması, əraziyə gedən yolu bağlamış daş hasarın cavabdehin hesabına sökülməsi barədədir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 1A ünvanında yerləşən ərazini cavabdeh X3 tərəfindən X6 əldə etmişdir. İddia tələbi cavabdehin Qaradağ rayonu Qobustan qəsəbəsi, massiv 1A ünvanında ümumi sahəsi 600 kv.m. torpaq sahəsindən cavabdehin çıxarılması hissəsi ilə bağlı rəy verilmişdir ki, torpaq sahəsi 600 m² təşkil etsə də bunun 200 m² hissəsi qonşu tərəfindən tikili tikilməklə istifadəsində olması müəyyən edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi ilə cavabdehin iddiaçıya məxsus olan torpaq sahəsinə daxil olması müəyyən edilsə belə, torpaq sahəsinin Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansında olmasını və onların tələbi olmadığını nəzərə alaraq həmin ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmək olmaz. İddia tələbinin cavabdeh tərəfindən qanunsuz olaraq onun mülkiyyətində olan torpaq sahəsində olan tikilinin cavabdeh hesabına sökülməsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tövlə tipli tikililərin tikilməsi sübut olunmur, belə ki, tikililər mövcud olsa da həmin tikililəri cavabdeh bildirir ki, o tikməyib, istifadə üçün götürüb, iddiaçı da bildirir ki, uzun müddət əraziyə getməyib gələndə bir gün görüb ki, tikililər mövcuddur. Bu isə onu deməyə əsas berir ki, cavabdeh iddiaya cavab verməli olan şəxs deyil. Həmçinin tikili iddiaçıya məxsus torpaq sahəsində yerləşsə də, həmin ərazi Nazirliyi yanında X23, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin balansında olduğu üçün iddiaçının bu tələb ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Həmçinnin məhkəməyə təqdim edilmiş Qobustan Milli Tarix-Bəddi Qoruğu “Qobustan Arxeoloji sahəsi” adidəsinin topoqrafik xəritəsinidən görünür ki, ərazi Qobustan Milli Tarix- Bəddi Qoruğuna məxsusdur. Bundan başqa məhkəmə iddia tələinin əraziyə gedən yolu bağlanmış daş hasarın (maneənin) sökülməsi ilə bağlı məhkəmə qeyd edir ki, ərazidə giriş-çıxış yolları bir neçə yerdən mövcuddur. Həmin yolun bağlanması iddiaçının hüquqlarını məhdudlaşdırmır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası “X11”-in xx.xx.2025-ci il tarixli 144 №-li rəyini işin faktiki hallarını əks etdirən rəy kimi qəbul edir. Həmin rəyi məcburi sübut növü kimi qəbul etmir. Belə ki, torpaq sahəsi üzrə iddiaçı dövlətə məxsus torpaq sahəsində mübahisə predmeti irəli sürmüşdür ki, bu da Qobustan Milli Tarix-Bəddi Qoruğu və Azərbaycan Respbulikası “Azneft” İB-in ərazisinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” qərarında göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlaka mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə həmin Qərarla bir daha şərh edilən 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçının da tələbi mülkiyyət hüququnun müdafiəsinə yönəldiyindən tərəflər arasındakı münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunmalıdır ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəası ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, cinayət işi üzrə məhkəmənin qüvvəyə minmiş qərarı hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir, hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Xeyberağa oğlunun Cavabdeh qarşı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri alınması və maneənin aradan qaldırılması tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar