Məhkəmə qərarları › İş №2(002)-1820/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-1820/2025

21.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-1820/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 329 №-li Hərbi Hissənin iddia ərizəsini nəzərdən keçirib məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi 329 №-li Hərbi Hissə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki işçi X1 əmək müqaviləsinə elektron hökümət portalında xx.xx.2016-cı il tarixə düzəliş olunmasına köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə ərizə və əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə müəyyən etmişdir ki, tələbinin ifadə formasından asılı olmaraq iddiaçının hüquqi marağı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsindən ibarətdir. Belə ki, iddiaçı Azərbaycan Respubliksaı Müdafiə Nazirliyi 329 №-li Hərbi Hissə mülki işçisinin əmək müqaviləsinə elektron portalda geri tarixə düzəliş olunması ilə bağlı Azərbaycan Respbulikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti Bakı şəhər İdarəsinə müraciət etmiş, həmin orqan tərəfindən xx.xx.2025-ci il tarixli imtina məktubu almışdır. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, inzibati orqanın qeyd edilən imtinasını qanunsuz və əsassız hesab edərsə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Mülki məhkəmə icraatı qaydasında əmək müqavilə bildirişinin köhnə tarixə elektron sistemə daxil edilməsi ilə bağlı inzibati orqana hər hansı öhdəlik həvalə edilə bilməz. Bundan əlavə, iddiaçının ərizəsində cavabdeh göstərilməmiş, dövlət rüsumu ödənilməmişdir. Bununla da, həmin iddia ərizəsi həm də MPM-in 149.2.2-ci və 150.1.2-ci maddələrinin tələblərinə uyğun verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ərizənin icraata qəbulundan imtina edilməli ona inzibati orqanın imtinasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ izah olunmalıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 153.2.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: İddiaçı Azərbaycan Respubliksaı Müdafiə Nazirliyi 329 №-li Hərbi Hissəsinin mülki işçi X1 əmək müqaviləsinə elektron hökümət portalında xx.xx.2016-cı il tarixə düzəliş olunmasına köməklik göstərilməsi tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. İddiaçıya inzibati orqanın imtinasını inzibati məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar