Məhkəmə qərarları › İş №2(002)-185/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-185/2025

05.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-185/2025 05.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1na, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 qarşı mirasın qəbul edilməsi faktı barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1na qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzilinin qanun üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil qeydiyyat şəhadətnaməsinə əsasən nənəsi X7 məxsus olmuşdur. 22 yanvar 2007-ci il tarixdə nənəsi vəfat etmişdir. Nənəsinin vəfatında sonra onun anası X35 04 noyabr 2012ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, lakin həmin mənzilə dair çıxarış almamışdır. Belə ki, anası özü uzun müddət xəstə olmuş, sonradan isə atası həbs olunmuş, başları işlərə qarışdığı üçün vərəsəlik şəhadətnaməsi əsasında evə çıxarış almamışdır. xx.xx.2022-ci ildə anası vəfat etmişdir. Anasının vəfatından sonra atası həbsdə olduğundan və xəstə olduğundan o, da vərəsəlik şəhadətnaməsini almamışdır. Atası da xx.xx.2024-сi il tarixdə vəfat etmişdir. Nənəsinin vəfatından əvvəl də onlar həmin mənzildə yaşamış və hazırda da o öz ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Faktiki olaraq nənəsindən anama, anasından isə ona irsi tranmissiya qaydasında miras qalmış əmlakı qəbul etmiş və həmin əmlakdan istifadə edir. Hazırda anasının vərəsəsi o və iki bacısıdır. Bacıları notariat qaydasında anasından miras qalmış əmlakdan onun xeyrinə imtina etmişlər. Hazırda vərəsə kimi tanınmaq üçün ərizə ilə notariat kontoruna müraciət etsə də, müddəti buraxdığına görə bundan imtina etmişlər. Lakin mirasa əmlaka anasının vəfatından indiyə kimi özü faktiki olaraq sahiblik etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, 2 bacısı var, onlar da notariusda mirasdan onun xeyrinə imtina veriblər.Rəna anasıdır.Evin çıxarışı var, mülki işə əlavə etmişdir.Bibixanım anasının anasıdır, 6 uşağı var, X36, X49, X37, X38, X35 və X25. X3, X49, X37, X38 və X35 vəfat edib.X2.Anası mirası nənəsindən qəbul edib.Anası vərəsəlik açmadan rəhmətə gedib. Bu evi atası Rəsul anasının adına alıb.Xalaları və dayıları o evdə heç vaxt yaşamayıb. Xala uşaqları, dayı uşaqları ilə münasibəti var. Atası SSRİ vaxtı uzun müddət xaricdə həkim işləyib, o vaxtlar o evi öz adına yox,nənəsinin adına alıb, çünki nənəsi o vaxtlar burada idi. Atası vəzifədə işləyib deyə öz adına ala bilməyib.Dilbər 1961ci il təvəllüdlüdür, xərçəng xəstəsidir deyə indi müalicə alır-ximya qəbul edir.Dilbər xəstəliyinə görə evdən çıxmır. Nəzringil və Sitarə onun bacılarıdır.Dayısı Faiq ailəli olmayıb, qalanlarının uşaqları var. Nənəsinin adına başqa əmlak olmamışdır. Babasının adına Lökbatanda 1 miras əmlakı olub, onu da dayının 3 uşağı aralarında bölüb. Bu evdə indi o, yaşayır. Atası 1988-ci ildə Hindistanda səfirlikdə həkim işləyib, oradan bura pul göndərirdi deyə evi nənəsinin adına alıblar. Atası bu il vəfat edib. Atası burada 23 №-li xəstəxanada baş həkim işləyib, sonra yoxlama zamanı işdə olan problemlərə görə atasını həbs etdilər. Atası həbsdə vəfat edib.Dilbər şəhərdə yaşayır, özü Türkiyədə əməliyyat olub, ağ ciyərində şiş olub.Ev 4 otaqlıdır, əvvəl 3 olub, sonra 5 otağa çeviriblər. Anası vərəsəliyi qəbul edib. Vərəsəliyi 2012-ci ildə olub. Anası xx.xx.2022-ci ildə vəfat edib. İntiqam Ənvərin oğludur.Ənvər onun dayısı, Faiqin qardaşıdır.İntiqamın bu işdən xəbəri var. Mehdi Sahibin oğludur. Ramiz də dayısıdır, vəfat edib. Dayıları vəfat edib. Hazırda evin ona miras qalmasında mübahisə yoxdur, eyni zamanda hazırki mülki işdən müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin xəbəri vardır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3406/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs4 və Maraqlı şəxs2 maraqlı şəxslər kimi cəlb edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3406/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs3 maraqlı şəxs kimi cəlb edilməsi qərara alınmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-185/2025 saylı 17 mart 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 maraqlı şəxslər kimi cəlb edilməsi qərara alınmışdır. Maraqlı şəxslər Maraqlı şəxs1na, Maraqlı şəxs4, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs5, Maraqlı şəxs7 və Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 316 nömrəli məktubundan görünür ki, nənəniz -X4 qalmış mirasa irsi transmissiya qaydasında vərəsəlik şəhadətnaməsi verilməsi haqqında ərizənizə baxılmışdır. Məlum olmuşdur ki, mərhumun qızı-Sizin ananız X35 mirasın bir hissəsini rəsmiləşdirmiş, digər hissəsini isə rəsmiləşdirmədən xx.xx.2022-ci ildə vəfat etmişdir. Ananız vəfat edərkən Mülki Məcəllənin qüvvədə olan 1246-cı maddəsinə əsasən "Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət edə bilərsiniz. İş materiallarına əlavə olunmuş qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.1992-ci il tarixdən X6 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş “X46” AQİS-dən çıxarışdan görünür ki, X35 ilə X20 arasında nikah xx.xx.1977-ci il tarixdə 174 saylı akt ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş abonement saldosundan görünür ki, ünvan 1 ünvanında **********00010 saylı kod üzrə abonent qismində X35 çıxış etmişdir. İş materiallarına əlavə olunmuş 524/2012 saylı vərəsəlik işin üzrə 2-V-1/578 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 22 yanvar 2007-cı ildə vəfat etmiş X6 vərəsələri bunlardır: Bakı şəhəri, Sahil qəsəbəsi, E.Quliyev küçəsi, ev 62, m.21-də yaşayan qızı-X35 miras əmlakdan irs almalıdır.Şəhadətnamə verilən miras əmanət pul vəsaiti; Azərbaycan Respublikası «Kapital Bankın 7996 saylı filialındakı 057397 saylı hesabında olan pul vəsaitindən ibarətdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş Ərizəçi ərizəsindən görünür ki, o, ünvan 1 ünvanında yaşamış və xx.xx.2007ci ildə vəfat etmiş nənəsi - X6 adına 2012-ci ildə vərəsəlik işi açılmış və qızı onun anası X39 tərəfindən mirasın bir hissəsi qəbul edilmişdir. Anası xx.xx.2022-ci ildə vəfat etdiyinə görə irsi transmissiya qaydasında ondan qalmış mirası qəbul edir. Miras əmlak mənzildən ibarətdir. Bildirir ki, ondan başqa aşağıdakı vərəsələr vardır: X26 nəvəsi və Maraqlı şəxs2 – nəvəsi. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş Maraqlı şəxs4 ərizəsindən görünür ki, nənəsi X15 xx.xx.2007-ci il tarixdə vəfat edib. Nənəsinin vərəsəsi - anası X40 ondan qalmış mirasın bir hissəsini qəbul etmişdir. Anası xx.xx.2022-ci ildə vəfat etdiyi üçün ondan irsi transmissiya qaydasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmiş və etmir, etmək niyyətində deyildir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edildi. Ərizə onun sözləri əsasında yazıldı və yazılanları öz imzası ilə təsdiq edir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş Maraqlı şəxs2 ərizəsindən görünür ki, nənəsi X15 xx.xx.2007-ci il tarixdə vəfat edib. Nənəsinin vərəsəsi - anası X40 ondan qalmış mirasın bir hissəsini qəbul etmişdir. Anası xx.xx.2022-ci ildə vəfat etdiyi üçün ondan irsi transmissiya qaydasında harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaklardan ona çatan payı qəbul etməmiş və etmir, etmək niyyətində deyildir. Gələcəkdə həmin miras əmlaka dair heç bir şikayət və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə uyğun olaraq mirasın bir hissəsindən imtinanın bütövlükdə mirasdan imtina ilə eyni olması və imtina ərizəsinin geri götürülməsinin mümkün olmaması ona notarius tərəfindən izah edildi. Ərizə onun sözləri əsasında yazıldı və yazılanları öz imzası ilə təsdiq edir. İş materiallarına əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X21 anası Baxşəliyeva Bibixanım, atası Maraqlı şəxs7dir. İş materiallarına əlavə olunmuş Xİİ-ЖГ seriyalı 295406 saylı, Vİ- ЖГ seriyalı 388140 saylı və Vİİ-ЖГ seriyalı 356769 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, X11, Ərizəçi, X12 anaları X41, ataları X13r. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, X50 ilə X27 arasında nikah xx.xx.2006-cı il tarixdə 4241 saylı akt ilə Bakı nikah evində bağlanmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 304934 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X35 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 581 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 569321 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs7 Mehdiyeviç xx.xx.1968-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 103 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 422690 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 255 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 228298 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2007-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 43 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş Milli Arxiv İdarəsinin sorğuya cavab olaraq məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 2(002)-3406/2024 №-li (daxilolma xx.xx.2024-cü il, № 3-48/1-4751/2024) mərhum vətəndaş X35 barəsində olan sorğunuza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 fevral tarixli, 47 nömrəli Qərarı ilə təsdiq olunmuş "Milli arxiv fondu sənədlərindən istifadə Qaydası"nın 3.1-ci maddəsinə əsasən müraciətdə qeyd edilən şəxslərə aid olan müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: adıçəkilən vətəndaşın ailə üzvləri ilə birlikdə yaşayış yerinə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması haqqında aidiyyəti RİH-nin müvafiq qərarının (sərəncamının, protokolunun və s.) tarixi və nömrəsi) qeyd edilmədiyindən sorğunu icra etmək imkan xaricindədir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X8 əri, övladları, və valideynləri haqqında məlumatın istənilməsinə dair sorğunuza baxılmışdır.Bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 övladları xx.xx.1953-cü il təvəllüdlü Baxşəliyev Ənvərin, xx.xx.1951-ci il təvəllüdlü Baxşəliyev Ramizin, xx.xx.1947-ci il təvəllüdlü Baxşəliyev Sahibin doğumunun Abşeron rayon Güzdək icra nümayəndəliyi tərəfindən qeydə alındığı aşkar edilmişdir. "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1923-cü il təvəllüdlü X8 doğumu və nikahı haqqında məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X21 əri, övladları, və valideynləri haqqında məlumatın istənilməsinə dair sorğunuza baxılmışdır. Bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən yoxlama aparılarkən Abşeron rayon Güzdək icra nümayəndəliyi tərəfindən xx.xx.1958-ci il tarixdə 08 nömrəli akt ilə X21 doğumunun qeydə alındığı müəyyən edilmişdir. Müvafiq akt qeydində atası Maraqlı şəxs7 Mehdi oğlu, anası X15 qeyd edilmişdir."Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və xx.xx.1958-ci il təvəllüdlü X21 nikahı və övladları haqqında məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Dövlət Notariat Arxivinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 4sində xx.xx.2012-ci il tarixdə 2V-1/578 reyestr nömrəsi ilə verilmiş qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin surətləri göndərilmiş və xx.xx.2007-ci il tarixdə vəfat etmiş X6 axırıncı yaşayış yeri ünvan 1 olmuş və ölərkən ailə üzvi kimi X35 ılə birlikdə yaşayırdı. İş materiallarına əlavə olunmuş Qaradağ RİH Başçısının Sahil qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinın məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, icraatınızda olan mülki işlə bağlı mərhum X6 nəvəsi Ərizəçi ilə əlaqə saxlanıldı, bildirildi ki, Baxşəliyeva Bibixanımın ailə üzvləri rəhmətə getmiş, yalnız X28 adında bir qızı vardır. X28 hal-hazırda Bakı şəhərində yaşayır. İcraatınızda olan mülki işlə bağlı, mərhum X17 mərhum qızı X29 həyat yoldaşı Baxşəliyev Rəsul dünyasını dəyişmişdir. Mərhumun 3 uşağı var. Qızı X5 qəsəbəsi E.Quliyev k. ev 62 m.21 qeydiyyatdadır, lakin Bakı şəhərində Xırdalan rayonunda yaşayır. Mərhumun digər qızı Maraqlı şəxs2 Bakı şəhəri Yasamal rayonunda qeydiyyatdadır və yaşayır. Mərhumun oğlu X42 ailə üzvləri ilə birlikdə Sahil qəsəbəsi E.Quliyev k. ev 62 m.21 ünvanında qeydiyyatdadır, lakin Sahil qəsəbəsi Entuziast küç. ev 5 m.1 ünvanında yaşayırlar. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X15 və X21 adına açılmış vərəsəlik işlərinə dair məlumatların təqdim olunması barədə müraciətə baxılmışdır Qeyd olunur ki, "Elektron notariat informasiya sistemində aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, X6 adına xx.xx.2012-ci il tarixdə Bakı şəhəri 45 saylı dövlət notariat ofisində vərəsəlik işi açılmış, lakin heç kimə vərəsəlik şəhadətnaməsi verilməmişdir. Eyni zamanda, "Elektron notariat" informasiya sistemində X21 adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. Notariat hərəkətlərinə dair sənədlərin surəti "Notariat haqqında" Qanunun 32-ci maddəsində nəzərdə tutulmuş qaydada həmin notariat ofislərindən əldə edilə bilər. Azemis Elektron Məhkəmə Sistemindən əldə edilmiş sorğulardan görünür ki ,X36xx.xx.2024-cü il tarixdə , X49 isə xx.xx.2014-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X6 övladlarının doğumu və ölümü haqqqında akt qeydlərinin surətlərinin istənilməsinə dair sorğunuza baxılmışdır. Bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən yoxlama aparılarkən Abşeron rayon Güzdək icra nümayəndəliyi tərəfindən mərhumun uşaqları X22 doğumu xx.xx.1951-ci il tarixli 20 saylı akt ilə, X23 doğumu xx.xx.1953-cü il tarixli 03 saylı akt ilə, X21 doğumu xx.xx.1958-ci il tarixli 08 saylı akt ilə qeydə alındığı aşkar edilmişdir.Eyni zamanda bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X30 və X18 doğumu və ölümü haqqında məlumat aşkar olunmamışdır.X22, X23 və X21 ölümü haqqında akt qeydinin surəti məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2006-cı il tarixli 357 saylı Ölüm haqqında akt qeydindən görünür ki, X43 xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1997-cı il tarixli 162 saylı Ölüm haqqında akt qeydindən görünür ki, X44 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.1997-cı il tarixli 162 saylı Ölüm haqqında akt qeydindən görünür ki, X44 xx.xx.1997-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlət Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin məhkəməyə sorğuya cavab olaraq ünvanlandığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X36- ünvan 5 ünvanında, X49 və X38 ünvan 5 ünvanında qeydiyyatdadır, X22 qeydiyyatı yoxdur, X25 Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi .ev 112-də qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 667869 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X49 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında arayışdan görünür ki, Maraqlı şəxs7 Mehdiyeviç ilə X9 arasında nikah xx.xx.1946-cı il tarixdə 98 nömrəli akt ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin Bakı şəhəri 8 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X34 xx.xx.2014-cü il tarixdə 65/2014 saylı vərəsəlik işi açılmış, lakin vərəsələrə şəhadətnamə verilməmişdir. 24 aprel 2014-cü il tarixdə vəfat etmiş mərhum X24 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhər 8 saylı notariat kontoruna müraciət daxil olmuşdur və 65/2014 nömrəli vərəsəlik işi açılmışdır. İş materiallarına əlavə olunmuş ünvan 6 ünvanlanmış xx.xx.2014-cü il tarixli məktubundan görünür ki, X30 vəfat etməsi ilə əlaqədar 2014-cü ildə onun vərəsələri bacıları X35, X31, qardaşı uşaqları Maraqlı şəxs7, Maraqlı şəxs5 və Maraqlı şəxs6 ərizələri əsasında tərəfimizdən vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmşdir.Qaradağ rayonu İcra hakimiyyəti başçısının 353 nömrəli 27 mart 1992-ci il tarixli qərarına əsasən X34 ayrılmış Lökbatan qəsəbəsində yerləşən 600 kv.metr torpaq sahəsinə X30 adına çıxarış verməyinizi xahiş edirik. Çıxarış verildikdən sonra onun şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə olunmuş ünvan 6 ünvanlanmış xx.xx.2023-cü il məktubundan görünür ki, xx.xx.2014-cü il tarixdə ölmüş X24 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 65/2014 nömrəli vərəsəlik işi açılmışdır. X30 vəfat etməsi ilə əlaqədar 2014-cü ildə onun vərəsələrindən Ərizəçi, Maraqlı şəxs5, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs3 notariat ofisinə müraciət etmişdirlər. Azərbaycan Respublikası Qaradağ rayon İHBnın xx.xx.1992-ci il tarixli 353 nömrəli sərəncamına əsasən mərhum X34 Bakı şəhəri, Lökbatan qəsəbəsi,2-ci massiv ünvanda ayrılmış 600 kv.metr torpaq sahəsinə hüquqmüəyyənedici sənəd çıxarış (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü) verəsiniz. Hüquqmüəyyənedici sənəd çıxarış (texniki pasport, torpaq sahəsinin planı və ölçüsü) verildikdən sonra vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarına əlavə olunmuş Bakı şəhər 8 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli Ərizəçi ərizəsindən görünür ki, Mən, ünvan 8 ünvanda qeydiyyatda olan xx.xx.2014-cü il tarixdə ölmüş dayısı X24 qalmış miras əmlakı qəbul edir. Miras əmlak torpaq sahəsindən ibarətdir. Ondan başqa digər vərəsələr var.1) Maraqlı şəxs7-(ölənin qardaşı oğlu)-Bakı şəh, Lökbatan qəs, massiv 2,ev 34. 2)Maraqlı şəxs5-(ölənin qardaşı oğlu)-Bakı şəh,Lökbatan qəs, 5.Orucov küçəsi, ev 46, m 41. 3) Maraqlı şəxs6-(ölənin qardaşı oğlu)-Bakı şəhəri, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi 41,m 1.Göstərilən əmlaka qanun üzrə qanun və ya vəsiyyətnamə üzrə, məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ RİH başçısının Sahil qəsəbə İƏD-i üzrə nümayəndəliyinin məktubundan görünür ki, cavabdeh Maraqlı şəxs4 ünvan 9 ünvanında qeydiyyatdadır, lakin qeyd olunan ünvanda yaşamır. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzili qeydiyyat şəhadətnaməsi ilə 22 yanvar 2007-ci il tarixdə vəfat etmiş X7 məxsusdur. 524/2012 saylı vərəsəlik işi üzrə 2-V-1/578 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən göründüyü kimi 22 yanvar 2007-cı ildə vəfat etmiş X6 vərəsəsi X35 anasından miras əmlakın bir hissəsinə görə şəhadətnamə əldə etmişdir. X1 vəfat edərkən onunla ünvan 1 ünvanında ailə üzvi qismində X35 yaşamış və həmin ünvan üzrə abonent saldosu X21 adına olmuşdur. Bu səbəbdən məhkəmə qeyd edir ki, X35 tərəfindən anasından miras qalmış əmlakı- Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzili faktiki qəbul edərək, sahiblik etmişdir. Beləliklə, ərizəçi də xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzilinin qanun üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsinə dair hüquq əhəmiyyətli faktın təsdiq edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o faktiki olaraq həmin ünvanda yaşayır. Ev onun anasına nənəsindən miras qalmışdır. Nənəsinin uşaqlarından təkcə bir xalası sağdır, digərləri vəfat etmişdir. Miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi maraqlı şəxslər tərəfindən mübahisələdirilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X21 digər vərəsələri notarial qaydada təsdiqlənmiş ərizələri ilə miras əmlakdan ərizəçinin xeyrinə imtina etmişdilər. Ərizəçi hal-hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzildə yaşayır. Ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət edilsə də, miras əmlakının qəbulu müddətinin keçməsinə əsaslanaraq müddətin bərpası üçün məhkəməyə müraciət edilməsini təklif etmişdir. Ərizəçi tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi nə notariat orqanı, nə də digər maraqlı şəxslər tərəfindən mübahisələndirilmişdir. Beləliklə, məhkəmə ərizəçinin miras qoyanın birinci növbəli vərəsəsi olmasını, miras qalmış əmlakdan imtina etmədiyini, mirasın onun tərəfindən faktiki qəbul olunması halını və bu halın maraqlı şəxslər və digər vərəsələr tərəfindən mübahisələdirilmədiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzilinin faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyriformal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikası MPM-nin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarından görünür ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzilinin faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sahil qəsəbəsi, Entuziast küçəsi, 5 saylı evin 1 saylı mənzilinin faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar