Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1857/2020 30.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakışəhərində ipoteka ilə mənzil almaq üçün müxtəlif banklara müraciət etmiş, banklardan ona bildirmişlər ki, ipoteka ilə mənzil götürmək üçün şərtlər var və həmin şərtlərdən biri də evli olmaqdır. Onun hələ də evlənmək fikri olmadığına görə bibisi qızının rəfiqəsi Tubu ilə razılaşmışlar ki, kömək məqsədi ilə onunla gedib ipoteka ilə mənzil götürmək üçün Qeydiyyat şöbəsində və Bankda bir sıra sənədlərə imza etsin. Bu baxımdan xx xxx 2020-ci il tarixdə Cavabdeh ilə aralarında nikah 2 saylı “ASAN” xidmət mərkəzində qeydə alınmışdır. Onların ailə qurmaq niyyətləri olmamış və el qaydası ilə toy etməmişlər. Nikah şəhadətnaməsini alqıdqan sonra ölkə ərazisində karantin rejimi ilə əlaqədar ona sonradan çətinliklər olmasın deyə fikrini dəyişmişdir. Buna görə də Cavabdeh ilə xx xxx 2020-ci il tarixdə 2 saylı “ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış nikahın etibarsız sayılmasıüçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Yuxarıda göstərilənlərə əsasən, onunla Cavabdeh ilə arasında xx xxx 2020-ci il tarixdə 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində 704 nömrə ilə qeydə alınmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında göstərdi ki, Cavabdeh ilə nikahları xx xxx 2020-ci il tarixdə 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Bakışəhərində ipoteka ilə mənzil almaq üçün müxtəlif banklara müraciət edib, banklardan ona bildirmişlər ki, ipoteka ilə mənzil götürmək üçün şərtlər var və həmin şərtlərdən biridə evli olmaqdır. Onun hələ də evlənmək fikri olmadığına görə bibisi qızının rəfiqəsi Tubu ilə razılaşmışlar ki, kömək məqsədi ilə onunla gedib ipoteka ilə mənzil götürmək üçün Qeydiyyat şöbəsində və Bankda sənədlərə imza etsin. Bundan sonra Cavabdeh ilə arasındakı nikah xx xxx 2020-ci il tarixdə 2 saylı “ASAN” xidmət mərkəzində qeydə alınmışdır. Onların ailə qurmaq niyyətləri olmamış və el qaydası ilə toy etməmişlər. Nikah şəhadətnaməsini alqıdqan sonra ölkə ərazisində karantin rejimi ilə əlaqədar ona sonradan çətinliklər olmasın deyə fikrini dəyişmişdir. Sonda iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, İddiaçı ilə nikahları xx xxx 2020-ci il tarixdə 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Onlar İddiaçı ipotekaya mənzil götürməsinə görə evlənmişlər və heç vaxt ailə qurmaq niyyətində olmamışlar. Bu səbəbdən də toyları olmamışdır. Ər-arvad kimi birgə yaşamamışlar və aralarında yaxın münasibətlər olmamışdır. Odur ki, iddia tələbini qəbul edərək, onun təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iclaşında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, cavabdeh Cavabdeh onun rəfiqəsi olmaqla, İddiaçı isə dayısı oğludur. Onların nikahları xx xxx 2020-ci il tarixdə 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Nikahları onun təkidi ilə olmuşdur. Tərəflər heç vaxt ailə qurmaq niyyətində olmamışlar. Bu səbəbdən də toyları olmamışdır. Ər-arvad kimi heç vaxt bir yerdə yaşamamışlar və aralarında yaxın münasibətlər olmamışdır. Məhkəmə iclaşında şahid qismində dindirilən X1 eyni qaydada izah verərək bildirdi ki, ki, tərəflər heç vaxt ailə qurmaq niyyətində olmamışlar. Bu səbəbdən də toyları olmamışdır. Ər-arvad kimi heç vaxt bir yerdə yaşamamışlar və aralarında yaxın münasibət olmamışdır. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ İİ seriyalı 385679 saylı, xx xxx 2020-ci il tarixli nikahın bağlanması haqqında şəhadərnamədən görünür ki, İddiaçı ilə Cavabdeh xx xxx 2020-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə akt qeydləri kitabında 704 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 11-ci maddəsinin tələbinə əsasən “Nikahın bağlanmasıüçün nikaha daxil olan şəxslərin qarşılıqlı razılğı və onların nikah yaşına çatmaları zəruridir.” Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər nikahın bağlanılması haqqında qarşılıqlı razılığa gəlsələr də onların hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində müəyyən edilmişşərtlər pozulduqda, eləcə də tərəflərdə birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır.” Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” Yuxarıda göstərilənləri nəzərə alaraq, Məhkəmə hesab edir ki, tərəflər arasında xx xxxxxx 2014-cu il tarixdə Səbail Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 383 № ilə qeyd edilmiş nikah etibarsız hesab edilməlidir. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx xxx 2020-ci il tarixdə 2 saylı “ ASAN” xidmət mərkəzinin Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 704 № ilə qeyd edilmiş nikah etibarsız hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakışəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-1857/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1857/2020
30.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver