Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-186/2022 02.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X45 oğlunun katibliyi, Ərizəçi, Əriçənin vəkili və nümayəndəsi X5, Maraqlı şəxsin nümayəndəsi X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, bacısı X16 doğum haqqında bərpa aktının ata qrafasında qeyd edilmiş X19,ana qrafasında qeyd edilmiş X10 ilə onun doğum haqqında bərpa aktının ata qrafaında qeyd edilmiş X20 və ana qrafasında qeyd edilmiş X3 göstərilmiş şəxslərin eyni şəxslər olması (yəni onların doğma valideynlərinin olması) faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi iddia tələbinə dəqiqləşdirmə verərək, X12 Ərizəçi ilə qohumluq (bacı olması) faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, doğma bacısı X4 rayonu, Kəşfiyyatçılar küçəsi, ev 14B, mənzil 3 ünvanda qeydiyyatda olmuş və həmin ünvanda da yaşamışdır. Bacım Asi 15 dekabr 2020-ci il tarixdə vəfat etmiş, bu barədə Maraqlı şəxsndə 09 fevral 2021-ci il tarixli qeyd aparılmışdır. Bacısının heç vaxt övladı olmamış, qanuni nikahda olduğu əri X37 da 16 may 2008-ci ildə vəfat etmiş və bu barədə Maraqlı şəxsndə 03 iyun 2008-ci il tarixli qeyd aparılmışdır. X1 Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 14B, mənzil 3 və Qaradağ rayonu, ünvan 2 ünvanda yerləşən mənzil və fərdi yaşayış evləri miras qalmışdır. Bacısının övladı olmadığı üçün ondan başqa qanun üzrə heç bir vərəsəsi qalmamışdır. Miras əmlakın qəbul edilməsi üçün Notariat ofisinə vermiş olduğum ərizə bacısı ilə onun doğum haqqında şəhadətnamələrində olan yanlışlıq səbəbindən qəbul edilməmiş, onun doğma bacı olması faktı inkar edilmişdir.Belə ki, X2 doğum haqqında bərpa aktında atası Abasqulunun soyadı Mahmudov ata adı isə Mehdi kimi yazılmışdır. Eyni zamanda bacısının doğum haqqında bərpa aktında anasının soyadı Mahmudova yazılmışdır. Ona verilmiş doğum haqqında bərpa aktında ata qrafasında X20 qeyd edilmişdir. Onun doğum haqqında bərpa aktımdakı bütün qeydlər düzgündür. Lakin bacısı Asinin doğum haqqında bərpa aktında ata qrafasında Mahmudov deyil Mehdiyev və atası Abasqulunun ata adı da Mehdi deyil Mahmud, ana qrafasında isə soyad Mahmudova deyil Mehdiyevə yazılmalıdır. Mahmud, atası Abasqulunun atasının adıdır. Çünki atası Abasqulunun hazırda onda olan, 1953-cü ildə verilmiş paspotunda olan qeydlərdə də onun soyadının Mehdiyev, ata adının isə Mahmud olduğu qeyd edilib.X2 doğum haqqında bərpa aktının ata və ana qrafalarında yanlış məlumatların yazılması vaxti ilə WAQ adlanan orqanın kobud səhvidir. Hesab edir ki, vaxtilə sovetlər dönəmində bütün yazışmaların rus dilində aparılması və onların savadsızlığı üzündən belə yanlışlığa yol verilmişdir. Bu əsasla bacısı Asinin doğum haqqında şəhadətnaməsinin bərpa aktının ata və ana qrafalarında yol verilmiş yanlışlıqlar Qeydiyyat orqanı tərəfindən aradan qaldırılmalı, bacısı Asinin doğum haqqında bərpa aktında ata qrafasında X20 və ana qrafasında isə X14 yazılmalıdır. Bu əsasla 15 oktyabr 2021-ci il tarixli məktubla Maraqlı şəxsnə müraciət etmişlər. Qeydiyyat Şöbəsi müraciəti rədd edərək belə bir dəyişikliyin aparılması üçün etibarlı sübutların olmadığını bildirmişdir. Hesab edir ki, bu imtina yanlışdır. Çünki hazırda X8 övladlarından sağ qalan yeganə qızıdır. Ondan başqa atasının oğlunun nəvələri həyatdadırlar. Eyni zamanda çoxsaylı qohumları da təsdiq üdə bilər ki, X8 övladları arasında ögey olanı yoxdur hamısı qoğmadırlar. Hesab edir ki, bu hüquqi faktı mübahisələndirən başqa kimsə yoxdur və bu əsasla da Qeydiyyat Şöbəsi həmin dəyişiklikləri apara bilərdi. Bu halların nəzərə alnaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi iddia ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizəni müdafiə edərək, öz izahatında Mehdiyeva Asinin onun bacısı olduğunu, bunu hamının bildiyini, sadəcə sənəddə bacısınının soyadı, ata adının əksinə yazıldığını, onların özlərinin iki bacı, bir qardaş olduğunu, qardaşının vəfat etdiyini, hazırda bacısının adına mənzil olduğunu, həmin doğum akt qeydində isə yol verilmiş yalnışlığa görə indi özünün də bu yaşında çətinliyə düşdüyünü, bacısının evli olduğunu, evləndiyi şəxsi bacısı ilə olan nikahının həmin şəxsin ikinci nikahının olduğunu, onun həyat yoldaşının birinci nikahdan bir oğlu olub Ağayev Qazi ona bacısının baxdığını, lakin doğma övladı olmadığından onu da vərəsə kimi qəbul etmədiklərini, ona görə indi onun da şahid qismində dindirilməsini istiyirəm, başqa övladı olmadığını, həyat yoldaşının da vəfat etdiyini, aralarında rəsmi nikah olduğunu, onun hazırda yeganə vərəsəsi onun özünün olduğunu, lakin həmin yalnışlığa görə qeyd edilən məsələnin həll edilmədiyini, bu halın isə ona çətinlik yaratdığını, bütün qohum-əqrəba, qonşu hamının onun bacısı olduğunu bildiyini qeyd edərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçinin vəkili məhkəmə iclasında ərizəçinin izahatının məzmununa və dəlillərinə uyğun izahat verərək, ərizəni müdafiə edərək, öz izahatında qeyd edilən halların aşkar olduğunu, əriəzçinin bacısı Mehdiyeva Asiyə aid olan doğum akt qeydinin həmin dövrdə bərpa edildiyini, həmin bərpa akt qeydində də qeyd eidlmişdir ki, Mehdiyeva Asinin doğumu barədə məlumatlar, ata və ana haqqında məlumatlar məhz Mehdiyeva Asinin özünün dediyi məlumatlar əsasında yazılmışdır, Ərizəçi aid olan doğum akt qeydində isə həmin məlumatların məhz Nübarın atasının dediyi məlumatlar əsasında yazıldığı qeyd edilmişdir, Asinin övlaıd olmadığından, habelə onun həyat yoldaşı vəfat etdiyindən, iki bacı bir qardaş olduğundan, qardaşı və valideynləri vəfat etdiyindən onun yeganə vərəsəsəi isə bacısıdır, hansıki onların bacı olması halını bütün qohum-qonşu, hamının bildiyini, sadəcə həmin dövrdə doğum akt qeydi bərpa edilərkə yol verilmiş yalnışlıq ucbatından indi əriəzçinin çətin vəziyyətə düşdüyünü bildirərək, qeyd edilən halların nəzərə alınaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi X21 məhkəmə iclasında iştirak edərək, izahat verərək, öz izahatında Mehdiyeva Asi ilə bağlı həmin doğum akt qeydinin bərpası barədə məlumatların aşkar edildiyini, həmin məlumatlarda qeyd edilmiş X22 ata adı ilə bağlı başqa hər hansı məlumat (bacı-qardaş) aşkar edilmədiyini, həmin dönəmdə belə bir yalnışlıın olması ehtimalının olduğunu, sadəcə onlarda bununla bağlı hər hansı sübut olmadığından, vətəndaşa kömək edə bilmədiklərini bildirərək, ərizənin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X24 ifadə verərək bildirdi ki, Ərizəçi onun bibisidir, Mehdiyeva Asinin onunla birlikdə yaşadığını, keçən il vəfat etidyini, Ərizəçi və Mehdiyeva Asinin bacı olduğunu, hər ikisinin onun bibisi olduğunu, atası Ağamuradın onların qardaşı olduğunu, vəfat etdiyini, onun Asinin oğulluğu ilə evləndiyini, Asinin onu qızı kimi saxladığını, laki övladlığa götürmədiyindən, rəsmiləşdirilmədiyindən onun qızı kimi çıxış etmədiyini, babalarının adının X18 olduğunu, Mahmudun atasının babası olduğunu bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X15 ifadə verərək bildirdi ki, ərizəçinin qardaşı oğludur,Mehdiyeva Asi və Nübar onun bibiləridir, Tahirənin onun bacısı olduğunu, Mehdiyev Abbasqulu isə onların babaları olmuşdur, Asinin övladı olmamışdır, X55 bibisinin həyat yoldaşı olduğunu, Məzahirin Qazinin oğlu olduğunu, ona görə də bibisinin vərəsəsi ola bilmədiyini,onun da bacısi ilə evlədniyini bildirmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X44 ifadə verərək bildirdi ki,Ağayev Qazinin oğlu olduğunu, Mehdiyeva Asinin onun analığı olduğunu, ona görə də vərəsə hesab edilmədiyini, onun həyat yoldaşının isə Asinin qardaşı qızı, həm də qızı kimi saxladığı Tahirə xanım olduğunu, X43 bacısı olduğunu, bunu hamının bildiyini bildirmişdir. Məhkəmə, tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisinin 23.07.2021-ci il tarixli 1833 № li məktubunun məzmunundan aydın olur ki, 15.12.2020-ci il tarixdə ölmüş X16 ölümündən sonra miras qalmış əmlakla bağlı 04.03.2021-ci il tarixdə Bakı şəhəri 8 saylı Notariat Ofisinə mürcaiət daxil olduğunu, 70/2021 saylı vərəsəlik işinin açıldığını, təqdim edilən sənədlərə baxış keçirilərkən notariat ofisinə verilmiş miras qalmış əmlakın sənədinin X23 məxsus olması müəyyən edildiyini,lakin qohumluq münaisbətini təsdiq edən sənədinin aşkar eidlmədiyini, bununla bağlı məhkəməyə mürcaiət edilməsi tövsiyə eidlmişdir. İş materiallarında olan 6 sentyabr 1955-ci il tarixdə verilmiş 370856 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 15.02.1932-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X25, anası X7r. İş materiallarında olan 28 avqust 1985-ci il tarixli 480313 № li nikahın bağlanması haqqında şəhadətnamənin məzmunundan aydın olur ki, X51 ilə X49 arasında 28 avuqst 1985-ci il tarixdə 473 saylı akt qeydi ilə nikah bağlanılmış, nikahdan sonra ərə Ağayev, arvada Mehdiyeva soyadı verilmişdir. İş materiallarında olan AZ-İ №142647 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X28 15.12.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 149 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ № 305387 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X38 16.05.2008-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 260 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ No 476698 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 04.04.1995-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxsndə ölüm haqqında akt qeydləri kitabında 355 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu Qeydiyyat Şöbəsinin 27.10.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 52 nömrəli Qəraraı ilə təsdiq edilmiş “vətəndaşlıq vəziyyətləri aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarının müəəyən edən” Əsas müddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyətləri aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda VVADQ orqanları tərəfindən həyata keçirilir.Doğum akt qeydində yuxarıda göstərilən dəyişikliyin edilməsi üçün əsas olmadığından ərizəinin təmin eidlməsi mümkün olmadığı, buna görə də məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qəraraın 2.3-cü bəndində qeyd eidlmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsində ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1160-ci maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutlar əsasında Ərizəçi X28 ilə qohumluq münasibətinə (bacı olması) dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapması halını əsas götürərək, sadalanan hüquq normalarını rəhbər tutaraq, habelə qeyd edilən hüquqi əhəmiyyəti faktın müəyyən edilməsinin məhz vərəsəlik işi ilə (mirasdan pay almaq üçün) əlaqədar olduğunu nəzərə alaraq, hesab edir ki, ərizə təmin edilməli, X16 Ərizəçi ilə qohumluq (bacı olması) faktı müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı X16 birinci növbə üzrə vərəsələrinin (ər, uşaqlar, valideynlər) olması halı müəyyən edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 15.02.1932-ci il təvəllüdlü X16 xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi ilə qohumluq (bacı olması) faktı müəyyən edilsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-186/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-186/2022
02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver