Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1875/2022 19.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Ucar rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Ucar rayon notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 10 iyul 2001ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Ucar rayonunun Müsüslü kəndində yerləşən ümumi sahəsi 112.7 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.38 ha torpaq sahəsi üzrə vərəsəlik işi ilə bağlı olaraq miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, X6 onun anasıdır. Anası 10 iyul 2001-ci il tarixdə vəfat etmişdir. Anasından Ucar rayonu Müsüslü kəndində fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Həmin fərdi yaşayış evi 112.7 kv.m olmaqla və torpaq sahəsi 0.38 ha olmaqla xüsusi mülkiyyət kimi xx.xx.2021-ci il tarixdə X3 və X8 adına qeydiyyatdan keçmişdir. X12 qardaşı olmuş, xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. X2 ailəli olmamış və vərəsəsi yoxdur. Digər qardaşları isə miras əmlakdan onun xeyrinə notarial qaydada imtina etmişlər. Anasının vəfatından sonra miras qalmış həmin əmlakın yeganə varisi odur. Anasının vəfatından sonra miras əmlakı o, faktiki olaraq qəbul edərək istifadə etmişdir. Hazırda vərəsə kimi tanınmaq üçün mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etsə də, müddəti buraxdığına görə bundan imtina etmişlər. O, başı dəfn mərasiminə qarışdığı, eyni zamanda xəstə olduğu və dəfələrlə əməliyyat olunduğu üçün üçün notariat kontoruna vaxtında müraciət edə bilməmişdir. Lakin mirasa anasının vəfatından indiyə kimi özü faktiki sahiblik etmişdir. Ona görə də müddətin ötürülməsinin üzrlü hesab olunaraq bərpa edilməsini xahiş edir. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs Ucar rayon notariat ofisi məhkəməyə ərizə ünvanlayaraq, Ərizəçi miras əmlakın qəbul edilməsi müddətinin bərpa edilməsinə hər hansı etirazının olmadığını bildirərək, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPMnin 185-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası 2001-ci ildə vəfat edəndə Ucar rayonunda dəfndə iştirak etmişdir. Ərizəçi anası vəfat edəndən sonra anasından miras qalmış, həmin rayonun Müsüslü kəndində yerləşən evə və torpaq sahəsinə indiyə kimi nəzarət etmişdir. Ərizəçi bir müddət xəstəliyi ilə əlaqədar sənədləşmə işlərini yubatmış, lakin həmin evə və torpaq sahəsinə daim özü sahiblik etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Abasov Mahmud oğlu ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. Ərizəçinin anası 2001-ci ildə vəfat edəndə Ucar rayonunda dəfndə iştirak etmişdir. Ərizəçi anası vəfat edəndən sonra anasından miras qalmış, həmin rayonun Müsüslü kəndində yerləşən evə və torpaq sahəsinə indiyə kimi nəzarət etmişdir. Ərizəçi bir müddət xəstəliyi ilə əlaqədar sənədləşmə işlərini yubatmış, lakin həmin evə və torpaq sahəsinə daim özü sahiblik etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X10 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, Ucar rayonu, Müsüslü kəndində yerləşən ümumi sahəsi 112.7 kv.m olan fərdi yaşayış evi və 0.38 ha torpaq sahəsi X4 adına ümumi birgə mülkiyyətdə olmaqla, habelə torpaq sahəsi ümumi birgə mülkiyyətdə olmaqla X8 adına 17 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/47 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X3 11 yanvar 2021-ci il tarixli ********** nömrəli ərizəsinə və 11 yanvar 2021-ci il tarixıli 001-16 nömrəli müqaviləyə əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsi tərəfindən, mülkiyyətində (icarəsində, istifadəsində) olan 0.38 ha torpaq sahəsi üzərində tikilmiş 112.7 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi üçün qiymətləndirilmə işi aparılmış və obyektin 14 yanvar 2021-ci il tarixinə bazar dəyəri 15000 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ucar rayon notariat ofisinin xx.xx.2021-ci il tarixli, 485 saylı qərarından görünür ki, Ərizəçi tərəfindən 2001-ci ildə vəfat etmiş anası X1 miras qalmış Ucar rayonunun Müsüslü kəndində yerləşən ümumi sahəsi 112.7 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.38 ha torpaq sahəsi üzrə vərəsəlik işi ilə əlaqədar Azərbaycan Respublikasının MM-nin 1246-cı maddəsində göstərilən miras əmlakı qəbul etməklə bağlı müddət ötürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 254 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Ucar rayonunun Müsüslü kəndində mərhum anası X3 adına olan evdə yaşayır və onun atası X13 09 aprel 1995-ci il tarixdə, anası X6 10 iyul 2001-ci il tarixdə vəfat etmiş və hər ikisinin də məzarı Təzə Şilyan kənd qəbirstanlığındadır. İş materiallarında olan Ragımov Fizuli tərəfindən verilmiş və Bakı şəhəri 27 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ərizənin surətindən görünür ki, o, 2001-ci ildə vəfat etmiş anası X3 adında qalmış miras əmlakı qəbul etməmişdir və gələcəkdə də həmin mirasın qəbulu barədə və ya keçmiş vərəsəlik müddətinin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə Ucar rayonu, Müsüslü kəndində anadan olmuşdur, ünvan 2 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ No 139289 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Bu barədə Ucar rayonu, Müsüslü kənd nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında 13 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ No 139290 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Bu barədə Ucar rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 250 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ No 105085 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bu barədə Ucar rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 03 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Ucar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 560 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X12 barəsində nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ-T seriyalı, 152752 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1961-ci il tarixdə anadan olmuşdur, anası X6, atası X9r. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli texniki pasportdan görünür ki, Ucar rayonu, Müsüslü kəndində yerləşən fərdi yaşayış evinin sahibi X5r. İş materiallarında olan 635/2022 saylı ambulator stasionar xəstənin tibb kartasından çıxarışdan görünür ki, Ərizəçi esktripasya əməliyyatından sonrakı çapıq nahiyyəsinin qramuloması diaqnozu qoyulmuş, o, 13.07-xx.xx.2000-ci il tarixdə stasionar müalicədə olmuşdur. İş materiallarında olan Yalçın Məmmədov, Qənimət Məmmədova və Humay Səlimova tərəfindən tərtib edilmiş və Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qonşuları Ərizəçi həqiqətən də əvvəllər mütəmadi olaraq Ucar rayonunun Müsüslü kəndində mərhum anası X3 adına olan evə nəzarət etmiş, son beş ildir ki, həmin evdə yaşayır və onun atası X13 09 aprel 1995-ci il tarixdə, anası X6 10 iyul 2001-ci il tarixdə vəfat etmiş, yas mərasimi kənddə təşkil olunmuş, qonşular da həmin mərasimdə iştirak etmişlər və hər ikisinin də məzarı Təzə Şilyan kənd qəbirstanlığındadır. İş materiallarında olan ** AB ***7200 saylı, ** AB ***3536 saylı və ** AB ***1957 saylı ərizələrdən görünür ki, X17, X11 və X14 09 iyul 2001-ci il tarixdə vəfat etmiş anaları X1 miras qalmış əmlakda qanun üzrə onlara çatası miras payından bacıları X7 xeyrinə imtina etmişlər. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, ərizəçi anasından miras qalmış fərdi yaşayış evinə və torpaq sahəsinə faktiki sahiblik etsə də, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Təqdim edilmiş sübutlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin səhhəti və faktiki sahibliyin həyata keçirilməsi nəzərə alınmaqla müddətin ötürülməsi üzrlü hesab olunaraq bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 10.1-ci bəndinə əsasən, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi 10 iyul 2001-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Ucar rayonunun Müsüslü kəndində yerləşən ümumi sahəsi 112.7 kv.m fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.38 ha torpaq sahəsi üzrə vərəsəlik işi ilə bağlı ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsi üzrlü hesab olunaraq həmin müddət bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-1875/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1875/2022
19.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver