Məhkəmə qərarları › İş №2(002)-190/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-190/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-190/2022 10.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 sentyabr 2012-c il tarixli 17- AZ-1-0-4177-12 saylı zaminlik müqaviləsinə əsasən zamin trəfindən ödənilmiş 1529 manat məbləğində pul və ödənilmiş 36 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 11 sentyabr 2012-ci il tarixdə «Nikoyl» İKB-nin 6 saylı filialı ilə Cavabdeh arasında 17-AZ-1-0-4177-12 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 21 % olmaqla 7000 manat məbləğində kredit verilmişdir. Kreditin təyinatı 2012-ci il buraxılışlı, “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, XTA211540C5155985 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Verilmiş kreditin təminatı olaraq “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişdir. Həmçinin kreditin təminatı olaraq «Nikoyl» İKB-nin 6 saylı filialı ilə Cavabdeh və zamin İddiaçı MMC arasında 11 sentyabr 2012-ci il tarixli 17-AZ-1-0-4177-12 saylı zaminlik müqavilə bağlanmışdır. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxdında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcunundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən Cavabdeh 11 sentyabr 2012-ci il tarixli 17-AZ-1-0-4177-12 saylı Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcunun ümumilikdə 2621 manat ödəniş edilmişdir.Həmin məbləğdən 1092 manat məbləği zaminə geri qaytarılmışdır.Hal-hazırda geri qaytarılmayan məbləğ 1529 manat təşkil edir.Tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən zamin kreditor qarşısında borclunun bu müqavilənin 1.2-ci bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqında bankın xəbərdarlığını aldıqdan sonra borcalanın bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği banka ödəyə bilər. Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə kreditorun borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək, iddia tələbini qismən qəbul etdiyini, əslində bank qarşısında borcunun olduğunu, ancaq nəyə görə zamin onun əvəzinə ödədiyini bilmədiyini, gecikmələrinin olduğunu, lakin sonradan banka danışaraq həll etdiyini bilidrmişdir. İş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş "xxxx" ASC-nin nümayənədsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan 17-AZ-1-0-4177-12 nömrəli, 11.09.2012-ci il tarixli kreditmüqavilənin məzmunundan görünür ki, Nikoyl İKB ASC 6 saylı filialı Cavabdeh 24 ay müddətinə, illik 21% dərəcəsi ilə 7000 manat məbləğində kredit vermişdir. Həmin müqavilədə zamin adlandırılan İddiaçı MMC kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla zamin borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürə bilər. İş materiallarına əlavə olunmuş 476 nömrəli 22 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 1529 manat məbləğində pulu 3 gün ərzində ödəilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş 21.12.2021-ci il tarixli, 591 nömrəli arayışın məzmunundan görünür ki, Cavabdeh hesabına ümumilikdə 2621 manat məbləğində ödəniş həyata keçirilmişdir. Cavabdeh tərəfindən “Nikoyl” İKB-na aparılmış ödənişlərdən 1092 manat məbləği zaminə geri qaytarıldığı, hal –hazırda Cavabdeh "xxxx" MMC-nə borcunun 1529 manat təşkil etdiyi qeyd olunmuşdur. İş materiiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, Azevrocar MMC tərəfindən Cavabdeh adına olan hesab üzrə ümumilikdə (1537 manat, 359 manat )1896 manat ödəiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə "xxxx" İKB ASC arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə 7000 manat məbləğində kredit verilmiş, kreditin təyinatı isə 2012-ci il buraxılışlı, “VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyat nişanlı, XTA211540C5155985 ban, ******* mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Həmçinin, tərəflər arasında bağlınılmış ipoteka müqaviləsinə əsasən VAZ 21154” markalı, **-RX-*** dövlət qeydiyyatı nömrə nişanlı avtomobil öhdəliyin icrasının təminatı qismində Nikoyl İKB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə öhdəliyin icrasının təminatı qismində Nikoyl İKB ASC ilə Cavabdeh və İddiaçı MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Həmçinin müqavilənin şərtlərinə əsasən borcalan tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və zamin bu barədə bankdan xəbərdarlıq aldıqdan sonra bank qarşısında həmin öhdəlikləri icra edə bilər, habelə bu halda yerinə yetirdiyi öhdəlik həcmində kreditorun borcalan qarşısında olan hüuqqları əldə etmək hüququna malik olduğu qeyd olunmuşdur (Müqavilənin 2.5.2 və 2.5.5-ci bəndləri). Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı MMC ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı MMC tərəfindən banlk ödənilmişdir. Həmçinin, məhkəmə aarşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən zamin qismində cavabdehin bank qarşısısnda olan borc öhdəliyini 1537 manat və 359 manat ödəniş etməklə, ümumilikdə 1896 manat ödəniş etməklə, həmin hissədə icra etmiş, habelə icra etdiyi həmin məbləğdən 1092 manat məbləğində olan hissəsi bank tərəfindən iddiaçıya geri qayatrılmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddiaçının zamin qimsində bank qarşısısında cavabdehin adına icra etdiyi borc öhdəliyinin ümumi məbləği 804 manat təşkil etmişdir. İddiaçı icra etdiyi borc öhdəliyinin məbləğinin 1529 manat olduğunu qeyd etsə də, həmin hala dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir (hesabdan çıxarış məlumatlarında yalnız 1537 manat və 359 manat icra edildiyi qeyd edilmişdir). Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı məhz icra etdiyi həcmdə olan borc məbləği həddində reqres qaydasında pulun tələb edilməsi hüququna malik olmuşdur. Bu halları əsas götürərək, məhkəmə hesab edir ki, iddia tələbi məhz qeyd edilən məbləğə aid olan hissədə təmin edilməli, qlaan hissədə isə təmin edilməməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə iddia tələbinin təmin edilmiş hissəsini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 36 manat məbləğində olan dövlət rüsumunun 30 manat məbləğində olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan hissədə isə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia qismən təmin edilməli, Cavabdeh 804 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 804 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar