Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-191/2022 07.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh oğluna qarşı zaminlik müqaviləsinə əsasən aparılmış kredit ödənişlərinin geri tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25 oktyabr 2013-cü il tarixli 17-AZ-1 -0-5662-13 saylı zaminlik müqaviləsinə əsasən zamin tərəfindən ödənilmiş 8044 manat məbləğində pul və ödənilmiş 101 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 25 oktyabr 2013-cü il tarixdə «Nikoyl» İKBnin 6 saylı filialı ilə Cavabdeh arasında 17-AZ-1-0-5662-13 saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 21 % olmaqla 8800 manat məbləğində kredit verilmişdir.Kreditin təyinatı 2013-cü il buraxılışlı, “VAZ-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, XTA217230D0249639 ban, ******* mühərrik nömrəli, tünd göy metal rəngli avtomobilin alınması olmuşdur.Verilmiş kreditin təminatı olaraq “VAZ-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmişir. Həmçinin kreditin təminatı olaraq «Nikoyl» İKB-nin 6 saylı filialı ilə borclu Cavabdeh və zamin İddiaçı MMC arasında 25 oktyabr 2013-cü il tarixli 17-AZ-1 -0-5662-13 saylı zaminlik müqavilə bağlanmışdır.Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxdında və lazımınca yerinə yetirmədiyi üçün, həmin öhdəliyin icrası barədə kreditor zaminə borcun ödənilməsi təklifini irəli sürülmüş və zamin İddiaçı MMC öz hesabından borclunun Banka ödənilməli olan borcunundan silinməsinə dair razılıq verilmişdir. Nəticədə İddiaçı MMC tərəfindən borcalan Cavabdeh 25 oktyabr 2013-cü il tarixli 17£AZ-1-0-5662-13 saylı Kredit Müqaviləsi üzrə Banka ödəməli olan borcundan 8044 manat məbləğində ödəniş etmişdir.Tərəflər arasında bağlanılmış zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən Zamin Kreditor qarşısında Borclunun bu müqavilənin 1.2 bəndində göstərilən müqavilədən irəli gələn öhdəliyinin icra edilməsi üçün bu müqavilə ilə müəyyən edilmiş həcmdə cavabdehdir. Müqavilənin 2.5.2-ci bəndinə əsasən müştərinin öz öhdəliklərinin yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi haqqinda Bankın xəbərdarığını aldıqdan sonra Borcalanın Bank qarşısında öhdəliklərini tam və yaxud qismən yerinə yetirərək, tələb olunan məbləği Banka ödəyə bilər.Həmin müqavilənin 2.5.5-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəliyi yerinə yetirdikdən sonra bu öhdəlik üzrə Kreditorun Borcalana qarşı olan hüquqlarını tələbin təmin edildiyi həcmdə əldə etmək zaminin hüququdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Cavabdeh tərəfindən iddia tələbinə 29.11.2021-ci il tarixli etiraz ərizəsi təqdim etmiş, etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavətədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərman qəbul edildi.Həmin Fərmanın icrası ilə bağlı "xxxx" ASC (keçmiş “Nikoyl” İKB) ilə mənproblemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsiüzrə vahid kredit şətrlərinə” dair 20.12.2019-cu il tarixli, 17-Az-l-0-5562-13 saylı kreditmüqaviləsini bağlaışdılar.Həmin Müqavilənin şərtlərinə əsasən 5 il (1 il güzəşt), illik 1% olmaqla, 3560,43(üç min beş yüz altmış manat, 43 qəpik) manat məbləğində kredit ödənişi öhdəliyi yaranmışdır.Qeyd olunan Müqavilənin qrafiki üzrə tərəfindən hər ay 75,70 manat məbləğində kredit ödənişlərini icra edir.Yuxarıda qeyd olunanlardan görünür ki, İddiaçı ona qarşı verdiyi iddia tələbin qanunu və hüququ əsası yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan 17-AZ-1-0-5662-13 nömrəli, 25 oktyabr 2013-cü il tarixli kredit müqavilənin məzmunundan görünür ki, Nikoyl İKB ASC 6 saylı filialı Cavabdeh oğluna 36 ay müddətinə, illik 21% dərəcəsi ilə 8800 manat məbləğində kredit vermişdir. İş materiallarında olan 25 oktyabr 2013-cü il tarixli 17-AZ-1 -0-5662-13 saylı zaminlik müqaviləsi ilə zamin adlandırılan İddiaçı MMC 17-AZ-1-0-5662-13 nömrəli, 25 oktyabr 2013-cü il tarixli kredit müqaviləsi üzrə kreditin məbləği, ondan istifadəyə görə hesablanan faizlər, dəbbə pulu, borcalanın öz vəzifələrini yerinə yetirməməsinə və ya lazımi qaydada yerinə yerinə yetirməməsinə görə kreditora dəymiş zərərin və borcun tələbi ilə bağlı məhkəmə xərclərinin ödənilməsi də daxil olmaqla borcalan ilə eyni həcmdə bank qarşısında cavabdehliyi öz üzərinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 476 nömrəli 22 sentyabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh oğluna iddiaçı tərəfindən ödənilmiş ümumilikdə 8044 manat məbləğində pulu 3 gün ərzində ödəilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı qeyd olunmuşdur. İş materiallarına əlavə olunmuş hesabdan çıxarış məlumatlarından görünür ki, Cavabdeh hesabına "xxxx" MMC tərəfindən 05.12.2013-05.11.2015-ci illər aralığında ümumilikdə 8044 manat məbləğində ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehlə "xxxx" İKB ASC arasında kredit müaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən Cavabdeh oğluna 36 ay müddətinə 8800 manat məbləğində kredit verilmiş, kreditin təyinatı isə 2013-cü il buraxılışlı, “VAZ-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı, XTA217230D0249639 ban, ******* mühərrik nömrəli, tünd göy metal rəngli avtomobilin alınması olmuşdur. Həmçinin, tərəflər arasında bağlınılmış ipoteka müqaviləsinə əsasən 2013-cüil buraxlışlı, “Vaz-21723” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobil öhdəliyin icrasının təminatı qismində Nikoyl İKB ASC xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə öhdəliyin icrasının təminatı qismində Nikoyl İKB ASC ilə Cavabdeh oğlu və İddiaçı MMC arasında zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinin tələbinə əsasən kreditora dəymiş zərərə, kreditin məbləği, ona hesablanmış faiz və dəbbə pulunun borcalan tərəfindən yerinə yetirilməməsinə görə zaminin borcalan şəxslə eyni həcmdə birgə məsuliyyət daşıması qeyd olunmuşdur. Həmçinin müqavilənin şərtlərinə əsasən borcalan tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmədikdə və zamin bu barədə bankdan xəbərdarlıq aldıqdan sonra bank qarşısında həmin öhdəlikləri icra edə bilər, habelə bu halda yerinə yetirdiyi öhdəlik həcmində kreditorun borcalan qarşısında olan hüuqqları əldə etmək hüququna malik olduğu qeyd olunmuşdur (Müqavilənin 2.5.2 və 2.5.5-ci bəndləri). Göründüyü kimi, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə bank qarşısında yaranmış borc öhdəlikləri lazımi qaydada və vaxtında icra edilməmiş, nəticədə cavabdehin İddiaçı MMC ilə birgə mülki hüquqi məsuliyyət daşıdığı bank qarşısında icra edilməyən borc öhdəlikləri yaranmış və müqavilə tələblərinə uyğun olaraq həmin icra edilməyən borc öhdəlikləri zamin qismində çıxış edən İddiaçı MMC tərəfindən banka ödənilmişdir. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən zamin qismində cavabdehin bank qarşısısnda olan borc öhdəliyini hesabdan çıxarış məlumatlarından göründüyü kimi ümumilikdə 8044 manat məbləğində ödəniş etmiş və icra edilmışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 101 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia təmin edilməli, Cavabdeh 8044 manat məbləğində pul vəsaiti və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 8044 manat məbləğində pul vəsaiti və ödənilmiş 101 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həşimova Günay
Məhkəmə qərarları › İş №2(002)-191/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-191/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver