Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1945/2022 23.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı Hacıağa oğlunun, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Hacıağa oğlunun Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hacıağa oğlu Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.800 ABŞ dolları məbləğində pulun və ödənilmiş 120 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Hacıağa oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 29 iyun 2014-cü il tarixdə qarşılıqlı razılaşma əsasında özünə məxsus «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh işlədiyi çörək müəssisəsindən çörək daşımaq məqsədilə har ay 200 ABŞ dolları ödəmək şərti ilə vermişdir. Razılaşmanın predmeti onun bişirdiyi çörəklərin daşınması, cavabdehin isə bu daşınmadan qazanc əldə etməsi olmuşdur. Bu işləri görmək üçün o, Cavabdeh (reyestr № 7E-16988) Bakı şəhəri 19 saylı notariat kontorunda «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnamə əsasında vermişdir. Razılaşdıqları kimi cavabdeh 7 ay ərzində mütəmadi olaraq ona 200 ABŞ dolları ödəmiş və sonradan bu razılaşmaya əsasən pul ödəməkdən imtina edərək 2017-ci ilədək maşından pulsuz istifadə edib, bu işlə əlaqədar külli miqdarda qazanc əldə etmişdir. Hər dəfə cavabdehdən ödəniş tələb etdikdə sonuncu onun işlədiyini və bu məsələnin sonra həll ediləcəyini bildirmişdir. Bu məsələ 2017-ci ilin avqust ayındək davam etmiş və cavabdeh maşını ona qaytararaq onunla işləməyəcəyini bildirmişdir. Səbəb kimi cavabdeh digər müəssisədən yeni təklif gəldiyini bildirmişdir. Buna əsasən cavabdehdən əvvəlki borcunu almaq məqsədilə sonuncuya yeni uyğun təklif verdikdə, cavabdeh bununla razılaşmış və onun tərəfindən ikinci «Ford Transit» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomobilin (reyestr № 7E-2176) Bakı şəhəri 42 saylı notariat kontorunda 10 avqust 2017-ci ildə etibarnamə əsasında verilməsi təmin edilmişdir. Sonradan bu ikinci maşın barəsində dəfələrlə məhkəmə proseləri olmuş və hər dəfə Cavabdeh onun yuxarıda göstərdiyi «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobil barəsində bildirdiklərini və qarşılıqlı razılaşmanı təsdiq etmişdir. Bu təsdiq etmə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (İş № 2(004)- 6742/2021), Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (iş № 2(103)-2256/2022) qətnamələrində və iclaslarında öz əksini tapmışdır. Beləliklə 36 ay ərzində Cavabdeh tərəfindən ona məxsus «Ford Transit» markalı ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili gəlir məqsədilə istismar olunmuş və ona bunun əvəzində yalnız cavabdehin özünün qeyd etdiyi kimi 1.400 ABŞ dolları ödənilmişdir. Nəticədə Cavabdeh ona 5.800 ABŞ dolları borcu yaranmışdır. Bu səbəbdən, o, cavabdehdən ona borclu olduğu pulu tələb edir. İddiaçı Hacıağa oğlu məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddiaçının izahatında göstərilənlərə əlavə olaraq bildirdi ki, Cavabdeh etibarnamə ilə idarə etdiyi və İddiaçı məxsus avtomobil sahibinə 2017-ci ilin avqust ayında istismara yararsız vəziyyətdə qaytarılmışdır. İddiaçı bu və digər iki avtomobilin icarə haqqı ödənilmədiyinə görə polis orqanlarına müraciət etmiş və Yasamal RPİ-nin 29-cu PB-nin təhqiqatçısı Toğrul Hüseynzadənin 02 avqust 2019-cu il tarixli qərarı ilə İddiaçı ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş və ərizənin mülki xarakterli olduğu üçün məhkəməyə müraciət olunması ərizəçiyə tövsiyə edilmişdir. Həmin vaxtdan İddiaçı bir ençə faktla məhkəməyə müraciət etmiş, məhkəmə prosesləri 2021-ci il də daxil olmaqla davam etmişdir. 2020-ci ildə İddiaçı ağır xərçəng xəstəliyinə tutulduğundan müxtəlif vaxtlarda və müxtəlif xarici ölkələrdə müalicədə olmuş və bu səbəbdən, hazırki fakt üzrə vaxtında məhkəməyə müraciət edə bilməmişdir. İstər polis araşdırması zamanı, istərsə də məhkəmənin ilkin iclasında Cavabdeh iddia ərizəsində göstərilən faktları - yəni İddiaçı məxsus avtomobili çörək daşınması üçün qəbul etdiyini, 7 ay ərzində hər ay üçün əvvəlcədən razılaşmaya görə 200 ABŞ dolları ödəmiş, sonradan ABŞ dollarının kursu bahalaşdığına görə ödənişi ödəməmiş, lakin maşından istifadəni faktiki olaraq 3 il ərzində davam etdirərək yalnız 2017-ci ildə avtomobili sahibinə qaytarmamışdır. Bu səbəbdən, cavabdehin iddia müddəti tətbiq edilməsi barədə ərizəsinin qəbul edilməməsini, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh öncəki məhkəmə iclasında iddianı qəbul etmədi, iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, izahatında bildirdi ki, 29 iyun 2014-cü il tarixdə onunla İddiaçı arasında olan şifahi razılaşma əsasında, İddiaçı məxsus «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobillə iddiaçının çörək sexindən çörək daşımaq məqsədilə sürücü olaraq fəaliyyət göstərmişdir. Həmçinin aralarında belə razılaşma olmuşdur ki, hər ay 200 ABŞ dolları ödəmək şərtilə 45 aydan sonra sözügedən avtomobil onun mülkiyyətinə keçəcəkdir. Digər tərəfdən, o, sürücü kimi öz vəzifəsini yerinə yetirərək, sexin çörəklərini dükanlara paylamışdır və hər çörəkdən təxminən 3-4 qəpik qazancı olmuşdur. 7 ay müddətində avtomaşına görə İddiaçı cəmi 1400 ABŞ dolları ödəmişdir. 2015-ci ilin fevral ayında ABŞ dollarının məzənnəsinin qalxması səbəbindən, həmçinin dolların daha da, bahalaşacağı barədə söhbətlərlə bağlı, İddiaçı bildirmişdir ki, o, artıq bu avtomaşını istəmir, çünki, dollar qalxa-qalxa gedəcək. Belə çıxır ki, avtomaşın ona çox baha başa gələcək. İddiaçı isə, ona bildirmişdir ki, heç bir problem yoxdur, onsuz da sexin çörəyi hər bir halda paylanmalıdır, sürücü kimi fəaliyyətini davam etdirib, qazancını götürsün. O da, etiraz etməmiş, ödədiyi 1400 ABŞ dollarını da geri istəməmişdir. Bu qaydada 2 il 5 ay işləmişdir. Daha sonra ona başqa çörək sexindən təklif gəlmişdir. Həmin təklifə əsasən həm sürücü kimi işləyəcəkdi, həm də ona verilən maşının pulunu hissəhissə ödədikdən sonra, həmin maşın ona qalacaqdı. O, «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili Rasim Məcıdova qaytarmış və iddiaçıya bildirmişdir ki, başqa çörək sexindən təklif gəlib, həmin şəxslərlə işləməyə razılıq vermişdir. Həm də sonuncular ona «Ford Transıt» markalı, ** OL *** dövlət qeydiyyat nişanlı avtomaşın da alıb vermişlər. İddiaçı isə başqa sexə getməməyi, ona həmin maşını, maşın gələcəkdə onun mülkiyyətinə keçəcəyi şərtilə alacağını bildirmiş, digər sexin təklif etdiyi kimi işləyəcəklərinə də söz vermişdir. Qısa müddət ərzində iddiaçı sözügedən avtomaşını öz adına alıb, etibarnamə ilə sürmək üçün ona vermişdir. Onun İddiaçı ilə heç bir rəsmi icarə müqaviləsi olmamışdır. O, «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili öz məqsədləri üçün istifadə etməmişdir. Həmin maşınla sexdən çörəklər daşımışdır, İddiaçı sahibkar kimi, o da, sürücü kimi pul qazanmışdır. İddiaçı öz sexinin çörəklərinin daşınması üçün avtomaşından istifadə edilməsini icarə kimi qiymətləndirir. Bu isə tam əsassızdır. Düzdür, o, Rasim Məcıdova 7 ay müddətində har ay 200 ABŞ dolları olmaqla, cəmi 1.400 ABŞ dolları ödəmişdir. Bunu etməkdə məqsəd razılaşdıqları müddətdə avtomaşının onun mülkiyyətinə keçməsi olmuşdur. Lakin yuxarıda qeyd etdiyi kimi, ABŞ dollannın məzənnəsinin artması səbəbindən, həmin razılaşma qarşılıqlı razılıqları əsasında qüvvədən düşmüş və o, ancaq avtomaşından sexin sürücüsü olaraq, çörəklərin daşınması məqsədilə istifadə etmişdir. Əgər onun iddiaçıya verəcəyi var idisə, nə üçün 7 ildən çoxdur ki, belə bir iddia irəli sürməyib? Əgər onun iddiaçıya borcu var idisə nə üçün «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili iddiaçıya təhvil verdikdən sonra, dərhal ona digər avtomaşın vermişdir? Bu heç bir məntiqə və qanuna əsaslanmır. İddiaçı iddiasını, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1, 1091, 1092-ci maddələri ilə əsaslandıraraq, belə hesab etmişdir ki, aralarında olan razılaşma icarə müqaviləsi olmuşdur. Həmçinin iddiaçı, belə hesab etmişdir ki, iddiaçının sexinin çörəklərini, ona məxsus avtomaşınla daşıyaraq əsassız varlanan şəxs olmuşdur. Maraqlıdır ki, o, sürücü kımı pul qazanmamalı idi. İddiaçı əgər özünü haqlı hesab edirsə, nə üçün qanunvericiliklə müəyyən edilmiş müddətlərdə məhkəməyə müraciət etməmişdir? İddiaçının iddiasının heç bir əsası yoxdur. Onun iddiaçı qarşısında heç bir öhdəliyi olmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana oz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Göründüyü kimi, iddiaçının əsaslandığı hər iki hal, yəni istər müqavilə tələbi, istərsə də əsassız varlanma tələbi üzrə iddia müddətləri keçmişdir. Bundan başqa, qeyd edilən iddia ümumiyyətlə əsassızdır. İddiaçı iddiasını yalnız öz mülahizəsinə uyğun əsaslandırmışdır. Əksinə bir neçə ildir ki, İddiaçı ona qarşı əsassız tələblər irəli sürərək, məhkəmə proseslərinə cəlb edərək, ona psixoloji təsir göstərir. O, artıq iddiaçının bu iddialarından yorulmuşdur. Yuxanda qeyd edilənlərə əsasən məhkəmədən iddia müddətini tətbiq edərək, əsassız iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sonradan, 23 noyabr 2022-ci il tarixdə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia müddətinin tətbiqi barədə tələb (xahiş) göstərməmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(004)-6742/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «pul» tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 mart 2022-ci il tarixli, 2(103)- 2256/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli, 2(004)- 6742/2021 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmişdir. Həmin iş üzrə iddiaçı olmuş Cavabdeh istər iddia ərizəsində, istərsə də verdiyi izahatda qeyd etmişdir ki, 2014-cü ildə cavabdehin işlətdiyi çörək sexindən çörəklərin götürülərək paylanması üçün ona etibarnamə ilə avtomobil vermişdi, çörəkləri həmin avtomobillə paylayırdı. Avtomobilin pulunu hissə-hissə ödəmək barədə razılaşmışdılar və həmin avtomobilə görə ona 1.400 ABŞ dolları pul ödəmişdir. Sonradan qalan pulu ödəyə bilməmiş və ayrılmaq istəmiş, cavabdeh isə onunla işləməyə davam etmək istədiyini bildirərək ona başqa avtomobil vermişdir. Bir müddət sonra cavabdehin istehsal etdiyi çörəklərin çəkisi az olduğundan onların satışında problemlər yarandı və cavabdehlə işləmək istəmədiyini, başqa bir çörək sexində işləyəcəyini bildirdi. Cavabdeh isə digər çörək sexinin rəhbəri ilə danışaraq onu həmin sexə götürməməsini xahiş etdi. Sonra cavabdeh dəyəri 9000 manat olan «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobili satın aldı və xx.xx.2017-ci il tarixli etibarnaməyə əsasən ona verdi. Belə ki, onların aralarında xx.xx.2017-ci il tarixli razılaşma protokolunda əks olundu, həmin protokol onların öz aralarında tərtib edilmişdi və imzalanmışdı, razılaşma protokolunun altındakı 8100 manatın ödənilməsi barədə yazı və imza da cavabdehin özü tərəfindən 2019-cu ildə qeyd olunmuşdur. Həmin razılaşma protokoluna görə «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil 9000 manata qiymətləndirildi, ona hər çörəyə görə bir qəpik hesablanacağı, həmin məbləğ 9000 manata çatdıqda isə qeyd olunan avtomobilin onun adına rəsmiləşdiriləcəyinə öhdəlik götürmüşdü. Belə ki, o, cavabdehdən hər gün 1200-1300 ədəd çörək götürərək mağazalara paylamış və hər çörəkdən ona bir qəpik qalırdı, iki il ərzində qazandığı çörəkdən cavabdehə 5000 manat maşın üçün ona pul vermişdir. Bununla da o, cavabdehə cəmi 13100 pul vermişdir. Həmin razılaşma protokolunun məqsədi 9000 manatlıq işin görülməsi olmuş, o isə həmin işi tamamilə və artıqlaması ilə görüb qurtardıqdan sonra cavabdeh ilə əməkdaşlığı dayandırmış, avtomobil də cavabdehin özündə qalmışdı. Qanunun əliliyinə inanır. Hesab edir ki, cavabdehin hərəkətləri qanunsuzdur. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Ona «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil və ya ona ödədiyi 8100 manat pulum qaytarılmalıdır. Cavabdeh ondan «Ford Transit» markalı, **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə 13100 manat pul alıb, bu günə kimi pulunu və ya maşını ona qaytarmayıb. Lakin qanunsuz iddia ərizəsi məhkəməyə müraciət edib və qətnamələrlə cavabdeh haqsız olduğu sübut olunmuşdur. Hesab edir ki, göstərilən məbləğ və ya avtomobil cavabdehdən tutularaq ona ödənilməlidir. 4 il əvvəl cavabdehə məxsus avtomobilləri sürmüşdür. Hər ay 200 manat olmaqla 7 ay ərzində cavabdehə pul ödəmiş, qalan 8100 manatı isə əlbəəl cavabdehə vermişdir. Bundan başqa, həmin qətnamədə istinad olunmuş digər sübutlar tərəflər arasında olan münasibətləri (tərəflərin öz aralarında olan razılaşmaları, avtomobilin hansı şərtlərlə bir tərəfin digər tərəfə təqdim etməsi, çörək satışından hazırkı iş üzrə cavabdehin qazancı və s.) xarakterizə edir. Göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında öncələr digər «Ford Transit» markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı mübahisə olmuşdur. Lakin həmin mübahisəyə birinci və apellyasiya instansiyası məhkəmələrində baxılarkən də Cavabdeh verdiyi iddia ərizəsi, izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olunmuşdur ki, o, 2014-cü ildə iddiaçı ilə aralarında olan şifahi razılaşmaya əsasən «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili hər ay 200 ABŞ dolları ödəməklə istifadə etdiyini, 7 ay ərzində avtomobildən istifadə edərək hər ay 200 ABŞ dolları olmaqla, cəmi 1400 ABŞ dolları ödəniş etdiyini, sonradan avtomobil istifadəsində qalsa da, ABŞ dollarının məzənnəsinin manata nəzərən bahalaşması səbəbindən və bu tendensiya davam etdiyindən iddiaçıya qalan borcu ödəyə bilməmişdir. «Ford Transit» markalı, ** CS *** dövlət qeydiyyat nişanlı avtomobili 2017-ci ilin avqust ayında digər «Ford Transit» markalı **-OL-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnaməyə əsasən ona təqdim edilməmişdən öncə iddiaçıya qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, cavabdeh iddiaçıya məxsus avtomobildən aralarında olan şifahi razılaşmaya əsasən 2014-cü ilin iyul ayından 2017-ci ilin avqust ayınadək özündə saxlayıb istifadə etsə də, razılaşmaya əsasən hər ay ödəməli olduğu 200 ABŞ dolları məbləğində pulu yalnız 7 ay ərzində ödəmiş, qalan dövr üçün ödənişləri icra etməyərək, iddiaçı qarşısında 5.800 ABŞ dolları həcmində icra edilməmiş öhdəliyi (borcu) qalmışdır. Digər sözlə ifadə etdikdə, cavabdeh iddiaçı qarşısında öhdəlik götürsə də, ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 120 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.800 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Hacıağa oğluna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5.800 ABŞ dolları ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manatla və ödənilmiş 120 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Hacıağa oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-1945/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1945/2022
23.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver