Məhkəmə qərarları › İş №2(3-6)-2756/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-2756/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-2756/2026 08.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Bəhrəmzadə Sabit Xanlar oğlunun sədrliyi ilə, Babayev Fuad Fikrət oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi cavabdeh Cavabdeh X2rşı “qeyri-yaşayış sahəsinin boşaldılması və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X2 tərəfindən ünvan 1 23 ünvanlarında yerləşən qeyri-yaşayış sahələrinin boşaldılaraq "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə təhvil verilməsi, idarəyə 110 166,21 manat məbləğin ödənilməsi və dövlət rüsumu kimi ödənilmiş 492 manat məbləğin qarşı tərəfin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadına əsasən iddiaçı Cavabdeh X2 cavabdeh “İçərişəhər” X1 Qoruğu İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanılması” tələbinə dair Ali Məhkəmənin icraatında olan *- *(*-*)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, məhkəmənin icraatında olan hazırkı *(*-***)-***/**** saylı mülki iş üzrə icraat dayandırılmışdır. Həmin qərardaddan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şikayət verilərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin icraatında olan iş “icarə müqaviləsinin bağlanılması üçün inzibati aktın qəbul edilməsi” öhdəliyin qoyulmasına dair inzibati mübahisədir. Hazırkı iş isə qeyri-yaşayış sahəsinin boşaldılması və kompensasiya ödənilməsi tələblərindən ibarət mülki mübahisədir. Hər iki iş üzrə araşdırılmalı faktiki hallar və tətbiq edilməli hüquq normaları fərqlidir. İnzibati iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımır. Çünki hazırkı mübahisənin həlli üçün zəruri olan hallar cavabdehin əmlakdan istifadə əsasları, həmin istifadənin hüquqi statusu, sahənin boşaldılması üçün əsasların mövcudluğu və kompensasiya məsələləri müstəqil qaydada müəyyən edilə bilər. Məhkəmə qərardadda iki iş arasındakı hansı konkret hüquqi bağlılığın icraatın dayandırılmasını zəruri etdiyini əsaslandırmamış, yalnız digər işin mövcudluğuna istinad etməklə kifayətlənmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 254.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda iş üzrə icraatı dayandırmalıdır: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. MPM-nin 256.0.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. 256.0-cı maddəsinə əsasən iş üzrə icraat aşağıdakı müddətdə dayandırılır: 256.0.3. bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər; 258.1-ci maddəsinə əsasən iş üzrə icraatın dayandırılması və onun təzələnməsi barədə məhkəmə qərardad çıxarır. 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, iddiaçı Cavabdeh X2 cavabdeh “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə qarşı “icarə müqaviləsinin bağlanılması” tələbinə dair mülki iş Ali Məhkəmənin icraatındadır. Ali Məhkəmədə baxılan *-*(*-*)-****/**** nömrəli inzibati iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırki iş üzrə icraat dayandırılmışdır. Qeyd edilənlərdən də göründüyü kimi, məhkəmə kollegiyası hesab edir ki, hazırda iş üzrə mübahisənin düzgün həll olunması üçün həmin inzibati iş üzrə yekun məhkəmə aktının qüvvəyə minməsi səbəbindən iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İddiaçının şikayətinin dəlilləri isə mülki işin mahiyyəti ilə əlaqədardır. Birinci instansiya məhkəməsi haqlı olaraq MPM-in 255-ci maddəsi ilə icraatı dayandırmaq hüququndan istifadə edərək, qanunvericiliklə müəyyən edilmiş prosessual müddətin əsassız axımının qarşısını almaq üçün iş üzrə icraatı Ali Məhkəmənin icraatında olan *-*(*-*)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadından iddiaçı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-398-ci, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar