AzərbaycaṅRespublikası̇adından Qətnamə Bakı̇şəhəri İş̇№̇2(004)-7353/2025 13.03.2026 BAKİŞƏHƏRİYASAMAL̇RAYOṄMƏHKƏMƏSI Hakim Babazadə̇GülnaṙVidadi qızınıṅsədrliyi, ƏliyevȧAfaq Əkbəṙqızınıṅkatibliyi, İddiaçınıṅnümayəndəsi̇Nümayəndə İlyaṡoğlunun, Cavabdehin nümayəndəsi̇və̇vəkili̇Vəkil iştirakları̇ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ödənilməmiş icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə̇məhkəməniṅinzibati binasındȧaçıq̇məhkəmə̇iclasındȧbaxaraq, MÜƏYYƏṄETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ödənilməmiş icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.2 kv.m. olan qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə (icarəyə verənə) təhvil verilməsi və qalıq icarə haqqı olaraq 2000 manat məbləğində icarə borcunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi̇barədə qətnamə̇çıxarılmasını̇məhkəmədəṅxahiş̇etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.2 kv.m. olan qeyri-yaşayış sahəsi restoran kimi istifadə edilmək üçün ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsinə əsasən, cavabdeh 3 il müddətinə həmin əmlakı icarəyə götürür bunun müqabilində aylıq 200 manat icarə haqqı ödəməli idi. Lakin cavabdeh öz öhdəliklərini sonadək icra etməmiş, müqavilənin şərtlərini pozaraq, aylıq icarə haqqını dəfələrlə gecikdirmiş, ard-arda bir neçə ay ödəniş ödəməkdən yayınmışdır. Cavabdehlə aralarında bağlanmış icarə müqaviləsinin 6.2.4-ci bəndinə əsasən, icarəçi ardıcıl olaraq icarə haqqını iki ay ödəmədiyi halda müqaviləyə dərhal xitam vermək hüququ icarə verəndə saxlanılmışdır. Cavabdehin hazırda icarə müqaviləsi üzrə ona 2000 manata yaxın borcu vardır. Həmçinin cavabdeh müqavilənin şərtlərini pozaraq əmlakın boşaldılaraq mülkiyyətçiyə təhvil verməsindən imtina edir. Bu isə mülkiyyətçinin mülkiyyət hüquqlarının kobud pozulmasına səbəb olur. Cavabdehlə aralarındakı müqavilə öhdəliklərinin icra edilməsi üçün cavabdehə ##.##.2025-ci il tarixli pretenziya məktubu göndərilmiş və mübahisənin məhkəmədən kənar müqavilənin şərtlərinə uyğun həll edilməsi təklif edilmişdir. Lakin cavabdeh tərəfindən həmin pretenziya məktubuna münasibət bildirilməmiş, mövcud vəziyyət dəyişməz olaraq qalmışdır. Hazırda cavabdeh əmlakdan qanunsuz istifadə etməkdə̇bu isə̇mülkiyyətçiniṅhüquqlarını̇pozmaqda və maddi ziyana salmaqdadır. Daha sonra iddiaçının nümayəndəsi Nümayəndə İlyas oğlu ## ###### 2026-cı il tarixdə iddia tələbinin həcmini artıraraq, qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və fevral ayı da daxil olmaqla qalıq icarə haqqı 5100 manat məbləğinin cavabdehdən tutulub iddiaçıyȧverilməsi̇barədə qətnamə̇çıxarılmasını̇məhkəmədəṅxahiş̇etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı Vəlı̇şan qızının cavabdeh Qulı̇yev Fərı̇d Arı̇f oğluna qarşı iddiası əsassız olduğundan rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında göründüyü kimi İddiaçı Vəlı̇şan qızı ilə Qulı̇yev Fərı̇d Arı̇f oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m. olan qeyriyaşayış sahəsi 3 il müddətinə Qulı̇yev Fərı̇d Arı̇f oğluna icarəyə verilmişdir. Həmin müqavilənin 5.2-ci maddəsinə əsasən bu Müqavilənin müddəti başa çatdıqda ona xitam vermək və ya onun şərtlərini dəyişdirmək barədə hər hansı bir tərəfin yazılı müraciəti olmadıqda müqavilə burada nəzərdə tutulmuş eyni şərtlərlə daha 3 il müddətinə uzadılmış hesab edilir. Həmin Müqavilənin 4.1-ci maddəsinə əsasən sahənin aylıq icarə haqqı 200 manat təşkil etmişdir. Müqavilənin müddəti ##.##.2025-ci il tarixdə başa çatsa da, ona xitam verilməsi ilə bağlı tərəflər bir-birinə yazılı qaydada müraciət etmədiyindən müqavilənin müddəti daha 3 il uzadılmışdır. İddiaçı iddia ərizəsində güya cavabdehin 5100 manat məbləğində borcunun olduğunu bildirsə də, həmin məbləğin hansı dövrü əhatə etməsini göstərməmiş, əksinə tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya artıq ödəniş etmişdir. Ödənişlər aşağıdakı cədvəldə öz əksini tapmışdır: S/N Ödənişin tarixi Ödənişin məbləği: 1. ##.##.2025 – 2000; 2. ##.##.2025 – 1000; 3. ##.##.2025 – 100; 4. ##.##.2025 – 200; 5. ##.##.2025 – 200; 6. ##.##.2025 – 1000; 7. ##.##.2025 – 300; 8. ##.##.2025 – 300; 9. ##.##.2025 – 300; 10. ##.##.2025 – 100; 11. ##.##.2025 – 200; 12. ##.##.2025 – 200; 13. ##.##.2025 – 200; 14. ##.##.2025 – 200; 15. ##.##.2025 – 200; 16. ##.##.2025 – 4000; 17. ##.##.2025 – 400; 18. ##.##.2025 – 200; 19. ##.##.2025 – 200; 20. ##.##.2025 – 100; 21. ##.##.2025 – 100; 22. ##.##.2025 – 200; 23. ##.##.2025 – 200; 24. ##.##.2025 – 200; 25. ##.##.2025 – 300; 26. ##.##.2025 – 100; 27. ##.##.2025 – 1000; 28. ##.##.2025 – 200; 29. ##.##.2025 - 200 Cəmi: 13900. Beləliklə qeyd olunan ödənişlərdən görünür ki, cavabdeh Qulı̇yev Fərı̇d Arı̇f oğlunun iddiaçı heç bir borcu olmamış əksinə artıq ödəməsi olmuşdur. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı İddiaçı Vəlı̇şan qızının cavabdeh Qulı̇yev Fərı̇d Arı̇f oğluna qarşı icarə müqaviləsi üzrə pul tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qətanamə qəbul edilməsini̇xahiş̇etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə İlyas oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında bildirdi ki, cavabdehlə 3 illik müddətində müqavilə bağlamışlar. Müqavilənin müddəti 2025-ci ilin iyul ayında bitməli idi. Amma cavabdehin xahişi ilə qalıq borclar ödənildi və o, müddəti 2 aylıq uzatdı. İcarə haqqı məbləğinə daxildir: 2025-ci il üzrə oktyabr ayı – 300 manat; noyabr ayı – 300 manat; dekabr ayı – 1500 manat; yanvar ayı – 1500 manat və fevral ayı – 1500 manat, cəmi 5100 manatdır. Ona verilən suallara cavab olaraq bildirdi ki, aralarında razılıq olmamışdır. Əmlak Yasamal rayonunda yerləşir. Müqavilənin müddəti bitib, o, isə müqavilənin uzadılmasını istəmədiyi üçün cavabdehə mesaj yazaraq, bildirmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməmişdir, yəni icarə haqqını ödəməyib. Aylıq 1500 manat ödəniş olunmalı idi. Cavabdehin borcu 3600 manatdır, əgər fevral ayını nəzərə alsalar borc məbləği 5100 manat təşkil edir. Oktyabr və noyabr ayında 1200 manat pul verib, 300 manat qalıb. Cavabdeh noyabr ayından etibarən ödənişlər etməyib. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə̇qəbul̇edilməsini̇xahiş̇etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və ona verilən suallara cavab olaraq bildirdi ki, iddiaçıya rəsmi müqavilədə göstərildiyi kimi 200 manat icarə haqqı ödənilməli idi. Tərəflər arasında başqa razılaşmanın olması sübuta yetirilmir. 30 iyul tarixindən iddiaçıya 7400 manat pul ödənilib. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbiniṅtəmiṅolunmaması̇barədə̇qətnamə̇qəbul̇edilməsini̇xahiş̇etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi̇təmiṅedilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyəṅolunmuşduṙki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,20 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı Vəlı̇şan qızının adınȧ##.##.2020-ci il tarixdə̇qeydiyyata alınmışdır. - Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsindən müəyyən olunur ki, İddiaçı Vəlı̇şan qızı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,20 kv.m. olan qeyri-yaşayış sahəsini hər ay 200 manat ödənilməsi şərti ilə üç il müddətinə restoran kimi istifadə etmək üçün cavabdeh Qulı̇yev Fərı̇d Arı̇f oğluna icarəyə vermişdir. İcarə müqaviləsini İddiaçı Vəlı̇şan qızının adından X1 və Qulı̇yev Fərı̇d Arı̇f oğlu imzalamışlar. Həmin müqavilənin 6.2.4-cü bəndinə əsasən icarə haqqı̇iki ay ödənilmədiyi̇təqdirdə̇dərhal̇müqaviləyə̇dəyişiklik̇edilir və̇ya ona xitam verilir. - Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin Nümayəndə İlyas oğluna ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən müraciətində qeyd olunan xüsusatlar araşdırılmış və müəyyən edilmişdir ki, müraciətində göstərilən məsələ mülki̇xarakterlidir və̇bununla bağlı̇məhkəməyə̇müraciəṫetmək̇hüququ̇var. - İddiaçı Vəlı̇şan qızına məxsus Leobank kart hesabından çıxarışa əsasən Fərid Kafe (Qulı̇yev Fərı̇d Arı̇f oğlu) tərəfindən İddiaçı Vəlı̇şan qızına ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 300 manat, ##.##.2025-ci il tarixdə 300 manat, ##.##.2025ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 4000 manat (bu məbləğlə sentyabr ayının 1nə kimi olan borclar sıfırlanıb), ##.##.2025-ci il tarixdə 400 manat, ##.##.2025-ci il tarixdə 200 manat, 17.0gf9.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 200 manat (bu məbləğlə oktyabr ayının 1-nə kimi olan borc bağlanıb), ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 300 manat, ##.##.2025-ci il tarixdə 100 manat, ##.##.2025-ci il tarixdə 1000 manat, ##.##.2025-ci il tarixdə 200 manat, ##.##.2025-ci il tarixdə 200 manat (2400 manat oktyabr və noyabr ayları üçün ödəniş olmalı idi. 1500+1500=3000 manat, ödənilib 2400 manat, 600 manat borc. Dekabr ayı üzrə 1500 manat, yanvar ayı üzrə 1500 manat və fevral ayı üzrə 1500 manat ödənilməyib,̇4500+600=cəmi̇5100 manat borcu qalıb.) - İddiaçı tərəfindən təqdim edilmiş CD diskdə qeyd edilmişdir ki, cavabdhe Cavabdeh iddiaçının nümayəndəsi Nümayəndə bildirir ki, icarə haqqının 1500 manatdan olmasını Həsən sentyabr ayından, o isə noyabr ayından verilməsini bildirmiş, sonda 1500 manat oktyabr ayındaṅolacağını, ona qədəṙ1200 manat olacağını qeyd etmişdir. İş materialları ilə müəyyən olundu ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,20 kv.m. olan qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur. Tərəflər arasında bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, qeyd olunan əmlak aylıq 200 manat ödəniş şərti ilə 3 il müddətinə cavabdeh Cavabdeh icarəyə verilmişdir. Müqavilənin 6.2.4-cü bəndinə əsasən, icarəçi ardıcıl olaraq iki ay icarə haqqını ödəmədiyi halda, icarəyə verən müqaviləyə xitam vermək hüququna malikdir. Müqavilənin müddəti ##.##.2025-ci il tarixdə bitmiş, iddiaçı həmin vaxt icarə müqaviləsinin ləğv edilməsi və icarə obyektinin boşaldılmasını istəmiş, daha sonra elə həmin dövrdə tərəflər arasında razılığa gəlirnərək icarə müddəti uzadılmışdır. Tərəflər arasında danışıqlardan müəyyən olunur ki, iddiaçı 2025-ci ilin sentyabr ayından icraə haqqının 1200 manat yox 1500 manat olması, avabdeh isə noyabr ayından 1500 olması, daha sonra son olaraq oktyabr ayından 1500 manat olması razılaşılır. Hazırda iddiaçı qeyri-yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və fevral ayı da daxil olmaqla qalıq icarə haqqı 5100 manat (oktyabr 2025 qalıq 300 manat, noyabr 2025 qalıq 300 manat, dekabr 2025- 1500 manat, yanvar 2026- 1500 manat, fevral 2026 – 1500 manat) məbləğinin cavabdehdən tutulub ona verilməsini tələb edir, cavabdeh iddia tələbinə̇etiraz edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən müəyyən dövrlərdə ödənişlər həyata keçirilsə də, təqdim olunmuş bank çıxarışları və hesablamalara əsasən həmin ödənişlər yalnız müəyyən dövr üzrə borcların bağlanmasına yönəlmişdir. Xüsusilə ##.##.2025-ci il tarixdə edilmiş 4000 manat ödənişlə sentyabr ayının əvvəlinədək olan borclar bağlanmış, sonrakı dövr üzrə isə öhdəliklər tam icra edilməmişdir. Belə ki, tərəflər oktyabr ayından icar haqqının 1500 manat olması barədə razılaşsalar da, cavabdeh tərəf ödənişi tam icra etməmiş, (oktyabr 300 manat, noyabr 300 manat qalıq qalmış) fevral ayı̇da daxil olmaqla cəmi̇5100 manat icarə̇haqqını̇ödəməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh Cavabdeh üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtındȧicra etmədiyindən,̇iddia tələbi̇əsaslıdır. Beləliklə,̇cavabdehin iddiaçı̇qarşısındȧümumi̇icarə̇borcu 5100 manat təşkil̇edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə̇borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınaṙəşyalar,̇hüquqlaṙvə̇müəssisələṙola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəlləniṅəmlak̇kirayəsi̇haqqındȧmüddəaları̇müvafiq̇surətdə̇tətbiq̇edilir. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətəṅirəli̇sürüləṅdigəṙtələblərə̇müvafiq̇surətdə̇hərəkəṫetməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə̇yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi)̇başȧdüşülür Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısındȧməsuliyyəṫdaşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş̇müddətdə̇icra edilməməsi̇borclunun icranı̇gecikdirməsi̇sayılır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyəṫqoyulmadıqdȧbu qayda qüvvədə̇olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi̇bütüṅhallar üçüṅcavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkəṫvə̇ya hərəkətsizlik)̇üçüṅməsuliyyəṫdaşıyır. Məhkəmə, cavabdehin nümayəndəsinin müqavilədə aylıq icra haqqının 200 manat olması, cavabdehin hətta artıq ödəniş etməsi barədə iddiaya etirazının əsası ilə razılaşmır və bildirir ki, təqdim olunmuş ödəniş sənədləri konkret dövrlər üzrə hesablaşmalarla uzlaşır və artıq ödənişi təsdiq etmir. Eyni zamanda tərəflər arasında olan vatsap platformasında olan səsli yazışmadan da görünür ki, 2025-ci ilin sentyabr ayına kimi aylıq icarə haqqı 1200 manat olmuş, daha sonra tərəflər son olaraq oktyabr ayından icarə haqqını 1500 manat müəyyənləşdirmişlər. Eyni zamanda, cavabdeh icarə haqqını ardıcıl olaraq ödəmədiyindən müqavilə şərtlərini kobud şəkildə pozmuşdur. Bu hal müqavilənin 6.2.4-cü bəndinə əsasən icarə müqaviləsinə̇xitam verilməsi̇üçüṅhüquqi̇əsaṡyaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarına əsasən, öhdəliklər lazımi qaydada və müəyyən edilmiş müddətdə icra edilməlidir. Öhdəliyin icra edilməməsi kreditorun hüquqlarınıṅmüdafiəsi̇üçüṅməhkəməyə̇müraciəṫetmək̇hüququ̇yaradır. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən icarə haqqının ödənilməməsi iddiaçının mülkiyyəṫhüquqlarınıṅpozulmasınȧsəbəḃolmuşdur. Bu səbəbdən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh Cavabdeh ödənilməmiş icarə haqqına görə 5100 (beş min yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməli, cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m. olan qeyri-yaşayış sahəsi boşaldılaraq iddiaçı İddiaçı təhvil̇verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarınıṅəsası̇kimi istinad etdiyi halları̇sübuṫetməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə̇mütənasiḃolaraq işdə̇iştirak̇edəṅşəxslərə̇aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini̇rəhbəṙtutaraq, məhkəmə, QƏT ETDİ: İddiȧtəmiṅedilsin. Cavabdeh Cavabdeh ödənilməmiş icarə haqqına görə 5100 (beş min yüz) manat məbləğində̇pul vəsaiti̇tutularaq iddiaçı̇İddiaçı ödənilsin. Cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49,2 kv.m. olan qeyri-yaşayış̇sahəsi̇boşaldılaraq̇iddiaçı̇İddiaçı təhvil̇verilsin. Ödənilmiş̇dövləṫrüsumunuṅiddiaçıyȧaid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya MəhkəməsiniṅMülki̇Kollegiyasınȧapelyasiya şikayəti̇verilə̇bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-7353/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-7353/2025
13.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver