Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-989/2026 13.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması, ərazi aidiyyəti) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti(“Icarəyə verən”) ilə Cavabdeh(“Icarəçi”) arasında bağlanılmış ##.##.2025-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə (bundan sonra “Müqavilə”) əsasən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin pozulması nəticəsində dəymiş 3190.22 (üç min bir yüz doxsan manat, 22 qəpik) AZN zərərin, 4500(dörd min beş yüz ) AZN cərimənin (müqavilədən irəli gələn öhdəlik üzrə məbləğin), ümumilikdə 7690.22 (yeddi min altı yüz doxsan manat, 22 qəpik) AZN məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun 97 (doxsan yeddi) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) iddia ərizəsi məhkəməyə verilərkən AR MPM-nin tələbləri pozulduğundan, həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır.
3. Iddiaçı qeyd edilən qərardaddan şikayət vermişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
6. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd olunan qərardad əsassız olduğuna görə ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməlidir. Belə ki, müqavilənin 7.3 bəndinə uyğun olaraq tərəflər mübahisələrin “Icarəyə verənin” qeydiyyatda olduğu hüquqi ünvan üzrə məhkəmədə baxılmasını razılaşdırmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarında razılaşmaqla ərazi aidiyyətini dəyişə bilərlər, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. xxxx MMC-nin hüquqi ünvanı: AZ5000, Sumqayıt şəhəri ünvan 1ələbindən göründüyü kimi, iddia ərizəsi AR MPMnin tələblərinə riayət edilməklə tərtib edilmiş və hər hansı pozuntuya yol verilməmişdir.
Şikayətə qarşı etirazın dəlilləri
7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
8. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 40.2. Tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Maddə 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır; Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.
10. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini cavabdeh Cavabdeh rəsmi qaydada Qubadlı rayonu, Zilanlı ərazi Dairəsi, Kürd Mahruzlu kəndində qeydiyyatda olması ilə əsaslandırmışdır. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, tərəflər arasında bağlanılmış Müqavilənin 7.3 bəndinə uyğun olaraq tərəflər mübahisələrin “Icarəyə verənin” qeydiyyatda olduğu hüquqi ünvan üzrə məhkəmədə baxılmasını razılaşdırmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, tərəflər öz aralarında razılaşmaqla ərazi aidiyyətini dəyişə bilərlər, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, birinci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edildikdə prosessual qanunun tələblərinin pozuntusuna yol verilmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Insan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il ## ######## tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Kollegiya qeyd edir ki, məhkəmə tərəflər arasında saziş olub-olmamasını araşdırmadan qərar qəbul etmiş, bu barədə şikayətin dəlilləri üzrə MPM-nin 40.2-ci maddəsinin tələblərinə əsasən qiymətləndirmə aparmamışdır. Qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Göstərilən maddədə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Lakin, eləcə də Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Belə ki, MPM-nin Maddə 40.2-ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Tərəflər arasında bağlanılmış Icarə Müqaviləsinin 7.3-cü bəndindən görünür ki, tərəflər onlar arasında gələcəkdə yarana biləcək hər hansı məhkəmə mübahisəsinə icarəyə verənən qeydiyyatda olduğu ünvan üzrə məhkəmədə baxılması barədə razılığa gəlmişlər. Məhkəmə kollegiyası işin hallarına hüquq normalarına istinadən qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsaslıdır. Birinci instansiya məhkəməsi mübahisələndirilən məhkəmə qərardadını qəbul etməkdə haqlı olmamış, qeyd olunan hallar üzrə qiymətləndirmə aparılmadan əsaslı olmayan qərardad qəbul edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar araşdırılmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Iddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv olunsun. Iddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsi yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.