Məhkəmə qərarları › İş №2(002)-1982/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-1982/2020

17.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-1982/2020 17.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı himayəsində olan xx xxxx 2007-ci il tarixində anadan olmuş X1 və xx xxxxx 2015-ci il tarixində anadan olmuş X2 ilə birgə cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğlunun yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 2 saylı ev, mənzil 44 ünvanında yerləşən özbaşına tikiliyə istifadə hüquqlarınnı tanınması və həmin mənzilə köçürülməkləri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2007-ci il tarixdə Cavabdeh1 ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Nikaha daxil olan zaman nikah müqaviləsi bağlamamışlar. Birgə nikahdan xx xxxx 2007-ci il tarixdə X4 və xx xxxxx 2015-ci il tarixdə X2 adlı iki övladı anadan olmuşdur. Cavabdehlə nikaha daxil olan gündən o, Bakı şəhəri, Qaradağ rayonu, Sangəçal qəsəbəsi, Dəmiryolçular küçəsində, Özbaşına tikilmiş ev 2, mənzil 44 ünvanda birlikdə yaşamışlar və az yaşlı uşaqlarında birlikdə həmin mənzildə qeyydiyyatdadırlar. Ailə quran zaman və bir müddət sonra münasibətləri yaxşı olmuşdur. Sonradan isə münasibətləri pisləşmişdir. Bu səbəbdən də ailədə narazılıqlar və söz-söhbətlər yaranmışdır. Cavabdeh1 yanvar 2016-cı il tarixdə onu döyərək evdən qovdu. Hal-hazırda aralarında böyük narazılıqlar vardır, xasiyyətləri uyuğun gəlmir və bir yerdə yaşamırlar. Cavabdeh1 ilə aralarında olan nikah Qaradağ rayon Məhkəməsinin qətnaməsi ilə pozulub. o, Cavabdeh1 ilə ailə həyatı qurduqda Niyaməddinin yaşadığı Özbaşına tikilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sangəçal qəsəbəsi, Dəmiryolçular küçəsi, ev 2, mənzilə gəlin köçüb, daimi yaşamaq məqsədi ilə cehiz əşyalarını həmin mənzilə gətirib orada yaşamışdır və onlarla birlikdə ümumi təsərrüfatı idarə etmişlər. Hal-hazırda cavabdeh ona azyaşlı uşaqları ilə mənzildə yaşamaqlarına imkan vermir. o, azyaşlı uşaqları ilə özbaşına tikilmiş mübahisəli mənzilə istifadə hüququ qazanmışlar. Ev özbaşına inşa edilib, cavabdehlərin ev üzərində mülkiyyət hüququ yoxdur, o isə evi zəbt etməmişdir, ev onun yaşayış yeri olub. Onun hansı müddətdə evdə yaşamağı işin həlli üciin əhəmiyyəti yoxdur. Əsas odur ki, o evdə yaşamışdır. Bunu həmin evdə gəlin köçdükdən sonra qeydiyyata düşməyi sübutdur. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. İddiaçı vəkili və nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli mənzil qardaşının, Cavabdeh2şi oğlunun xüsusi mülkiyyətindədir, özbaşına tikili deyil. Onlar iddiaçı ilə ailə qurduqdan sonra həmin evdə deyil, Rusiyada yaşamışlar, lakin sonradan Rusiyadan qayından zaman qeydiyyatı olmadığından problem yarandığı üçün qardaşı onu öz evinə qeydiyyata salmışdır. Bu qeydiyyat formal xarakter daşıyır.Hazırki iş üzrə iddianın təmin edilməməsini xahiş edir. Öncəki məhkəmə iclasında (xx xxxxxxxx 2020-ci il) Cavabdeh2şi oğlu iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, həmin mənzil atasından ona qalıb. İddiaçı Rusiya vətəndaşı olduğu üçün qeydiyyatsız şəkildə burada yaşasa cərimə olunacaqdı. Bu səbəbdən mənzilə qeydiyyata düşməyinə icazə vermişdir. Bu səbəbdən iddianın təmin edilməməsini xahiş edir. Cavabdeh2şi oğluna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2şi oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin və Cavabdeh1 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AR DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 2 saylı ev, mənzil 44 Cavabdeh2şi oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 5 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Bağırova X5 şəhər 1-ci məhəllə ev 45 B, mənzil 23-də qeydiyyatsız yaşayır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olub-olmadığına hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin məhkəmə iclasında müəyyən olunan mübahisəsiz hallarından göründu=üyü kimi hazırki hüquq münasibəti 2001-ci ilin sentyabrın 01-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibəti olduğundan, mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, hazırki iş üzrə mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh2şi oğludur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan qanunvericiliyin tələblərinə əsasən iddiaçı Cavabdeh2 (mənzilin mülkiyyətçisinin) nə indiki, nə də keçmiş ailə üzvü və ya digər qohumu hesab edilə bilməz. Buna görə də, məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2007-ci il tarixində yarandığından və hazırki iş üzrə hüquq münasibəti yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibəti olduğundan, «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi xx xxxx 2001-ci il tarixli qərarında müəyyən edildiyi kimi, hazırki mübahisənin qanuni əsası kimi Mülki Məcəllənin 228.1, 228.2-ci maddələrinin müddəaları çıxış edir və hazırki mübahisə həmin maddələrin qaydalarına uyğun həll edilməlidir. Belə ki, həmin Məcəllənin 228.1.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2.-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. MM-in 228.1 və 228.2-ci maddələrinin mənasından göründüyü kimi yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: - mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatları və iş materiallarında mövcud olan sənədlərlə müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə mənzilin mülkiyyətçisi olan cavabdeh arasında iddiaçının mübahisəli mənzildə istifadə hüququna dair hər hansı yazılı, notarial qaydada təsdiqlənmiş razılaşma olmamış, iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 2 saylı ev, mənzil 44 ünvanda yerləşən mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu halı təsdiq edən hər hansı təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə görə iddiaçı ilə hazırki iş üzrə mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, həmçinin iddiaçının həmin mənzilə istifadə hüququnun yaranması üçün iddiaçının mübahisəli mənzildə istifadə hüququna dair hər hansı yazılı, notarial qaydada təsdiqlənmiş razılaşma olmadığından iddiaçının Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Dəmiryolçular küçəsi 2 saylı ev, mənzil 44 ünvanda yerləşən mənzilə istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının mübahisəli mənzilə istifadə hüququ yaranmamışdır, bu səbəbdən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2şi oğluna qarşı istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apllyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar