Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-201/2021 09.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2020-cı ildə 3 saylı “Bakı Asan xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən nikah qeydə alınmışdır. Nikahları qeydə alındığı vaxtdan sonra iddiaçıya məlum olmuşdur ki, cavabdehlə aralarında fikir ayrılığı mövcuddur və xasiyyətləri uyğun gəlmir. Onlar iyun ayında toy etməli və iddiaçı ər evinə gəlin köçməli idi. Məlum “Covid-19” pandemiyası ilə qərarda “Toy” məclislərinin keçirilməsi yasaq olduğundan bunu reallaşdıra bilməmişlər. Buna görə də, aralarında müəyyən söz-söhbətlər yaranmağa başlamışdır. Buna son vermək üçün aralarında olan nikahın etibarsız hesab edilməsinə qərar vermişlər. Göstərilənlərə əsasən, 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə qeydə alınmış və onunla Cavabdeh arasında bağlanmış nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, o, iddianı qəbul edir, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını və təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 3 saylı “ASAN” xidmət mərkəzi” Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ İİ seriyalı 401923 saylı, 08 iyun 2020-ci il tarixli nikahın bağlanması haqqında şəhadərnamədən görünür ki, Cavabdeh ilə İddiaçı 08 iyun 2020-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə akt qeydləri kitabında 1256 № ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 02.02.2021-ci il tarixli 599 saylı ekspertiza rəyindən görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı “qızlıq” pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinin tələbinə əsasən “nikah, bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində müəyyən edilmiş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah), etibarsız sayılır.” Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən “nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər.” Qeyd edilən maddi hüquq normalarının müzakirə olunan mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddiaçı, cavabdeh ilə bağlanmış nikahın etibarsız hesab edilməsini tələb etməkdə haqlıdır. Çünki, nikaha daxil olsalar da ər-arvadın hər ikisinin ailə qurmaq niyyəti olmamışdır. Belə olan halda, onların nikahları saxta nikah sayılır. Cavabdeh iddianı qəbul edir və bu zaman onların ər-arvad olaraq birgə yaşamamalarına istinad olunur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” Publik Hüquqi şəxsinin 02.02.2021-ci il tarixli, 599 saylı ekspert rəyinin məzmunundan görünür ki, 2001-ci il təvəllüdlü İddiaçı “qızlıq” pərdəsinin tamlığı pozulmamış, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Bu rəy əsasında da ibbiaçının cavabdeh ilə ər-arvad münasibətlərində olmaması sübuta yetir. Beləliklə, iddiaçı, cavabdehlə ər-arvad münasibətlərində olmadığını sübuta yetirə bildiyi üçün hesab edilməlidir ki, nikah məhkəmə qaydası ilə etibarsız sayıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2020-ci il tarixdə 3 saylı “Bakı Asan xidmət mərkəzi” Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1256 № ilə qeyd edilmiş nikah bağlanıldığı gündən etibarsız hesab edilməlidir. Dövlət rüsumunun tutulması ilə bağlı tələb olmadığından, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 08 iyun 2020-ci il tarixdə 3 saylı “ASAN” xidmət mərkəzi” Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1256 № ilə qeyd edilmiş nikah bağlanıldığı gündən etibarsız hesab edilsin. İddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HAKİM:KAMRAN ƏSƏDOV
Məhkəmə qərarları › İş №2(002)-201/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-201/2021
09.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver