Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2027/2020 31.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Fuad Ələsgər oğlu Hüseynov, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması tələblərinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, məhkəmə iddia ərizəsini və ona əlavə edilən sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, iddia ərizəsinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməmiş, iddia ərizəsində bəzi cavabdehlərin (Beyləqan rayonu 2 saylı Notariat İdarəsi, Yevlax rayonu 2 saylı Notariat İdarəsi, Şəki rayonu 2 saylı Notariat İdarəsi) və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin poçt ünvanı, cavabdeh qismində qeyd olunan Cavabdeh1 qarşı yönələn hər hansı tələb göstərilməmiş (eyni zamanda həmin cavabdehin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri göstərilməmiş, habelə onun iddia ərizəsində qeyd olunan ünvanda yaşamasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir), həmçinin iddia ərizəsində ləğv edilməsi tələb edilən qeydiyyat şəhadətnaməsinə və avtomobilin kimin adına qeydə alınmasına dair məlumatlar göstərilməmiş, o cümlədən sonuncu şəxs (avtomobilin faktiki sahibi) cavabdehlər sırasında qeyd olunmamışdır. Qeyd olunanlara əsasən, iddia ərizəsinin hazırda Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən icraata götürülməsi qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.5-ci maddəsinə əsasən, iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 149 və 152-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əqdlərin etibarsız hesab edilməsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamələrinin ləğv edilməsi, avtomobilə mülkiyyət hüququnun tanınması və avtomobilin qaytarılması tələblərinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyatı üzrə məhkəməyə müraciət edilə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2027/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2027/2020
31.08.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver