Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2042/2020 14.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, bağlar massivində cinsi qız olan X2 doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, övladı Mürsəlova Səbinənin xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, ana qrafasında Ərizəçi qeyd edilməsi, ata qrafasının ananın göstərişi üzrə yazılması və uşağa doğum haqqında şəhadətnamənin verilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, onun Bakı şəhərində xx xxxxxxxx 2002-ci il tarixdə ev şəraitində qeyri-rəsmi faktiki nikahdan cinsi qız olan uşağı - X5 dünyaya gəlmişdir. Həmin vaxt hüquqi savadı və maddi imkanı olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Ramizlə rəsmi nikahı olmamış və atalıq müəyyən edilmədən Ramiz vəfat etmişdir. Hal-hazırda uşaq sağ-salamatdır və onunla birlikdə yaşayır. Hazırda o, uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbədən ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Odur ki, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, Ərizəçi onun qonşusudur. Həqiqətən Ərizəçi xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində cinsi qız olan uşağı – Səbinə ev şəraitində anadan olmuşdur. Səbinənin ev şəraitində anadan olduğunu bütün qonşular bilir. Həmin uşağın atasının kim olduğunu bilmir. Səbinə ərizəçi ilə birgə yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, Ərizəçi onun həm qonşusu, həm də yaxın tanışıdır, 20 ildir ki, Türkanda yaşayır. Həqiqətən Ərizəçi xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində cinsi qız olan uşağı – X5 ev şəraitində anadan olmuşdur. Doğuş zamanı özü də orada olmuşdur, ərizəçinin maddi imkanı olmadığından həkimə müraciət etməmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İbrahimova İradə, Əliyeva Tacxanım, Qurbanova Gülağa tərəfindən yazılmış xx.xx.2020-ci il tarixli ərizələrdən görünür ki, həqiqətən Ərizəçi xx xxxxxxxx 2002-ci il tarixdə Türkan qəsəbəsində yerləşən bağ evində bir qız uşağı dünyaya gətirmişdir və onlar bu hadisəyə şahid olmuşlar. İş materiallarında olan 10 saylı BSX tərəfindən verilmiş 304/54 saylı epikrizin surətindən görünür ki, 2002-ci il təvəllüdlü X1 tərəfli xronki adneksitin kəskinləşməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan X5 tərəfindən xx.xx.2020-ci il tarixdə məhkəmədə yazılmış ərizədən görünür ki, o, həqiqətən xx.xx.2002-ci il tarixdə anadan olmuşdur, doğum haqqında şəhadətnaməsi yoxdur, doğum faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Beləliklə, məhkəmə, iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, ərizə təmin edilməli, ərizəçinin övladı Səbinənin xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilməli, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə Səbinənin soyadı “Mürsəlova”, ana qrafasında “Ərizəçi” qeyd olunmalı, uşaq nikahı olmayan anadan olduğundan və atalıq müəyyən edilmədiyindən uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı - Mürsəlova Səbinənin xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olması faktı müəyyən edilsin. xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş Mürsəlova Səbinənin adının “Səbinə”, soyadının “Mürsəlova”, anasının “Ərizəçi” qeyd edilməklə, uşağın atasının və babasının adları isə ərizəçinin göstərişi üzrə yazılmaqla doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2042/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2042/2020
14.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver