Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2067/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il il tarixli cinsi oğlan olan və 20 10.2017-ci il tarixli cinsi qız olan iki uşağın doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməsi və uşaqlara yeni doğum haqqında şəhadətnamə verilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X13 onun kürəkəni olmaqla qızı Camalova (Mustafayeva) Xəyalə Mahir qızı ilə 2011-ci ildə rəsmi nikahla ailə qurmuşdur. Bildiyimizə görə qızı təxminən 2015-ci ilin əvvəllərində ailəsi ilə birlikdə Suriya Respublikasına keçmiş, oradan da İraq Respublikasına getmişdir. Bundan sonra onlarla əlaqəsi olmamışdır. Sonralar bir neçə dəfə qızı onlarla əlaqə saxlayaraq İraqda yaşadıqları müddətdə Zakir və Yaqut adlı iki övladının olmasını bildirmişdir. Bundan sonra onlar haqqında məlumat bilmək üçün "Qızıl Xac" cəmiyyətinə müraciət etmişlər və onlar tərəfdən axtarış edilmişdir. Həmin Cəmiyyət tərəfindən onlara bildirmişlər ki, həqiqətən da kürəkəni İraqda həlak olmuş, arvadı isə hazırda həbsxanadadır. Onların xx.xx.2015-ci ildə Zakiri, xx.xx.2017-ci ildə Yaqut adlı iki uşaqları da doğulmuşdur. Hazırda anası həbsxanada olduğuna görə uşaqları uşaq evinə təhvil vermişlər. Həmin cəmiyyətin köməkliyi ilə uşaqlar Azərbaycana gətirilərək onların ailəsinə himayəsinə verildi. Bakı şəhəri Qaradağ rayon İHB-nın xx xxxx 2020-cı il tarixli 47 saylı sərəncamı ilə uşaqlara o qəyyum təyin edilmişdir. Hal-hazırda uşaqlara o baxır, lakin onların doğumu haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşdirmə apara bilmirlər. Uşaqlara doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, lakin onlar uşaqların doğumunu qeydə almaqdan imtina etmişlər. Uşaqların doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, uşaqların onun himayəsində olduğunu, 4 uşaq olduğunu, onlardan ikisinin Bakıda doğulduğunu, onların doğum haqqında şəhadətnaməsini olduğunu, Camalov Zakir və X17 doğulduğu üçün sənədləri olmadığını, uşaqların bağçaya, məktəbə getməsi üçün uşaların sənədinin lazım olduğunu qeyd edərək iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmənin ünvanına ərizə yazaraq, işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki prosessual qnaunvericiliyin tələbinə əsasən iş üzrə maraqlı şəxsin müvafiq ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmaısnı mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, əvvəlki məhkəmə iclasında şahid X1 məhkəmə iclasında ifadə verərək, ifadəsində həmin uşaqların onun qızının qızı və oğlu yəni, nəvələri olduğunu, qızının X13 ilə rəsmi nikahda olduğunu, həmin nikahdan dörd uşaqlarının olduğunu, uşaqlardan ikisinin Azərbaycanda, digər ikisinin İraqda doğulduğunu, hazırda iki uşağın onlara təhvil verildiyini, onlarla birlikdə yaşadığını, uşağın anasının adının Camalova (Mustafayeva) Xəyalə Mahir qızı, atasının adının X13 olduğunu, uşaqların doğum tarixinin xx.xx.2015-ci il tarixli olduğunu, adının Zakir və xx.xx.2017-ci il tarixli Yaqut olduğunu, İraqda doğulduqlarını, hazırda onlarla birlikdə yaşadığını, uşaqların adına doğum haqqında şəhadətnamə ala bilmədiklrəindən onun bağçaya, məktəbə getməsində problemlər olacağını nəzərə alaraq, uşağın adına doğum haqqında şəhadətnamə alınması üçün köməklik edilməsini xahiş etdi. Həmçinin, əvvəlki məhkəmə iclasında şahid X9 məhkəmə iclasında ifadə verərək, ifadəsində həmin uşaqların onun qardaşlarının uşaqları, yəni uşaqların bibisi olduğunu, qardaşının həyat yoldaşı və iki uşağı ilə birlikdə İraq-Suriya getdiyini, İraqda olarkən iki uşaqlarının da doğulduğunu, uşaqlardan biri oğlan adı Zakir olduğunu, doğum tarixinin xx.xx.2015-ci il tarix olduğunu digərinin adının Yaqut qız olduğunu, doğum tarixinin xx.xx.2017-ci il tarix olduğunu, onların İraqda doğulduqlarını bildirdi. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyətinin 47 nömrəli xx xxxx 2020-cu il tarixli sərəncamın surətindən görünür ki, Ərizəçi xx xxxxxx 2011-ci il təvəllüdlü X6, xx xxxxxx 2013-cü il təvəllüdlü X2, xx xxxxxx 2015-ci il təvəllüdlü X7 və xx xxxxxxx 2017-ci il təvəllüdlü X4 üzərində həddibüluğa çatanadək qəyyum təyin edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 05/Q-813/15 saylı məktubundan görünür ki, ərizəçi doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan XİX-ЖГ 287102 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1994-cü ildə anadan olmuşdur. İş materiallarında olan nikah haqqında aktın qeydindən görünür ki, X13 ilə X5 arasında xx.xx.2011-ci il tarixdə rəsmi nikah bağlanılmış, Evləndikdən sonra ərə Camalov, arvada Camalova soyadı verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2015-cı il təvəllüdlü X14 və xx.xx.2017-ci il təvəllüdlü X11 ərizəçinin qızının uşaqları olmaqla, ərizəçi həmin uşaqların üzərində qəyyum təyin edilmişdir. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Ərizəçi uşaqların doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi uşaqların doğum faktının müəyyən edilməsi və onların adına doğum haqqında şəhadətnamənin verilməsinin uşaqların bağçaya, məktəbə getməsi, habelə onların təhsil, sağlamlıq və sair hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, X14 xx.xx.2015-cı il tarixdə, X11 xx.xx.2017-ci il tarixdə İraqda anadan olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı ərizəçinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, uşağın valideynləri- atası X13, anası Camalova (Mustafayeva) Xəyalə Mahir qızıdır, onlar rəsmi nikahda olmaqla, həmin nikahdan 4 övladarı-üç qızı, bir oğlu anadan olmuşdur, digər iki övladlarının doğum haqqında şəhadətnamələri vardır, digər iki uşaqların isə yoxdur. Bundan başqa qeyd olunan məlumatlar məhkəmədə tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadəsi və digər mötəbər sübutlar əsasında da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşağın üstün mənafeyinin təmin edilməsi, habelə uşağın təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, uşağın üstün maraq və mənafeyini rəhbər tutaraq, hesab edir ki, ərizəçinin uşağın doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx.xx.2015-ci ildə cinsi oğlan olan, xx.xx.2017-ci ildə cinsi qız olan uşaqların doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli,, uşaqların adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə cinsı oğlan uşağın soyadı Camalov, adı Zakir, ata adı Elçin, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X13, ana qarfasında anasının adı X10, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, cinsı qız uşağın soyadı Camalova, adı Yaqut, ata adı Elçin, doğum tarixi xx.xx.2017-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X13, ana qrafasında anasının adı X10, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2015-ci il təvəllüdlü cinsi oğlan olan və xx.xx.2017-ci il təvəllüdlü cinsi qız olan uşaqların doğulmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Uşaqların adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə cinsi oğlan olan uşağın soyadı Camalov, adı Zakir, ata adı Elçin, doğum tarixi xx.xx.2015-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X13, ana qarfasında anasının adı Camalova (Mustafayeva) Xəyalə Mahir qızı, milliyyəti qrafasında “azərbaycanlı” kimi, cinsı qız uşağın soyadı Camalova, adı Yaqut, ata adı Elçin, doğum tarixi xx.xx.2017-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X13, ana qarfasında anasının adı X10, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə uşaqların adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2067/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2067/2020
28.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver