Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-210/2023 23.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontorunu maraqlı şəxs qismində qeyd etməklə «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizə, sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş, doğum haqqında şəhadətnamədə X16, nikah haqqında şəhadətnamədə X15 və ölüm haqqında şəhadətnamədə X15 kimi qeyd edilmiş X1 əri, X2 və X3 doğma oğlu olması barədə qohumluq münasibətində olma faktının; doğum haqqında şəhadətnamənin, nikah haqqında şəhadətnamənin və ölüm haqqında şəhadətnamənin 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş X13 məxsus olması faktının; mirasın X4 X15 tərəfindən, X9 isə onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, doğum, nikah və ölüm haqqında şəhadətnamələrin 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş X13 məxsus olması və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin vəsatətinə əsasən X14 maraqlı şəxs qismində mülki işə cəlb edilmişdir. Ərizəçi ərizə tələbini onunla əsaslandırmışdır ki, qaynanasının vəfatından sonra faktiki olaraq mirası mərhum əri X15 qəbul etmiş, ailə üzvləri kimi onlar da həmin evdə yaşamışlar. Qaynanasının vəfatından sonra evin bütün kommunal xərclərini onun mərhum əri X15 tərəfindən ödənilmişdir. Əri X15 16 dekabr 2021-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı Muradın vəfatından sonra isə o, miras əmlakı qəbul edərək idarə edir. Qaynanasının vərəsəsi olaraq qızı Maraqlı şəxs2 Mimədullahovna, oğlu X17 və qızı Alışanova (Cənnətova) Esmira Muradovna qalmış, sonuncular da mirasdan onun xeyrinə imtina etmiş, bu barədə ərizələrini notariat ofisinə təqdim etmişlər. Faktiki olaraq mirası X15 öz anasından qəbul etmiş, ərinin vəfatından sonra isə həmin mirası özü qəbul etmişdir. Mirasla bağlı və qohumluq faktının müəyyən edilməsi ilə bağlı heç bir mübahisə yoxdur. Bu faktların müəyyən edilməsi ona vərəsəliklə bağlı işlərin aparılması üçün lazımdır. X18 barəsində ölüm haqqında şəhadətnamədə X15 kimi yazılsa da ərinin doğum şəhadətnaməsində adı, soyadı və ata adı X16, ata adı X7, ana adı X10 yazılmışdır. Əri X12 ata-anasının nikah şəhadətnaməsində atasının adı X8, anasının adı X10 kimi qeyd edilmişdir. Eyni zamanda qaynatasının ölüm haqqında şəhadətnaməsində isə adı, atasının adı və soyadı X11 kimi yazılmışdır. O qaynanası X5 miras qalmış vərəsəlik şəhadənaməsi almaq üçün Bakı şəhəri 8 saylı Dövlət Notariat Kontoruna müraciət etmişdir. Lakin ərinin doğum haqqında şəhadətnaməsində, onların nikah haqqında şəhadətnamələrində və digər sənədlərdə olan uyğunsuzluğa görə vərəsəlik şəhadətnaməsi ala bilmir. Notariusun məktubunda da sənədlərdə olan ziddiyyəti bərpa edib təkrar notariat ofisinə müraciət etməsi qeyd edilmişdir. Bu sənədləşmə işlərinin aparılması üçün əvvəlcə mərhum əri X12 adına ölüm haqqında şəhadətnamə alınması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Qaradağ rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-537/2022 saylı qətnaməsi ilə 09 dekabr 1974-cü il tarixdə Bakı şəhərində doğulmuş X12 16 dekabr 2021-ci il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilmişdir. Həmin qətnamədə də mərhum ərinin onlarla birlikdə ünvan 1 ünvanda yaşamaları, dəfn etdirdikləri və mirası faktiki olaraq qəbul etdikləri öz təsdiqini tapmışdır. Bundan sonra da sənədlərdə olan ziddiyyətləri aradan qaldırmaq üçün müxtəlif orqanlara müraciətlər etmişlər. Ona görə də, müddət üzürlü səbəbdən ötürülsə də, faktiki olaraq mirası qəbul etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X14 məhkəmə iclasında izahatında bildirdi ki, ərizəçi onun qardaşı Muradın həyat yoldaşıdır. Mənzildə qardaşı Murad, ərizəçi və onların uşaqları yaşamışlar. Ərizəçidən heç bir tələbi yoxdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri 8 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X19 ifadəsində bildirdi ki, ərizəçinin baldızıdır. Qızılgül ərizəçinin qaynanasıdır. Murad ərizəçinin yoldaşı. Muradın vəfatından sonra evi Gülnarə qəbul etmişdir. Ərizəçi həmin ünvanda yaşayıb. Hazırda təmir getdiyi üçün ərizəçi müvəqqəti olaraq onun yanında yaşayır. X20 Ramazanovna ifadəsində bildirdi ki, Qızılgül ərizəçinin qaynanasıdır. Ev gölün yanında yerləşir. Qızılgül vəfat edəndən sonra evdə Murad yaşamış, Murad vəfat edəndən sonra isə ərizəçi yaşamışdır. O, Gülnarənin həyat yoldaşının dayısı arvadıdır. Gülnarə halhazırda həmin evdə yaşamır, çünki evdə təmir işləri gedir. İş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 04 fevral 2013-cü il tarixli 18 saylı sərəncamından görünür ki, Qaradağ rayon İcraiyyə Komitəsinin 28 mart 1990-cı il tarixli 42 saylı qərarında və orderdə qismən dəyişikliklər edilərək Q.N.Djinetovnanın soyadında «Djinetova», oğlu Muradın soyadında isə «Cənnətov» düzəlişi edilmişdir. - Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 31 iyul 2013-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,01 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X6 adına daşınmaz əmlakın dövlət reyestrində 436 nömrəli reyestr kitabının 41250 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Vİ-JQ seriyalı 404799 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə X21 arasında nikah 20 avqust 1994-cü il tarixdə Qaradağ rayon VVAQ şöbəsində 227 saylı akt qeydi ilə bağlanmış, arvada Cənnətova soyadı verilmişdir. - AZ-İİ seriyalı 269419 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 13 mart 2020-ci il tarixdə Bakı şəhərində miokardın ön divarının kəskin transmural infarktından vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 17 mart 2020-ci il tarixdə 152 saylı akt qeydi aparılmışdır. - AZ-İİ seriyalı 269378 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 16 dekabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən 08 aprel 2022-ci il tarixdə 259 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri 8 saylı Notariat Ofisinin 29 oktyabr 2022-ci il tarixli 2223 saylı məktubundan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq, qanunla nəzərdə tutulmuş müddəti ötürdüyündən və təqdim edilən sənədlərdə zidiyyət olduğundan, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmiş, bu məsələri həll etdikdən sonra yenidən notariat ofisinə müraciət etməsi tövsiyə olunmuşdur. Rəsmi məktubda qeyd olunan məsələyə görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Ərizədə göstərilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,01 ha torpaq sahəsi X6 mülkiyyətində olmuş, mülkiyyətçinin vəfatından sonra mirası mülkiyyətçinin oğlu X15 faktiki olaraq qəbul etmişdir. X15 ailə üzvləri ilə həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş, üzərində yerləşən, hazırda təmir edilən evdə yaşamış, 16 dekabr 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Murad Cənnətovun vəfatından sonra, mirası faktiki olaraq onun həyat yoldaşı Ərizəçi qəbul etmişdir. Ərizəçi həmin vaxtdan ailə üzvləri ilə qeyd olunan torpaq sahəsində yerləşən evdə yaşayır. Ev hazırda təmir edildiyindən, mirası qəbul etmiş Ərizəçi müvəqqəti olaraq başqa yerdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, iş materiallarına əlavə olunmuş doğum, nikah və ölüm haqqında şəhadətnamələr 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş X13 məxsusdur; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,01 ha torpaq sahəsindən ibarət miras əmlakı X6 ölümündən sonra sonuncunun oğlu X15 tərəfindən, X12 xx.xx.2021-ci il tarixdə vəfatından sonra həyat yoldaşı Ərizəçi tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, iş materiallarına əlavə olunmuş doğum, nikah və ölüm haqqında şəhadətnamələrin 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş X13 məxsus olması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,01 ha torpaq sahəsindən ibarət miras əmlakın X6 ölümündən sonra sonuncunun oğlu X15 tərəfindən, X12 xx.xx.2021-ci il tarixdə vəfatından sonra həyat yoldaşı Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İş materiallarına əlavə olunmuş 19 dekabr 1974-cü il tarixdə verilmiş doğum, Vİ-JQ seriyalı 404799 saylı nikah və AZ-İİ seriyalı 269378 saylı ölüm haqqında şəhadətnamələrin 16 dekabr 2021-ci il tarixdə vəfat etmiş X13 məxsus olması; Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 6-cı yaşayış massivi ünvanda yerləşən 0,01 ha torpaq sahəsindən ibarət miras əmlakın X6 ölümündən sonra sonuncunun oğlu X15 tərəfindən, X12 xx.xx.2021-ci il tarixdə vəfatından sonra həyat yoldaşı Ərizəçi tərəfindən qəbul edilməsi barədə hüquqi əhəmiyyəti olan faktlar müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-210/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-210/2023
23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver