Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2102/2022 24.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş həyat yoldaşı X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, həyat yoldaşı xx.xx.1972-ci il təvəllüdlü X6 “Neft Daşları” NQÇİ-nin 1779 saylı estakadayanı platformasında elektrik montyoru vəzifəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə saat 05:07 radələrində iş vaxtı ərzində quru ilə heç bir əlaqəsi olmayan platformadan və “Neft Daşları” NQÇİ-nin ərazisindən yoxa çıxaraq itkin düşmüşdür. “Neft Daşları” NQÇİ-nin quru və dəniz ərazisində aparılmış axtarışlara baxmayaraq hazırki vaxtadək X1 yerini müəyyən etmək mümkün olmamışdır. Bütün bunlar Pirallahı rayon Prokurorluğunun cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarında da öz əksini tapmışdır. Belə ki, həmin prokurorluq tərəfindən xx.xx.2021-ci il tarixdə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılmışdır. Həyat yoldaşının itkin düşməsi səbəbilə DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinə, Pirallahı rayon Polis şöbəsinə, FHN-in X4 və X11 Xidmətinə tapşırıqlar verilməsinə baxmayaraq, bu axtarışlar heç bir nəticə verməmişdir. Bundan başqa, həmin cinayət işi üzrə keçirilməsi mümkün olan bütün istintaq hərəkətlərinin keçirilməsi və hadisə nəticəsində dəniz sularında itkin düşmüş şəxsin tapılmaması səbəbindən hadisənin baş verməsində təqsiri olan, yəni təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığından, həmin şəxs və ya hallar müəyyən olunanadək ibtidai istintaqın icraatı dayandırılmışdır. Bütün bunlar isə həyat yoldaşının xəbərsiz itkin düşərək müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallardır. Həyat yoldaşı X1 “Neft Daşları” NQÇİ-nin ərazisində dənizdə xəbərsiz itkin düşərək müəyyən bədbəxt hadisədən həlak olmasını, yəni şəxsin ölmüş hesab edilməsini təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bu faktın təsdiq edilməsi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında həyat yoldaşının ölməsi barədə qeydlərin edilməsi, habelə onun ölümündən irəli gələn digər hüquq və vəzifələrini yerinə yetirmək mümkün olacaqdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPMnin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə həmin maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, mərhumun həm qonşusu, həm də iş yoldaşı olmuş, 2000-ci ildən bir yerdə işləmişlər. 2021ci ildə pensiyaya çıxmışdır, lakin əlaqələri davam etmişdir. Həmin ilin dekabr ayında mərhumun qardaşı ona zəng vuraraq Mürsəlin itdiyini bildirmişdir, X6 dənizdə estakadayanı meydançada işləyirdi. Uzun müddət dənizdə aparılan axtarışlar heç bir nəticə verməmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, o, mərhumun bacısıdır. Mürsəl xx.xx.2021-ci tarixdə dənizdə işləyərkən itmişdir. Dənizdə 1-2 ay axtarış aparılsa da, mərhum tapılmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 06662065 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş X6 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2022-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin mənzildə ondan başqa X6 və digər şəxslər qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı, 963140 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 xx.xx.2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikahları Maraqlı şəxs tərəfindən rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Namazova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın icraatı dayandırılmışdır. Qərara əsasən, “Neft Daşları” NQÇİ-nin 1779 saylı estakadayanı platformasında elektrik montyoru vəzifəsində işləyən xx.xx.1972-ci il təvəllüdlü X6 xx.xx.2021-ci il tarixdə saat 05:07 radələrində iş vaxtı ərzində quru ilə heç bir əlaqəsi olmayan platformadan və “Neft Daşları” NQÇİ-nin ərazisindən yoxa çıxaraq itkin düşmüşdür. “Neft Daşları” NQÇİ-nin quru və dəniz ərazisində aparılmış axtarışlara baxmayaraq hazırki vaxtadək X1 yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan AZ-İ seriyalı, 400858 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X6, anası Ərizəçidır. İş materiallarında olan AZ-İ seriyalı, 072188 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X6, anası Ərizəçidır. İş materiallarında olan Socar “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli,174 saylı arayışdan görünür ki, X6 “Kompleks qazma işləri” tresti, “Neft Daşları-Günəşli” istehsalat bölümü, briqada N5-də qazmaya xidmət edən elektrik montyoru vəzifəsinə xx.xx.2014-cü il tarixdə işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdə itkin düşmüşdür. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbə İnzibati Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 52 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Lökbatan qəsəbəsi, 3-cü massiv, ev 8 saylı ünvanda qeydiyyatda olan xx.xx.1972-ci il təvəllüdlü vətəndaş X6 anası X2 dediyinə əsasən xx.xx.2021-ci il tarixdən Neft daşları ərazisində itkin düşmüşdür. İş materiallarında olan Bakı şəhər Qaradağ rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 12273 saylı məktubun surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ünvan 2 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Beləliklə, iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidlərin ifadələri, iş materiallarında olan yazılı sübutlar ilə Ərizəçi həyat yoldaşı xx.xx.1972-ci il təvəllüdlü X1 ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyü və ondan altı ay ərzində xəbər alınmadığı öz təsdiqini tapdığından, ərizə əsaslı hesab olunmalı və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə gün onun ölüm günü sayılır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş X6 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X1 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2102/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2102/2022
24.08.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver