Məhkəmə qərarları › İş №2(002)-212/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-212/2024

09.01.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-212/2024 09.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun tanınması və köçürülmə tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Qaradağ rayonu “Qobu Park-3” məcburi köçkün qəsəbəsində yerləşən, 36 saylı evin, 85 saylı mənzilinə yaşayış hüququnun tanınması və 13.04. 2010- ci il təvəllüdlü Ruqiyyə, xx.xx.2021-ci il təvəllüdlü Melisa adlı azyaşlı övladları ilə birlikdə Qaradağ rayonu “Qobu Park-3” məcburi köçkün qəsəbəsində yerləşən, 36 saylı evin, 85 saylı mənzilinə köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsasəlandırmışdır ki, bildirir ki, 27 fevral 2019-cu il tarixdə rəsmi nikah əsasında Cavabdeh1 ilə ailə qurmuş və sonuncunun yaşadığı X2 evə gəlin köçmüşdür. Onun cavabdeh ilə birgə nikahdan 13.04. 2010-ci il tarixdə Ruqiyyə, xx.xx.2021ci il tarixdə Melisa adlı uşağı doğulmuşdur. Bir müddət sonra onlar cavabdehlərlə birlikdə Qaradağ rayonunda yerləşən “Qobu Park-3” məcburi köçkün qəsəbəsinə köçmüşlər və ona məxsus cehiz əmlaklarını həmin evdə yerləşdirmiş və həmin əmlaklar bu gün də həmin evdədir. Yaranmış ailə münaqişəsi nəticəsində nikah pozulmuşdur və o evdən getməyə məcbur qalmış, hazırda valideynləri ilə birlikdə yaşayır və istifadədə digər yaşayış sahəsi yoxdur. Qeyd etmək istəyir ki, həmin ev ailə üzvlərinin sayına gorə onlara verilmişdir və Cavabdeh1 məcburi köçkün statusu yoxdur. Hazırda məcbuiyyət qarşısında valideynlərinə məxsus qaldığı ev darısqal olduğundan iki körpə uşağın normal yaşayışı üçün kifayət etmir. Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi göndərərək bildirmişdir ki, sözügedən mənzili müvəqqəti olaraq dövlət tərəfindən anası Cavabdeh2 verilmişdir. İddiaçı qərəzli olaraq ona qarşı iddia qaldırmışdır. Çünki iddiaçı çox gözəl bilir ki, dövlət tərəfindən onlara verilən mənzil müvəqqətidir. Ondan əlavə cavabdehlə o heç rəsmi nikahını pozmaq istəmirdi. Əlavə olaraq bildirir ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi qeydiyyatdan keçmişdir və yaxın zamanlarda doğma öz torpaqlarına qayıdacaqlar. Hazırda dövlət tərəfindən müvəqqəti valideyinlərinə verilən Müşfiqabad qəsəbəsində yerləşən məcburi köçkünlər üçün inşa edilən evdə yaşayır. Evdə mənzil şəraitləri qənaətbəxşdir. Yaşadıgı mənzildə bir atası və anası yaşayır. Göründüyü kimi İddiaçı iki övladı ilə heç də darısqal şəraitdə yaşamır. Odur kçİddiaçı qızının mənə qarşı "mənzilə İstifadə hüququnun tanınması və mənzilə köçürmə " tələbinə dair iddia ərizəsini əsassızdır və iddia tələbi rədd edilsin. Proses iştirakçılarının çıxışları: Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, tərəflər 2009-cu ildə evlənmişlər və mübahisəli evə gəlin köçmüşdür. Artıq nikah pozulmuşdur. İddiaçı hal-hazırda məcburiyyətdən uşaqları ilə atası evində yaşayır.Baxmayaraq ki, mübahisəli mənzil iddiaçı və uşaqları nəzərə alınmaqla verilsə də, cavabdeh iddiaçıya və uşaqlarına həmin mənzildən istifadə etməsinə imkan vermir. İddiaçının azyaşlı uşaqları ilə yaşamaq üçün başqa yeri yoxdur. Qeyd olunanlara əsasən, iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir və hazırda iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir, beləki, iddiaçının həmin evə köçüb yaşamaq niyyəti yoxdur, əmlakının həmin evdə qalmasını istəyir və əgər köçürülsə də, onun orada yaşaması qeyri mümükündür, o evlənsə, iddiaçı ilə birgə yaşaması mümükün deyil. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, iddia tələbinə etiraz edir, iddiaçı mübahisəli evdə yaşayan deyil, həmçnin onlara evlər tikilir və həmin evlər dövlətə təhvil veriləcək. Əsaslandırma hissəsi: Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə iclasında təqdiqi edilən hallar və faktlar: Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli 36/85 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Qaradağ rayonu, Qobu Park 3, bina 36, mənzil 85, 3 otaqlı yaşayış sahəsi kirayəyə verən Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən müvəqqəti yaşamaq üçün kirayəçi Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmiş, ailə üzvləri kimi gəlini-İddiaçı, oğlu Cavabdeh1 və nəvəsi X5 qeyd olunmuşdur. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən, kirayəçinin ailə üzvləri bu müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. İş materiallarında olan Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 1179 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkündür və Qobu Park-3 məcburi köçkün qəsəbəsində bina 36, mənzil 85 ünvanında müvəqqəti məskunlaşmışdır.Ailə üzvləri kimi Cavabdeh1, X5, X8 və Cavabdeh2 kimi göstərilmişdir. İş materiallarında olan AA seriyalı 441056 saylı məcburi köçkün vəsiqəsndən görünür ki, İddiaçı Zəngilan rayonundan məcburi köçkündür. İş materiallarında olan Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, mübahisə predmetinə dair tərəflər arasında ilki medaiasiya sesiasiyası davam etdirilə bilməmişdir. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin 2(002)-2620/2023 saylı, xx.xx.2023ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı Asan xidmət mərkəzi qeydiyyat şöbəsində 547 saylı aktı ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan xx.xx.2020-ci il təvəllüdlü X3 və X1 Yasəmən Yaşar qızının yanında saxlanılması və onların yertkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh1 İddiaçı xeyrinə bir uşaq üçün 200 manat olmaqla ik cəmi 4900 manat sabit pul məbləğində alimentin tutluması qət edilmişdir.. İş materiallarında olan AZ-İV seriyalı, 443283 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh1, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 664076 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı rayonunda anadan olmuşdur. Onun atası Cavabdeh1, anası İddiaçıdır. Tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, mənzil hüquqlarını həyata keçirərkən və mənzil münasibətlərindən irəli gələn vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslər digərlərinin hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdırlar. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 99.6-cı maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən, kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 68.4-cü maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkmənin mövqeyi: Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, xx.xx.2020-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Qaradağ rayonu, Qobu Park-3 məcburi köçkün qəsəbəsində bina 36, mənzil 85, 3 otaqlı yaşayış sahəsi müvəqqəti yaşamaq üçün Ağdam rayonundan məcburi köçkün olan kirayəçi Cavabdeh2 sahibliyinə və istifadəsinə verilmiş, müqavilədə kirayəçinin ailə üzvlərinin gəlini- İddiaçı, oğlu Cavabdeh1 və nəvəsi X5 olduğu, həmçinin müqavilənin 2.5-ci bəndinə əsasən kirayəçinin ailə üzvlərinin həmin müqavilə üzrə kirayəçi ilə bərabər hüquq və vəzifələrə malik olduğu qeyd olunmuşdur. Hazırda iddiaçı qeyd olunan müqaviləyə əsasən həmin mənzilə köçürülməsini, mənzildən istifadə hüququnun tanınmasını tələb edir, cavabdehlər isə iddianı qəbul etməyərək, iddianın təmin edilməsiniə etiraz etmişdiler. Məhkəmə iclasında müəyyən edilən hallara tətbiq edilməli hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və X8 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park- 3 məcburi köçkün qəsəbəsi, 36 saylı binanın 85 saylı mənzilindən isitafədə hüquqiları tanınmaqla, həmin mənzilə köçürülməlidirlər. Nəticə hissəsi: Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və X8 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 məcburi köçkün qəsəbəsi, 36 saylı binanın 85 saylı mənzilindən istifadə hüquqları tanınsın. İddiaçı (yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2020-ci il təvəllüdlü X5 və X8 ilə birlikdə) Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park-3 məcburi köçkün qəsəbəsi, 36 saylı binanın 85 saylı mənzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar