Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2124/2024 04.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğluun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi «şəxsin ölmüş elan edilməsi»-nə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 1988-ci ildə Bakı şəhərinin Qaradağ rayonunda anadan olmuş və 2017-ci ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etmiş qızının həyat yoldaşı X12 ölmüş elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X20 onun kürəkənidir (X4nın həyat yoldaşıdır). X4 ilə X20 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Rəsmi nikahlarından 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 anadan olmuşdur. 2017-ci ildə məlumat daxil oldu ki, kürəkəni X1 gedən döyüşlərdə ölmüşdür. X4 halhazırda İraq Respublikasının paytaxtı Bağdad şəhərində yerləşən Rusafa həbsxanasında cəza çəkir.Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 13.0.3.2020-ci il tarixli, 47 nömrəli Sərəncamı ilə nəvələri 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 üzərində qəyyum təyin edilmişdir.. Qızının həyat yoldaşı naməlum şəraitdə İraq Respublikasında 2017-ci ildə vəfat etmişdir.Nəvələri 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 üçün ailə başçısını itirməyə görə müavinət almaq məqsədilə ondan atalarının ölüm haqqında şəhadətnaməsini tələb edirlər. Qızının həyat yoldaşı X12 adına ölüm haqqında şəhadətnamə almaq məqsədilə Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Bakı şəhəri Maraqlı şəxs özünün 21 may 2024-cü il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə ərizə göndərərək, məhkəmədən məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə əvvəlki məhkəmə iclasında bildirmişdir ki, Elçin Mahirin kürəkənidir.Elçinin qohumları yaxın durmur.Elçinin uşaqlarına Mahir qəyyumdur.Elçinin həyat yoldaşı İraqda türmədədir. Elçinin uşaqların bura səfirlik gətirib. Fuad ərizəçinin oğludur. Ərizəçinin qızı da Suriyaya Türkiyədən gedib.Uşaqlar doğulandan sonra Elçingil ora gedib. Bakı şəhəri Binəqədi rayon məhkəməsində Elçinin vətəndaşlığının itirilməsi barədə qətnamə qəbul olunub. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 47 nömrəli sərəncamının surətindən görünür ki, 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X10, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 üzərində babaları X21 qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 47 nömrəli sərəncamı üzrə qəbul edilmiş qəyyum təyin edilməsi haqqında rəydən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” Ərizəçi həyat şəraitinin müəyyən edilməsi ilə əlaqədar yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, azyaşlıların valideynləri “İŞİD” terror təşkilatına üzv olaraq İraq dövlətinə getmişlər. Azyaşlıların atası X6 dövlətinin “İŞİD” terrorçularına qarşı keçirtdiyi antiterror əməliyyatları zamanı öldürülmüş, anaları X2 dövlətinin güc strukturları tərəfindən həps edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin köməyi ilə azyaşlılar 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 Azərbaycana gətirilmişdir. Hal-hazırda azyaşlılar 16 yanvar 2011ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacağında saxlanılır.Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” təqdim olunmuş sənədlərlə və işin real vəziyyəti ilə tanış olaraq, azyaşlıların mənafeyindən çıxış etməklə gələcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114- cü (1) maddəsinə əsaslanaraq Ərizəçi nəvələri 16 yanvar 2011-ci il təvəllüdlü X17, 14 yanvar 2013-cü il təvəllüdlü X9, 20 dekabr 2015-ci il təvəllüdlü X18 və 20 oktyabr 2017-ci il təvəllüdlü X16 üzərində qəyyum təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs vətəndaşa ünvanlanmış xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, X12 ölümünün qeydə alınması barədə ərizənizə baxılmışdır. Ərizənizdə E.Z.Camalovun İraqa getdiyini və 2017-ci ildə orada öldüyünü bildirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31,10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu səbəbdən də ölüm haqqında tibbi şəhadətnamə olmadığından X12 ölümünün qeydə alınması mümkün olmamışdır. İş materiallarında olan Xİİİ-ЖГ seriyalı 251294 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X20 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İV seriyalı 541966 saylı, AZ-İV seriyalı 541967 saylı, AZ-T seriyalı 134654 saylı və AZ-T seriyalı 135815 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, 16 yanvar 2011-ci il təvəllüdlü X13, 14 yanvar 2013-cü il təvəllüdlü X5, 20 dekabr 2015-ci il təvəllüdlü X14 və 20 oktyabr 2017-ci il təvəllüdlü X8 atası X20, anası X3r. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6181/2018 saylı xx.xx.2018-cı il tarixli qətnaməsindən görünür ki, 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş ünvan 2 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6181/2018 saylı xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat sistemindən (İAMAS) alınmış çıxarışdan görünür ki, X20 xx.xx.2014-cii il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X20 xx.xx.2014cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə Azərbaycan Respublikasının Qaradağ Rayon Məhkəməsindən 6 sentyabr 2024-cü il tarixdə daxil olmuş sorğunuza cavab olaraq bildirilir ki, X20 ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 279.3, 120.2.1, 120.2.3 və s. maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş və barələrində axtarış elan edilərək, həbs qətimkan tədbiri seçilmişdir. X12 barəsində isə 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar qətnamə qəbul edilmişdir.X11 Xidmətində həmin şəxsin Suriya Ərəb Respublikası və digər ölkələrin ərazilərində aparılan silahlı münaqişələrdə həlak olmasını təsdiq edən hər hansı məlumat və sənədlər mövcud deyildir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şahid2 ifadəsində bildirdi ki, Elçin qızının əridir.Qızıgil İraqa yaşamağa getdilər, qızı dedi yoldaşı harada o da oradadır. Son dəfə 2017-ci il avqust ayında onun qızı ilə əlaqəsi olub. Elçinin ölümü qızına sonradan deyilib. İlk əvvəl qızı həbs olunub. Qızı ilə yalnız icazə verilən qədər danışa bilirlər. Qızının 4 uşağı var, 2 uşaq burada, 2 uşaq isə İraqda anadan olub. Uşaqlar 2020-ci ildə deyəsən mart ayında Azərbaycan Respublikasına gətirilib. 3 ildə uşaqlara anası həbsxanada baxmışdır. Əvvəl onları kampa aparıblar, sonra həbsxanaya apardılar. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Şahid1 ifadəsində bildirdi ki, Elçin onun yeznəsidir, bacısının əridir.Elçinin ölüm xəbərini bacısı onlara 2017-ci ildə verdi. Ölüm xəbərin bacına İraqda deyiblər. Bacısı İraqda həbsdədir. Bacısının dəqiq hansı maddələr üzrə həbsxanada olduğunu bilmir, yəqin ki, terror qruplaşmasına qoşulduğu üçün həbs ediblər. Bacısının uşaqları atasıgildə-onlarda qalır. Evlidir. Bacısıgil İraqa gedəndə bilmədi ki, nə üçün gediblər. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, X20 xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat mövcud deyildir. Onun uşaqları Ərizəçi qəyyumluğuna verilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-6181/2018 saylı xx.xx.2018cı il tarixli qətnaməsinə əsasən X12 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən hesab edir ki, X20 ölmüş elan olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.-ci maddəsinə əsasən ölmüş hesab edilən şəxs gəldikdə və ya onun yaşadığı yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikasının MPM-nin 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, X12 yaşayış yerində onun harada olması barədə 10 ildən çox müddət ərzində məlumat olmadığını, onun uşaqları barəsində qəyyumluq təyin edilməsini nəzərə alaraq 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X20 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizədə X12 2017-ci ildə ölməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.İşdən görünür ki, Binəqədi rayon məhkəməsinin 2(001)- 6181/2018 saylı xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən, 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş ünvan 2 ünvanında qeydiyyatda olan X12 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Belə olan təqdirdə mehkəmə qeyd edir ki, ölmüş şəxs barəsində sonradan vətəndaşlığın itirilməsi hüquqi müəyyənlik prinsipinə zidd olar. N. Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 iyun 2008-ci il tarixli Qərarında qeyd edilir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin X12 döyüşlər zamanı vəfat etməsi isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ərizə şəxsin 2017-ci ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etməsi hissəsində təmin edilməmlidir. Bundan başqa Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün sayılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X20 ölmüş elan edilsin. X12 ölüm günü hazıki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2124/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2124/2024
04.11.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver