Məhkəmə qərarları › İş №2(002)-2137/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2137/2021

27.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2137/2021 27.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X5 ilə 04 noyabr 2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar və bu nikah münasibətlərindən onların üç övladı dünyaya gəlmişdir. 07.08.2012-ci il təvəllüdlü X6 və 05.01.2014-cü il təvəllüdlü X3. Həmin uşaqlar Bərdə rayonunda doğum evində anadan olmuş və müvafiq qaydada onların adına doğum haqqında şəhadətnamə alınmışdır. Üçüncü övladı X9 isə 09.05.2021-ci il tarixində ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Göstərilənləri nəzərə alaraq, qızı X2 09.05.2021-ci ildə Bakı şəhərində doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, ata qrafasında “X5” ana qrafasında “Ərizəçi” doğum tarixi 09.05.2021-ci il qeyd olunmaqla ona doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, onlar ərizəçi ilə qonşudurlar. Ərizəçi 09.05.2021-ci il tarixdə ev şəraitində qız uşağı doğulmuş, doğuşu onunla ərizəçinin baldızı X4 qəbul etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, ərizəçinin baldızıdır. Ərizəçi 09.05.2021-ci il tarixdə ev şəraitində qız uşağı doğulmuş, doğuşu onunla ərizəçinin qonşusu X10 qəbul etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi izahatını və şahid ifadələrini dinləyib, belə hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 noyabr 2011-ci il tarixli, AZ-І seriyalı, 716488 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Ərizəçi 04 noyabr 2011-ci ildə nikahını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 730 №ilə qeyd edilmişdir İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanlanmış 22 iyun 2021-ci il tarixli, 05/Q-888/15 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 2.5.3-cü bəndinə əsasən doğum faktını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə, doğum faktının təsdiq edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 119 saylı MKİS tərəfindən təsdiqlənmiş və qonşular tərəfindən tərtib olunmuş aktdan görünür ki, həqiqətən Ərizəçi qeydiyyatda olduğu ünvan 2 ünvanında 09.05.2021ci il tarixində qız uşağı dünyaya gətirmişdir. İş materiallarına əlavə edilmiş 23 saylı BŞX-nın uşaq poliklinika şöbəsi tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Ərizəçi həqiqətən 09.05.2021-ci il tarixində anadan olmuş diri qız uşağı vardır. Hal-hazırda uşaq sağlamdır və 23 saylı BŞX-nın uşaq poliklinika şöbəsində tibbi qeydiyyatdadır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Yenə həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, ərizəçi X1 Məzahir Tahir oğlu ilə 04 noyabr 2011-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar və bu nikah münasibətlərindən onların üç övladı dünyaya gəlmişdir. 07.08.2012-ci il təvəllüdlü X6 və 05.01.2014-cü il təvəllüdlü X3.Həmin uşaqlar Bərdə rayonunda doğum evində anadan olmuş və müvafiq qaydada onların adına doğum haqqında şəhadətnamə alınmışdır. Üçüncü övladı X9 isə 09.05.2021-ci il tarixində ev şəraitində anadan olmuşdur. Buna görə də hazırki tarixədək onun adına doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaq sağlamdır və 23 saylı Şəhər Poliklinikasında qeydiyyatdadır. Valideynləri uşağa doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Bakı şəhəri Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin uşağın ev şəraitində doğulması və tibbi arayışın olmaması səbəbindən bundan imtina edilmiş, bu barədə məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Uşağın doğum faktının müəyyən edilməsi uşağa doğum haqqında şəhadətnamənin alınması və sosial hüquqlarının həyata keçirilməsi üçün vacibdir. Uşağın qeyd edilən vaxtda doğulmasını təsdiq edəcək sənədi başqa qaydada almaq mümkün olmadığından, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 09 may 2021-ci il tarixdə qızı uşağının doğulması şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi 09 may 2021-ci il tarixdə qız uşağının doğulması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Doğum haqqında şəhadətnamə verilərkən uşağın soyadı - Mirzəliyeva, adı - Əminə, atasının adı - Məzahir, doğum tarixi - 09.05.2021-ci il, doğulduğu yer - Bakı şəhəri göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Haki̇ m: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar