Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2152/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X6 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi xxx Günəş Yusif qızının iştirakı ilə, Ərizəçi «iş stajının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. 22.02.2023-cü il tarixli 3-48-DA-3F/2-M-xx-xx-2023 nömrəli Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli Filialının arayışından görünür ki, Füzuli rayon Yağlıvənd kəndi “Ukrayna” sovxozunun 1984-1985-ci illərə aid sənədlərə 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1986-1993-cü illərə aid sənədlər isə arxivə təhvil verilməmişdir. İddia tələbi
2. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək, onun 1986-cı ilin iyun ayından 23 oktyabr 1993-cü ilə qədər Füzuli rayonu “Ukrayna” sovxozunda fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra ərizəçi X1 dəqiqləşdirmə ərizəsi təqdim edərək, onun 1983-1993-cü illərdə Füzuli rayonu “Ukrayna” sovxozunda fəhlə kimi işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Ərizə bununla əsaslandırılmışdır ki, o Ərizəçi xx.xx.1967-ci ildə Füzuli rayonu Yağlvənd kəndində doğulmuşdur. 1986-1993-cü illərdə Füzuli rayonu "Ukrayna" sovxozundə fəhlə kimi işləmişdir. Hal-hazırda ona xüsusi şərtlərlə pensiya təyin edilsə də onun 1986-1993cü illərdə əmək fəaliyyəti nəzərə alınmamışdır. Belə ki, həmin illər onun əmək kitabçasında qeyd edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Dövlət Arxivinin Füzuli filialına müraciət etmiş, Füzuli rayonu Yağlıvənd kəndi "Ukrayna" sovxozunun 1984-1985-ci illərə aid sənədləri 23 oktyabr 1993-cü il tarixində erməni işğalı zamanı Horadiz qəsəbəsində tamamilə yandırılaraq məhv edilmişdir. 1986-1993-cü illərə aid sənədlər isə arixvə təhvil verilməmişdir. i 1986-1993-cü illərdə işləməyinə dair sənədləri işğal altında olan ərazidə qaldığından və həmin illərdə işləməsini başqa yolla təsdiq etdirə bilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Bu barədə həmin müddətdə onunla birlikdə işləyən iş yoldaşlarını da şahid kimi məhkəmə iclasına gətirəcəkdir. Həmin faktın təsdiq edilməsi ona pensiya alınması üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
5. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1, 308, 309-cu maddələrinə istinad etmişdir. İddia tələbinə etiraz
6. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X5 iddia tələbinə yazılı etiraz verərək iddianın rədd edilməsini xahiş etmişdir.
7. Etiraz belə əsaslandırılmışdır ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1986-1993-cü illərdə Füzuli rayonu Yağlıvənd kəndi “Ukrayna” sovxozunda işlədiyini və əmək haqqı aldıığını iddia edir. Ərizəçiyə xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Ərizəçiyə yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filiala müraciət etmişdir. Lakin onun əmək fəaliyyətini təsdiq edən sənədlərin olmaması səbəbindən, müraciətinin müsbət həlli mümkün olmamışdır. Bundan sonra Ərizəçi 1986-1993-cü illərdə Füzuli rayonu Yağlıvənd kəndi “Ukrayna” sovxozunda işləməsi faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində maraqlı şəxsi Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial olaraq qeyd etmişdir. Lakin ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası aldığı üçün maraqlı şəxsin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial olaraq dəyişdirilməsi məqsədəmüvafiqdir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş edir.
8. Cavabdeh etirazın hüquqi əsası kimi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndi ; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsi; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarına istinad etmişdir.
9. Qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək uşaq vaxtından “Ukrayna” sovxozunda işlədiyini, həmin vaxt məlum hadisələrlə əlaqədar iş stajının əmək kitabçasına qeyd etdirə bilmədiyini və arxiv sənədlərini əldə edə bilmədiyini, lakin əmək kitabçasının 1995ci il tarixdə açıldığını, göstərilənləri təsdiq etmək üçün onunla eyni sovxozda aqronom işləmiş şəxslərin şahid olduqlarını, odur ki, hazırkı tələblə məhkəməyə müraciət etməli olduğunu bildirdi və ərizənin təmin edilməsini xahiş etmişdir.
11. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi xxx Güşən Yusif qızı məhkəmə iclasında iştirak edərək, etiraz ərizəsini müdafiə etdiyini bildirmiş və iddianın rədd edilməsini xahiş etmişdir. Prosesin digər iştirakçılarının ifadələri
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, əmək kitabçasının surətindən göründüyü kimi 1983-1994-cü illər aralığında “Ukrayna” sovxozunda aqronom kimi çalışdığını, bir il əvvəl başqa kənddə işləmiş, 1983-cü ildən “Ukrayna” sovxozunda işlədiyini, Şərab zavoduna yığım üçün avqust ayında bağlara gedib üzümün şəkərliliyini müəyyən etdiklərini, standartlara uyğun deyilsə yığım aparmadıqlarını, sahəni gündəlik gəzdiyini və Gülqədəmi də 1983-cü ildə həmin bağlarda üzüm yığımında gördüyünü, 1994-cü ilə qədər Gülqədəmin sovxozda işlədiyini təsdiq edir. Bundan əlavə də, eyni kənddən olduqlarından ona məlum idi ki, Gülqədəm məktəbli kimi həmin sovxozda işləyir. Həmin dövrdə X8 adlı briqadirin briqadasında işlədiyini görmüşəm, fəhlə işləyirdi. Şahid 1991-1992-ci illərdə Texnikomda şərabçılıqdan dərs dediyi üçün əmək kitabçasını rayonun işğal təhlükəsi olduğu üçün götürmüşdür, bu səbəbdən əmək kitabçası qalmışdır.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ona məxsus əmək kitabçasının surətindən göründüyü kimi, 1980-1994-cü illər aralığında “Ukrayna” sovxozunda baş aqronom kimi çalışdığını, ərizəçinin sovxozda 1983-1993-cü illərdə fəhlə işlədiyini təsdiq etdiyini, fərasətli uşaq olduğundan nənəsi ilə birlikdə gəlib işlədiyini, səhv etmirsə Famil adlı şəxsin şərab briqadasında işlədiyini bildirdi. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
15. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
16. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
17. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
19. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
20. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
23. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
24. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir.
25. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
26. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin
27. 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun
27. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın
28. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 2007-ci il 24 sentyabr tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması qaydalarının 2.5-ci maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Hazırda məhkəmələr tərəfindən yuxarıda qeyd olunan qaydalara əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sosial sığorta stajı ən azı iki şahidin ifadələrinə əsasən və onların iddia edilən dövrdə göstərilən müəssisədə işləmələrini təsdiq edən sənədlər əsas götürülməklə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 N-li Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin
29. 17-ci bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. b) Əsaslandırma
30. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyib iş materialları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
31. Belə ki, Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2007-ci il tarixli 6 nömrəli Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 10 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmış (Qeydiyyat No 3364) “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydaları”nın 2.5-ci bəndinə müvafiq olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir.
32. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx.xx.2019-cu il tarixli qərarının 1.2-ci bəndinə görə, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
33. Həmin Qərarın 13.1-ci bəndində göstərilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir.
34. Həmin Qərarın 13.2-ci bəndində göstərilir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
35. Həmin Qərarın 13.4-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir.
36. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri əsasında təsdiq olunur ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1983-1993-cü illərdə Füzuli rayonu “Ukrayna” sovxozunda fəhlə işləmişdir. Göstərilən faktı təsdiq edən şahidlər Xanoğlan Aslanov və Salman Kərimlinin 1983-1994-cü illər ərzində Fizuli rayonu “Ukrayna sovxozu”nda işlədiklərini təsdiq edən əmək kitabçaları məhkəməyə təqdim edilmişdir. Ərizəçi iş stajı qismində hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə qeyd olunan halları, faktı təsdiq edən sənədlərin itirilməsi və həmin sənədlərin hazırda əldə edilməsinin mümkünsüz olması halını əsas götürərək hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Məhkəmə xərcləri
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
38. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
39. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə görə, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azaddır.
40. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün iddia ərizəsinin irəli sürülməsi ilə əlaqədar dövlət rüsumundan azad edilmişdir, lakin cavabdeh büdcə təşkilatı olduğundan dövlət rüsumunun cavabdehdən tutulmasına yol verilmir. Nəticə
41. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1983-1993-cü illərdə Füzuli rayonu “Ukrayna” sovxozunda işləməsi faktı məhkəmə araşdırması nəticəsində müəyyən olunduğundan ərizə əsaslıdır və təmin edilməlidir.
42. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü Ərizəçi 1983-1993-cü illərdə Füzuli rayonu “Ukrayna” sovxozunda fəhlə işləməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova