Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2183/2021 03.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətin bərpası tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,11 aprel 2020-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış ünvan 1 sahənin 0,02 ha torpaq sahəsi üzrə vərəsəlik işinin başa çatdırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü hesab edilməklə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, anası X4 11 aprel 2020-ci il tarixdə vəfat etmişdir. Onun ölümündən sonra ünvan 1 ünvanda yerləşən 0,02 ha torpaq sahəsi ona miras qalmışdır. Həmin torpaq sahəsi 21.06.2012-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mərhum anası X2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. O, xx xxxxxxxx 1979-cu ildə anasının faktiki nikahda olduğu şəxsdən doğulmuşdur. Anasının rəsmi nikahı və başqa övladı olmamışdır. Anasının vəfatından sonra onun yeganə varisi odur. Anasının vəfatndan sonra mirası əmlakı o qəbul edərək istifadə etmişdir. Hazırda vərəsə kimi tanınmaq üçün mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etsə də, müddəti buraxdığına görə bundan imtina etmişlər. O, vərəsəlik barədə notariat kontoruna müraciət etməsini lazım olmasını bilməmiş və bu səbəbdən də müddəti buraxmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verib, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş ertdi. Cavabdehə məhkəmə bildirişi göndərilnəsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, 000499 №-li çıxarışın surətindən görünür ki, ünvan 1 sahənin bir hissəsi X2 adına daşınmaz əmlakın dövlət reyestrində 377 nömrəli reyestr kitabının 35671 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən 11 aprel 2020-ci ildə verilmiş 57 saylı ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X4 11 aprel 2020-ci il tarixdə qaraciyər çatmamazlığından ölmüş, ölüm haqqında 11 aprel 2020-cı il tarixli akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai rayon VVAQŞ tərəfindən verilmiş 23 yanvar 1996-cı il tarixli, XİX-ЖГ 401648 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ilə X2 xx xxxxxxxx 1979-cu il tarixdə İddiaçı adlı uşaqları doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən İddiaçı ünvanlanmış 1615 saylı, 25 iyun 2021-ci il tarixli məktubdan görünür ki, 11 aprel 2020-ci il tarixdə vəfat etmiş X2 ölümündən sonra miras qalmış əmlakla bağlı 14.06.2021-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmış, Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdə sonra mirasın qəbuluna yol verilmir. Bu halda müvafiq məhkəməyə müraciət edib məhkəmə qaydasında qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa etdikdən sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün təkrar notarit ofisinə müraciət edə bilər. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair» 20 oktyabr 2011-ci il tarixli və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair» 13 dekabr 2011-ci il tarixli qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar qeyd etmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1, 1159.5-ci maddələrinə əsasən beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadığda onları uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirir. Həmin Məcəllənin 1243.2-ci vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yenə həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Yenə Mülki Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. İşdən görünür ki, İddiaçı 25 iyun 2021-ci il tarixdə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə ilə müraciət etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoyanın hüquq və vəzifələrinin daşıyıcısıdır. Mirası qəbul etmək vərəsənin vəzifəsi yox, yalnız onun hüququdur. Başqa sözlə vərəsə bu hüquqdan istifadə edib-etməmək seçiminə malikdir. Mirası qəbul etmək hüququ subyektiv mülki hüquqdur. Məhkəmədə həmin işə baxıldıqda müəyyən edildi ki, İddiaçı 11.04.2020-ci il tarixdə vəfat etmiş X2 qızıdır. İddiaçı başqa mirası qəbul edə biləcək başqa vərəsəsi yoxdur. Həmçinin Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 9A saylı sahənin mərhum anasına məxsus hissəsini miras kimi faktiki olaraq İddiaçı qəbul etmiş, mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Məhkəmə hesab edir ki, idida ərizəsi təmin edilməli, İddiaçı 11 aprel 2020-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küçəsi, 9A saylı sahənin 0,02 ha torpaq sahəsi üzrə vərəsəlik işinin başa çatdırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 339- 341, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı cavabdeh Bakı şəhəri 8 saylı Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətin bərpası tələbinə dair ərizəsi təmin edilsin. İddiaçı 11 aprel 2020-ci il tarixdə vəfat etmiş anası X1 miras qalmış ünvan 1 sahənin 0,02 ha torpaq sahəsi üzrə vərəsəlik işinin başa çatdırılması üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzürlü hesab edilməklə bərpa edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündə 1 ay keçdikdən qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2183/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2183/2021
03.11.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver