Məhkəmə qərarları › İş №2(002)-2185/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2185/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2185/2020 08.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin iddiaçıya verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzilin iddiaçıya verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ona məxsus Bakı şəhəri, İntiqam Nəbiyev küçəsi, За saylı evin 1 saylı mənzilə istifadə hüququna xitam verilməsi, Cavabdeh1 Bakı şəhəri. İntiqam Nəbiyev küçəsi, За saylı evin 1 saylı mənzilindən çıxarılması və mənzilin İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, onunla ünvan 1 mənzil 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 ilə arasında bağlanmış xx xxxxxx 2020-ci i] tarixli, AN-1 № ******* nömrəli Daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən ünvan 1 mənzil İ ünvanında yerləşən ümumi sahəsi 36.72 kv/m olan mənzili 25000 (iyirmi beş min manat 00 qəpik) manat ödəməklə, Cavabdeh1 əvəzinə Bakı şəhəri 8 saylı notariat ofisində xx.xx.2020-ci il tarixində verilmiş 641 reyestr nömrəli" etibarnamə əsasında nümayəndəsi Cavabdeh5 almışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsi Bakı şəhəri 19 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Mənzilin dəyəri olan 25000 (iyirmi beş min manat 00 qəpik) manat məbləğində pulu Bakı şəhəri 19 saylı notariat ofisində xx xxxxxx 2020-ci ildə rəsmiləşdirilmiş sənədlər əsasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcıya verilməsi üçün notariusun depozit hesabı vasitəsi ilə ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Resyestri Xidməti tərəfindən daşınmaz əmlak üzərində hüquqlarım xx xxx 2020-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 8-ci bəndində göstərilmişdir ki, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 9-cıı bəndində göstərilmişdir ki, Satıcı həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat verir. Daşınmaz əmlakın alqısatqı müqaviləsinin İİ-ci maddəsinə əsasən, ‘‘Satıcı(lar)” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə xx.xx.2020-ci il tarixədək Alıcı İddiaçı faktiki sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1 3-cü bəndinə əsasən, satıcı Cavabdeh1 xx.xx.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 14-cü bəndinə əsasən, “Alıcı”-nın faktiki sahibliyinə və istifadəsinə verilənədək satılmış daşınmaz əmlakın təsadüfən məhv olması və zədələnməsi ilə bağlı məsuliyyət “Satıcı”-nın üzərinə düşür. Xüsusi mülkiyyətimdə olan mənzilin alqı-satqısından xeyli müddət keçməsinə baxmayaraq, dəfələrlə xəbərdarlıq etsə də, cavabdeh mənzili təhvil verməkdən yayınmış, onun müraciətlərinə məhəl qoymamış və bununla da daşınmaz əmlakın üzərində onun mülkiyyət hüququnu pozmuşdur. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişlər, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı məxsus olmaqla, bu hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cavabdeh1 ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili İddiaçı satır, alıcı isə həmin mənzili satıcıdan alır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilində qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. İş materiallarına əlavə olunmuş Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 152 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilin mülkiyyətçisidir, lakin pasport qeydiyyatına düşməyib, mənzildə qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5dır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh X2 arasında alqı-satqı müqaviləsi bağlanmış, Cavabdeh1 onun mülkiyyətində olan ümumi sahəsi 36.72 kv/m Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili İddiaçı satmış, İddiaçı isə mənzil 25.000 manata cavabdehdən almışdır. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir in-san tək-ba-şı-na və ya baş-qa-la-rı ilə bir-lik-də əm-la-ka sa-hib ol-maq hü-qu-qu-na malik-dir. Heç kim öz əm-la-kın-dan öz-ba-şı-na-lıq-la məh-rum edil-mə-mə-li-dir. X6 Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və daşınmaz əmlaka başqa hüquqları əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Göstərilən qanunvericilik normalarının tələblərini rəhbər tutmaqla qeyd olunur ki, mülkiyyət hüququ insana məxsus təbii və fundamental hüquq olmaqla dövlətin maddi əsasını təşkil edən təməl elementlərdən biridir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülki Məcəllənin 646-cı maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Satılmış əşya ilə bağlı risklər, xərclər və faydalar şübhə halında alıcıya yalnız daşınmaz əmlakın dövlət reyestrinə daxil edildiyi andan keçir. Əgər tərəflərdən biri qeydiyyatın gecikdirilməsində təqsirlidirsə, o, bununla əlaqədar əmələ gəlmiş zərərin əvəzini digər tərəfə ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur və o, həmin mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin mənzildə isə hal-hazırda cavabdehlər qeydiyyatda olmaqla, yaşayırlar.Göründüyü kimi, alqı-satqı müqaviləsinin bağlanmasından müəyyən müddət keçsə də, Cavabdeh1 öz üzərinə götürdükəri öhdəlikləri lazımınca yerinə yetirməmiş, mənzil alıcıya təhvil verməmiş, habelə cavabdehlər həmin mənzildən qeydiyyatdan çıxmamış və mənzil üçüncü şəxslərin hüquqlarından azad olunmamışdır. Göründüyü kimi, hazırki işdə cavabdehlər alqı-satqı müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişlər. Bununla da, cavabdeh tərəfindən daşınmaz əmlakın alqı-satqı müqaviləsinə dair şərtləri pozulmuşdur. Hazırda isə həmin mənzilin mülkiyyətçisi qismində İddiaçı çıxış edir, habelə bu barədə onun adına mülkiyyət hüququ üzrə dövlət reyestrində qeydiyyat aparılmış və mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilmişdir. Göründüyü kimi, iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulduğundan, o, məhkəmədə haqlı olaraq iddia qaldırmaq məcburiyyətində qalmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan mənzilə qanunla müəyyən edilmiş qaydada mülkiyyət hüququ əldə etmiş, lakin cavabdehlər həmin mənzildə formal olaraq qeydiyyatda qalmışdır. Həmçinin, mübasiə predmeti olan mənzil cavabdehlər tərəfindən həminmənzilin mülkiyyətçisi qismində çıxış edən iddiaçıya təhvil verilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, bütün bu hallar əsas insan hüquqlarından biri olan mülkiyyət hüquqularının pozulması kimi qiymətləndirlməlidir.Bu halda, məhkəmə mülki və beynəlxalq qanunvericiliyin qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, bu hallar cavabdehlərin mübahisə predmeti olan mənzilə istifadə hüquqlarının xitam edilməsi üçün əsas olmaqla, həmin mənzil iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilə dair istifadə hüququna xitam verilməli,Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzildən çıxmaqla, həmin mənzili iddiaçıya təhvil verməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, İntiqam Nəbiyev küçəsi, За saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus B Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzilə dair istifadə hüququna xitam verilsin. Cavabdeh1 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, 3A saylı evin, 1 saylı mənzildən çıxmaqla, həmin mənzili İddiaçı təhvil versin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iddiaçıya məxsus Bakı şəhəri, İntiqam Nəbiyev küçəsi, За saylı evin 1 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar