Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2243/2021 08.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızı, İddiaçlar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, 2 saylı mənzil üzərində İddiaçı1 2/8 hissədə, İddiaçı3 2/8 hissədə, İddiaçı2 1/8 hissədə, Cavabdeh 1/8 hissədə, X3 1/8 hissədə, X1 1/8 hissədə pay hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, iddiaçılar mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1 və 1243.2-ci maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsəlik hüquq münasibətlərinə əsasən vərəsəlik işinin açılması, mirasın qəbulu və ondan imtinanın rəsmiləşdirilməsi, habelə vərəsəlik şəhadətnaməsinin verilməsi mirasın açıldığı yer üzrə notariat orqanının səlahiyyətinə aiddir. Məhkəmələr mirasın qəbulu müddətinin uzadılması, mirasın faktiki qəbulu zamanı bu faktın notarius tərəfindən müəyyən edilə bilmədiyi halda mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, eləcə də vərəsələr arasında mirasın bölüşdürülməsi ilə bağlı razılıq əldə olunmadıqda mirasın bölüşdürülməsinə dair mübahisələrə baxırlar. İddia ərizəsinin məzmunundan məlum olduğu kimi miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün notairusa müraciət olunmuş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Baki Şəhəri 8 saylı Notariat ofisinin iddiaçıların məktubuna ünvanlanmış 21.06.2021-ci il tarixli 1577 nömrəli cavab məktubundan aydın olur ki, qanunvericilikdə nəzərdə tutulan müddəti ötürdüklərinə, miras əmlakı faktiki idarəetmələri barədə sənəd təqdim etmədiklərinə, miras əmlakın hüquqmüəyyənedici sənədini verə bilmədiklərinə görə iddiaçılara vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İddiaçılara Vərəsəlik hüququ haqqında şəhadətnamənin alması üçün miras əmlakın hüquqmüəyyənedici sənədini, həmçinin qanunvericilikdə nəzərdə tutulan müddəti bərpa edib təkrar notariat ofisinə müraciət edilməsi məsləhət görülmüşdür. Göründüyü kimi, iddiaçılar tərəfindən notarusa müraciət olunmuşdur, bu müraciətlə bağlı tərəflərə hüquqmüəyyənedici sənədlərlə birlikdə yenidən notariusa müraciət hüququ izah olunmuşdur. Lakin iddiaçılar yuxarıda sadalanan prosedurları həyata keçirmədən (pretenziya qaydasına əməl etmədən) birbaşa məhkəməyə müraciət etmişdilər. Bu səbəbdən ərizə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə miras qalmış əmlakda payın müəyyən edilməsi məsələsi ilkin olaraq notariat ofisində həll edilir. Miras qoyanın vərəsəsi əvvəlcə miras əmlakı qəbul etməsinə dair notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ərzində ərizə verməli, vərəsələr arasında miras əmlakla bağlı mübahisə olduqda və notariat ofisi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etdikdə, vərəsə miras qoyandan miras qalmış əmlakda payın müəyyən edilməsi barədə digər vərəsələrə qarşı məhkəmədə iddia irəli sürə bilər Miras əmlakın bölüşdürülməsi də ilk növbədə tərəflərin razılığı ilə notarius tərəfindən həyata keçirilir və yalnız tərəflər arasında ixtilaf olduqda notarius mirasın bölüşdürlməsindən imtina edərək tərəflərə məhkəməyə müraciət etmək hüququnu izah edir. Belə bir ixtilafın olması və notariusun mirasın bölüşdürülməsindən imtina etməsi isə təqdim edilmiş sənədlərdən müəyyən olunmur. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçlar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı miras əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, ödənilmiş 10(on) manat məbləğində dövlət rüsumu iddiaçılara geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2243/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2243/2021
08.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver