Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2250/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X1 iştirakı ilə, X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «mənzilə istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı «mənzilə istifadə hüquqlarının itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Abbasova (Qələndərova) İlhamə Əbülfəz qızının, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X10, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 22 nömrəli binada mənzil 30-a dair istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Lökbatan qəsəbəsi, keçid 1594, 22 nömrəli binada mənzil 30-un tam hüquqlu mülkiyyətçisidir. Qeyd olunan mənzili 2002-ci ildə almışdır. Lakin 2008-ci ildən köçüb yaşamağa başlamışdır. Hal-hazırda da həmin mənzildə yaşayır, mülkiyyət hüquqları BŞİH Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli ÖM N112498 seriyalı çıxarışla təsdiq olunur. Cavabdehlərdən 3-ü onun övladları, digərləri isə nəvələr, gəlin və kürəkəndir. Mənzilindən pasport qeydiyyatından çıxarmaq istədiyi bu şəxslərdən heç biri onunla yaşamırlar, əksəriyyəti isə ümumiyyətlə heç vaxt həmin mənzildə yaşamayıblar. Belə ki, cavabdehlərdən - qızı Cavabdeh4 hələ onlar köhnə evlərində Naxçıvanda yaşayan zaman, yəni hazırki mənzil alınmazdan illər öncə, 1993-cü ildən ailə quraraq erinin evinə köçmüş o zamandan onunla yaşayaraq, ondan ayrı təsərrüfat aparmış və bu mənzildə bircə gün də olsa yaşamamış, mənzildən istifadə etməmişdir. Eləcə də, onun əri digər cavabdeh - X7, onların övladları - Cavabdeh6 və Cavabdeh7 onun mənzilində bircə gün də olsa yaşamamış, mənzildən istifadə etməmişlər. Onların hamısı qızı İlhamənin xahişi ilə 2014-cü ildə onun mənzilinə formal olaraq pasport qeydiyyatına düşmüşlər. O zaman dediklərinə görə guya müvəqqəti idi. Digər cavabdeh - Cavabdeh1 2010-cu ildə evlənərək o da mənzili tərk etmişdir. Məhz həmin ildə, yəni 2010cu ildə onu razı salaraq özü, gəlin, Cavabdeh8 və 2011-ci ildə isə nəvə X22 da mənzilə pasport qeydiyyatına düşmüşlər. Amma 2010-cu ildən Faiq evlənərək ayrı ünvanda yaşayır. Cavabdehlərdən Cavabdeh3 2011-ci ildən, Cavabdeh2 isə 2013-cü ildən ailə qurduqlarına görə həmin mənzili tərk edərək ailələri ilə birgə tam ayrı ünvanlarda yaşayırlar. Göründüyü kimi cavabdehlərdən heç biri hazırda onun mənzilindən istifadə etmir, onların mənzildə qeydiyyatları formal uçot xarakteri daşıyır. Cavabdehlərin ona məxsus, onun qanuni mülkiyyətində olan mənzildə hələ də qeydiyyatda qalmaları mülkiyyətçi kimi onun hüquqlarını pozur, mənzilinə dair sərbəst sərəncam vermə, sahiblik və istifadə hüquqlarını məhdudlaşdırır. Tərəfimdən cavabdehlərə dəfələrlə yaşadıqları yer üzrə qeydiyyata düşmələrini, onun mənzildən qeydiyyatdan çıxmalarını tələb etsə də, heç bir nəticəsi olmamış, üstəlik doğma övladlarım tərəfindən təhqir və hətta fiziki təzyiqlərə məruz qalmışdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X2 məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 onun övladları olduğunu, qızı Cavabdeh4, onun əri Cavabdeh5 və onların övladları Cavabdeh6, Cavabdeh7 həmin mənzildə heç vaxt yaşamadıqlarını, oğlanları Cavabdeh1 2010-cu ildə ailə həyatı quraraq, həmin məzili daimi tərk etmiş, özü, həyat yoldaşı Cavabdeh8 və onların övladları nəvəsi X22 formal olaraq bu mənzilə qeydiyyata düşmüşlər, ailə həyatı qurduqdan sonra bu məzildə yaşamamışlar özləri başqa yaşayış yerləri vardır, Cavabdeh32011-ci ildə, X8 isə 2013-cü ildə ailə həyatı quraraq, bu mənzili daimi tərk etmiş, başqa yaşayış yerində ailəsi ilə birlikdə yaşayırlar, onun saxlanmasında heç bir köməklik göstərmirlər, bir stəkan su da olsa gətirib ona vermirlər, onun necə yaşaması barədə ümumiyyətlə maraqlanmırlar, onlar hamısı öz ailələri ilə birlikdə özlərinə məxsus olan başqa yaşayış sahələrində yaşayırlar, gedib elə öz yaşadıqları evlərə qeydiyyata düşsünlər, onun evində formal da olsa qeydiyyatda qalmaqlarını istəmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında şahid X9 ifadə verərək, iddiaçının qonşusu olduğunu, onun oğlu Zaurla birlikdə yaşadığını, cavabdehlərin o mənzildə ümumiyyətlə yaşamadığını, heç onların həmin mənzilə gəlib-getdiyini görmədiyini, Əbülfəz dayı ilə maraqlandıqlarını görmədiyini bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin ÖM 112498 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, X5 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 22 nömrəli bina, 30 saylı mənzil xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə 363 №-li reyestr kitabında 52221 səhifə qeydə alma xx.xx.2002-ci il tarixində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Qaradağ rayon 152 saylı Mənzil Kommunal İstismar İdarəsi tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, X6 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 22 nömrəli bina, 30 saylı mənzilin mülkiyyətçisidir, mənzildə qeydiyyatda olan digər şəxslər Cavabdeh1 (xx.xx.2010-cu ildən), Cavabdeh2 (xx.xx.2013-cü ildən), Cavabdeh3 (xx.xx.2010-cu ildən), X11 (xx.xx.2014cu ildən), Cavabdeh4 oğlu (xx.xx.2014-cü ildən), X14 (xx.xx.2014-cü ildən), Cavabdeh7 (xx.xx.2014-cü ildən), X12 (xx.xx.2019-cü ildən), X17 (xx.xx.2019-cü ildən), Cavabdeh8 (xx.xx.2010-cu ildən), X22 (xx.xx.2011-ci ildən) pasport qeydiyyatındadırlar. İş materiallarına əlavə olunmuş aktın məzmunundan görünür ki, cavabdehlər Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, 22 nömrəli bina, 30 saylı mənzildə yaşamırlar. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququna xitam verilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinin tələblərinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki iş üzrə tərələr arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 30-cu maddəsinin və Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll eidlməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mənzil Məcəllənin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Mənzil Məcəllənin 30.3-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-ci il tarixli Qərarına əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Həmçinin, həmin Qərarda qeyd olunmuşdur ki, Bu maddənin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Hənçinin, həmin Qərarda qeyd olunmuşdur ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxssu olmaqla, ona dair xüsusi mülkiyyət hüququ 2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının veridyi izahatı və digər sübutlar əsasında müəyyən edilmişdir ki,cavabdehlərdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 iddiaçının övladları olmaqla, onlardan Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 mübahisə predmeti olan mənzildə ailə həyatı qurduqları vaxtadək yaşamış, Cavabdeh4 isə mübahisə predmeti olan mənzildə ümumiyyətlə yaşamamış, həmçinin cavabdehlərdən Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X22 mübahisə predmeti olan mənzildə ümumiyyətlə yaşamamışlar. İddiaçı cavabdehlərin onun mənzilində formal qeydiyyatda olduqlarını, hər birinin daimi yaşadığı başqa yaşayış yeri olduğunu, öz yaşadıqları yaşayış sahəsinə qeydiyyata düşmələrini istədiyini əsas gətirərək, cavabdehlərə qarşı belə bir iddia tələbi irəli sürüş və iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 münasibətdə onu qeyd etməyi zəruri hesab edir ki, qeyd olunan cavabdehlər mübahisə predmeti olan yaşayış sahəsində pasport qeydiyyatına alındıqları vaxtdan əvvəlki tarixdən, yəni 2002-ci il tarixdən həmin mənzildə yaşadıqlarından, tərəfər arasında mübahsiə predmeti olan mənzilə dair hüquq münasibtlərinin yaranma tarixi məhz onların pasport qedyiyyatına alındığı vaxt deyil, onların faktiki həmin yaşayış sahəsində iddiaçı ilə birlikdə yaşadıqları vaxt əsas götürülməklə müəyyən edilməlidir. Bu halda, məhkəmə hesab edir ki, qeyd olunan cavabdehlərlə iddiaçı arasında yaranmış mübahisəli hüquq münasibətləri 228.5-ci maddənin normaları əsasında həll edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, qeyd olunan cavabdehlər mübahisə predmeti olan yaşayış sahəsində mülkiyyətçi ilə birlikdə yaşadığından, onların həmin mənzilə dair istifadə hüququ yaranmışdır. Bu halda, məhkəmə hesab edir ki, iddia tələbinin qeyd olunan cavabdehlərə münasibətdə araşdırılmalı olan hal həmin cavabdehlərin müvafiq yaşayış sahəsini daimi tərk edib-etməməsi, bununla da həmin yaşayış sahəsinə ehtiyaclarının olub-olmaması, bunu zəruri edən əsasın aradan qalxıbqalxmaması, halların müəyyən edilməsidir. Bununla bağlı olaraq, məhkəmə araşdırması zamanı tədqiq olunmuş şahid ifadəsi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, qeyd olunan cavabdehlərdən Cavabdeh1 2010-u il, Cavabdeh3 2011-ci il, Cavabdeh2 2013-cu ildə ailə həyatı quraraq, mübahisə predmeti olan mənzilii daimi tərk etmiş, həmin vaxtlardan indiyədək öz ailələri ilə birlikdə başqa yaşayış sahəsində yaşayırlar. Həmçinin, iddiaçının verdiyi izahatından aydın olur ki, həmin cavabdehlər ataları olan iddiaçı ilə heç maraqlanmırlar, o da onların öz yaşadıqları evlərinə qeydiyyata düşmələrini istədiyini bildirmişdir. Bu halda, məhkəmə hesab edir ki, qedy olunan cavabdehlərin mübahisə premeti olan mənzili ailə həyatı quraraq daimi tərk etmələri, öz ailələri ilə birlikdə həmin tarixlərdən (2010,2011,2013-cü illər) indiyədək başqa yaşayış sahəsində yaşamaları kimi hallar həmin cavabdehlərin mübahisə predmeti olan yaşayış shəsinə ehtiyaclarının olmaması kimi qiymətləndirilməsinə əsas verir. Həmçinin, məhkəmə hesab edir ki, qeyd olunan hallarda həmin cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsindən istifadə hüququnun yaranmasını zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyacın olması əsası aradan qalxmış olur. Ona görə də məhkəmə qeyd olunan cavabdehlərin mübahisə premdeti olan yaşayış sahəsinə dair istifadə hüququnun yaranmasını zəruri edən əsas aradan qalxdığından, habellə fundamental insan hüquqlarından biri qismində çıxış edən mülkiyyət hüququnun qorunması və bu hüququn əsasız olaraq məhdudlaşıdırlmasının yolverilməzliyi prinsipinin təmin edilməsi zərurətini əsas götürməklə, hesab edir ki, iddia tələbi qeyd olunan cavabdehlərə aid olan hissədə əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Abbasova (Qələdərova) İlhamə Əbülfəz qızı, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 aid olan hissədə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının verdiyi izahatından, şahid ifadəsi və digər sənədlər əsasında müəyyən edilmişdir ki, qeyd olunan cavabdehlər mübahisə premdeti olan mənzildə ümumiyyətlə yaşamamışlar. Həmçinin, iş materiallarından görünür ki, qeyd olunan cavabdehlər mübahisə predemti olan mənzildə 2014-cü il tarixdən qeydiyyatdadırlar. Bu halda, məhkəmə hesab edir ki, Cavabdeh4 oğlu iddiaçının qızı olmaqla, iddiaçının ailə üzvi hesab eidldiyindən, qedy olunan cavabdehlə iddiaçı arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbinə əsasən həll edilməlidir. Həmin normanın tələbinə əsasən mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onunla birlikdə istifadə etmək hüququ vardır. Hazırki halda isə Cavabdeh4 mübahisə predmeti olan yaşayış sahəsində ümumiyyətlə yaşamaması halı müəyyən edildiyindən, məhkəmə hesab edir ki, mənzil qanunvericiliyinin tələbinə əsasən Cavabdeh4 mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququ yaranmamışdır. Həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının veridyi izahatından aydın olur ki, cavabdehlər Cavabdeh5 onun kürəkəni, yəni qızı Cavabdeh4 həyat yoldaşı, Cavabdeh6 və Cavabdeh7 isə onun övladları olmaqla, həmin mənzildə ümumiyyətlə yaşamamışlar. Bu halda, məhkəmə qeyd olunan cavabdehlər iddiaçının ailə üzvi kimi mübahisə premeti olan mənzilə köçüb yaşamadığından, onun ailə üzvi hesab edilmədiyindən, habelə həmin cavabdehlərlə mülkiyyətçi qismində çıxış edən iddiaçı arasında mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun yaranması barədə hər hansı notarial razılaşmanın bağlanması və bu hüququnun dövlət qeydiyyatına alınması halı aşkar edilmədiyindən hesab edir ki, həm mənzil qanunvericiliyinin, həm də mülki qanunvericiliyinin tələbinə əsasən həmin cavabdehlərin mübahisə predmeti olan mənzilə dair istifadə hüquqları yaranmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6 aid olan hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehlər Cavabdeh8 və X13 aid olan hissədə də hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, məhkəmə arşdırması zamnaı iddiaçının verdiyi izahat, şahid ifadəsi və digər sübutlar əsasında müəyyən edilmişdir ki, qeyd olunan cavabdehlər iddiaçının gəlini və nəvəsi olmaqla, mübahisə predemti olan mənzildə yaşamamışlar, həmçinin Cavabdeh8 Cavabdeh1 həyat yoldaşı, X22 isə övladıdır, həmçinin, qeyd olunan cavabdehlər həmin mənzildə 2011-ci il tarixdən qeydiyyatdadır. Bu halda, məhkəmə hesab edir ki, Cavabdeh8 cavabdehin ailə üzvi hesab edilmədiyindən, habelə mülki qanunvericiliyin tələbinə əsasən iddiaçı ilə həmin cavabdeh arasında mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun yaranması barədə notarila razılaşmanın bağlanılması və bu hüququn dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar eidlməmişdir. deməli, Cavabdeh8 mübahisə predmeti olan mənzilə dair istifadə hüququ yaranmamışdır. Digər cavabdeh X15 münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan cavabdeh iddiaçının nəvəsi olmaqla, mübahsiə predmeti olan mənzilə köçüb yaşamadığından, habelə onun qanuni nümayəndəsi qismində çıxış edən valideyni Cavabdeh1 mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi halı müəyyən edildiyindən, habelə digər valideyni Cavabdeh8 is mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun olmaması halı müəyyən edildiyindən, iddia tələbi cavabdeh X15 münasibətdə də əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq, mənzil və mülki qanunvericiliyinin normalarını rəhbər tutaraq, habelə fundamental insan hüquqlarından biri qismində çıxış edən mülkiyyət hüququnun qorunması və mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının yolverilməzliyi prinsipini əsas götürərək, hesab edir ki, iddia əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasova (Qələndərova) İlhamə Əbülfəz qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X10 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, bina 22, 30 saylı mənzilə olan istifadə hüququna xitam verilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Abbasova (Qələndərova) İlhamə Əbülfəz qızının, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X10 İddiaçı məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, bina 22, 30 saylı mənzilə olan istifadə hüququna xitam verilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin.. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2250/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2250/2020
28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver