Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2274/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs kimi qeyd edərək, «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulması və atasının X5 olması barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 ilə anası X2 qeyri-rəsmi nikah münasibətlərindən 1984-cü ilin dekabr ayının 10-da Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsində ev şəraitində doğulmuşdur. Doğum faktı heç yerdə qeydiyyata alınmadığı üçün doğum haqqında şəhadətnamə almamışdır. O, 16 yaşında olarkən atası Mirələm Ağayev vəfat etmişdir. X1 ilə qeyri-rəsmi nikahdadır və həmin nikahdan 3 övladları vardır. Hal-hazırda onun sənədlərinin olmaması səbəbindən uşaqlarına öz soyadını verə bilmir, eyni zamanda üzərinə düşən digər vəzifələri yerinə yetirə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçiyə və maraqlı şəxsə qanunla müəyyən olunmuş qaydada məlumat verilmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq, xüsusi icraat qaydasında işə Şöbənin nümayəndəsinin iştirakı olmadan və mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin onun iradəsinin ifadəsi olmadığını bildirərək, ərizənin geri qaytarılmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs hazırkı iş üzrə maraqlı şəxsdir, xüsusi icraat qaydasında baxılan işlər üzrə maraqlı şəxslərin MPM-in 259.0.11-ci maddəsində təsbit olunmuş, iddia icraatı qaydasında işlərə baxılarkən cavabdeh qismində prosesdə iştirak edən şəxsə məxsus prosessual hüquqü mövcud deyil. İş üzrə maraqlı şəxs xüsusi icraat qaydasında işlər üzrə ərizəçi ərizənin geri qaytarılması barədə ərizə verdikdə, işə mahiyyəti üzrə baxılmasını tələb edə bilməz, bununla bağlı verilmiş ərizə isə təmin edilə bilməz (yuxarıda qeyd olunan halla bağlı Mülki Prosessual Məcəlləyə münasibətdə qanunun analogiyası tətbiq edilə bilməz). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 259.0.11, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardadın tərəflərə rəsmi qaydada verildiyi gündən sonra 10 gün müddətində ondan Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2274/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2274/2022
01.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver