Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2289/2024 16.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1na qarşı qohumluq faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1na qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 07 aprel 2016-cı ildə vəfat etmiş X5 16 aprel 1990-cı ildə vəfat etmiş Zərxanım Ağabala qızının oğlu olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, ev 67 ünvanında yerləşən evin mülkiyyətçisi mərhum X7nın adına olmuşdur. X7 16 aprel 1990-cı ildə vəfat etmişdir. Nənəsinin vəfatından sonra mülkdə X1 özü və ailə üzvüləri olaraq o, üç qardaşı ailə üzviləri ilə birlikdə yaşamışdılar. X1 07 aprel 2016-cı il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra onun vərəsəsi kimi miras qalmış evdə o, ailəsi ilə birlikdə yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Atasının doğum haqqında şəhadətnaməsini əldə etmək üçün Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmişlər və onlara ünvanlanmış cavab məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Bakı şəhəri Molotov (Qaradağ) rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Hazırkı evi vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək istəsə də doğum haqqında şəhadətnamə olmadığından bu mümkün deyildir. Bu səbəbdən də evə dair müəyyən sənədləşdirmə apara bilmir. Ona görə də onun mərhum X7na münasibətdə qohumluq münasibətlərində olması, yəni X1nun X7nın oğlu olması faktının təsdiq edilməsi zəruridir. Məhkəməyə müraciət etməzdən əvvəl doğum akt qeydinin əldə edilməsi üçün Maraqlı şəxs2nə müraciət etmişdi. Həmin şöbədən ona bildirildi ki, 1942-ci ilə aid akt qeydi Qaradağ qeydiyyat şöbəsində saxlanılmır və o, arxiv idarəsinə müraciət edilməlidir. O, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət etmiş və ona ünvanlanmış cavab məktubunu da ərizəsinə əlavə etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun ərizədə göstərilənlərlə bağlı bütün aidiyyəti qurumlara müraciətlər ünvanlasa da aidiyyəti qurumlar 1942-ci ilə dair Bakı şəhəri Molotov (Qaradağ) rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdlü haqqında heç bir məlumat aşkarlanması səbəbindən onlara müsbət bir cavab verə bilməmişdir. Hazırda onlar qeyd edilənlərə əsasən nə vərəsəlik işlərini nədə ki, miras əmlakla bağlı heç bir sənədləşmə apara bilməmişdir. Onunla qonşuluqda yaşayan bütün şəxslər qeyd edilən faktı təsdiq edir ki, həqiqətən də X1 X7nın övladı olmuş və rəhmətə gedənədək onlara qonşuluqda yaşamışlar. Əlavə olaraq qeyd etdi ki, atasının qardaşları olmayıb, bir bacısı var, o da rəhmətə gedib. Zərxanım Ağabala qızı nənənsidir. Hazırda onların yaşadığı mənzilin mülkiyyətçisi Zərxanım Ağabala qızıdır. Həmin evi vərəsəlik qaydasında adlarına rəsmiləşdirmək istəsə də doğum haqqında şəhadətnamə olmadığından bu mümkün deyildir. Bu səbəbdən də evə dair müəyyən sənədləşdirmə apara bilmir. Ona görə də onun mərhum X7na münasibətdə qohumluq münasibətlərində olması, yəni X1nun X7nın oğlu olması faktının təsdiq edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışının onun nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə məhkəmə baxışının maraqlı şəxslərin iştirakı olmadan keçırılməsi mümkün hesab etmişdir. Mülki işin halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlar: Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, ərizəçinin qonşusudur. Onun orada evi var. 166 nömrəli məktəbdə müəllimə işləyir. Uşaqlıqdan orada yaşayır. Zərxanım xanımı canlı görməmiş, amma dəfnində iştirak etmişdir. Oradan bilir ki, Zərxanım orada yaşayıb, Baba isə oğludur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş sahid X8 ifadə verərək bildirdi ki, illərdir ki, ərizəçi ilə qonşudur. Bir-birilərini tanıyırlar. Zərxanım Babanın doğma anasıdır, orada yaşayıblar. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin məktubundan görünür ki, ünvan 3 ünvanın qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məktubundan görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 2(002)-2289/2024 N°-li (daxilolma xx.xx.2024-cü il, N° 3-48/1-2879/2024) vətəndaş Zərxanım Ağabala qızı barəsində olan sorğunuza cavab olaraq bildirir ki, sorğu müəllifi tərəfindən təqdim olunmuş məlumatlara uyğun olaraq, Dövlət Arxivləri mühafizə etdikləri sənədlər əsasında həmin faktların təsdiq edilməsi barədə onların hüquqi və qanuni mənafelərini təmin edəcək sosial-hüquqi xarakterli məlumat daşıyıcısı olan arxiv arayışı, sənədlərdən çıxarışlar və ya sənədlərin surətini verir. Sorğuda sözügedən vətəndaş haqqında axtarış məlumatları təqdim olunmadığına görə sorğunuzun icrası imkan xaricindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasinin Milli Arxiv İdarəsinin məktubundan görünür ki, Bakı 4 saylı “Asan Xidmət” Mərkəzindən daxil olan 25 dekabr 2023-cü il tarixli ərizəyə cavab olaraq bildiririk ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1942-ci ilə dair Bakı şəhəri Moiotov (Qaradağ) rayonu Qeydiyyat şöbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında X5 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri 8 Sayli Notariat Ofisinin məktubundan görünür ki, xx.xx.1990-cı il tarixdə ölmüş Zərxanım Ağabala qızının ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 8 saylı notariat ofısinə müraciət daxil olmuş və 75/2024 nömrəli vərəsəlik işi açılmışdır. Təqdim etdiyiniz sənədlərə baxış keçirilərkən məlum olmuşdur ki, vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermək üçün miras qoyan Zərxanım Ağabala qızına məxsus əmlakın hüquqmüəyyənedici sənədi (çıxarışı) yoxdur. Bildirir ki, miras qalmış əmlakın hüquqmüəyyənedici sənədi (çıxarışı), həmçinin qohumluq faktını təsdiq edən sənədlər olmadığından tərəflərindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Əlavə ılaraq bildirir ki, miras qoyan Zərxanım Ağabala qızından miras qalmış əmlaka hüquqmüəyyənedici sənəd (çıxarış), həmçinin qohumluq faktını təsdiq dən sənədləri almaq ilə əlaqədar müvafiq məhkəməyə müraciət etdikdən sonra təkrar notariat ofisinə müraciət edə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, ev 67 ünvanında Zərxanım Ağabala qızının vəfatına qədər və vəfatından sonra aşağıdakı şəxslər yaşamışdılar. X3 (gəlini –qeydiyyata götürülmə tarixi-1973-cü il), X10(oğlu- qeydiyyata götürülmə tarixi - 1964-cü il), X23-(nəvəsi- qeydiyyata götürülmə tarixi 1979-cu il), X26(nəvəsi- qeydiyyata götürülmə tarixi 1986-c il), X12(nəvəsi- qeydiyyata götürülmə tarixi-1981-ci il), X13(nəvəsiqeydiyyata götürülmə tarixi-1974-cü il), X19(nəvəsi- qeydiyyata götürülmə tarixi -1984-cü il), Ərizəçi(nəvəsi- qeydiyyata götürülmə tarixi-1976-ci il),X14(nəvəsi- qeydiyyata götürülmə tarixi-1973-cü il), X20(nəvəsi 1988-ci il) İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ №459338 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərxanım Ağabala qızı xx.xx.1990ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxs2ndə ölüm haqqında akt qeydləri kitabında 222 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ № 804685 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Maraqlı şəxs2ndə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 186 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş АЗ saylı 052886 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X10 ilə X4 arasında nikah bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X15, Ərizəçi, X9 atası X16, anası X2r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri 8 saylı notariat ofisində təsdiqlənmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Ərizəçi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 4, ev 67 ünvanında qeydiyyatda olan xx.xx.1990-cı il tarixdə vəfat etmiş Zərxanım Ağabala qızından qalmış miras əmlakı qəbul edir. Miras əmlak torpaq və evdən ibarətdir. Digər vərəsələr aşağıdakəlardır. X23-ölənin nəvəsi, X6-ölənin nəvəsi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş fərdi uçot kartoçkasından görünür ki, X10 oğlunun atası X14, anası Zərxanım Ağabala qızıdır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Həmin Qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Həmin Qərarın 2.3-cü bəndində qeyd eidlmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, həmin sübutlar əsasında Ərizəçi Zərxanım Ağabala qızı ilə qohumluq münasibətinə (oğlu olması) dair hüquqi əhəmiyyəti fakt öz təsdiqini tapması halını əsas götürərək, sadalanan hüquq normalarını rəhbər tutaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 xx.xx.1990-cı il tarixdə vəfat etmiş Zərxanım Ağabala qızının oğlu olması faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə vəfat etmiş X5 xx.xx.1990-cı il tarixdə vəfat etmiş Zərxanım Ağabala qızının oğlu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-2289/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2289/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver