Məhkəmə qərarları › İş №2(002)-23/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-23/2023

06.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-23/2023 06.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan avtomobilin açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" X2 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6611.09 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə yəni 19 avqust 2019-cu il tarixə ödənilməmiş 5153.98 manat faiz borcu, həmin günə hesablanmış 3086.32 manat dəbbə pulu, ümumilikdə 14851.39 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, əmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Sonradan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı Nikoyl” X2 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6601.09 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə yəni 19 avqust 2019-cu il tarixə ödənilməmiş 5153.98 manat faiz borcu, həmin günə hesablanmış 3086.32 manat dəbbə pulu, ümumilikdə 14841.39 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı kimi cavabdehə məxsus 2014cü buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" X2 (Yelo Bank) 6 saylı filialı ilə Cavabdeh arasında 18 avqust 2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1,5., 1,6 və 1.11-ci bəndlərinə əsasən 17 % hesablanmaqla 60 aylıq müddətə cavabdehə 12550 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən kreditin təyinatı 2014-cü il buraxılışlı, “DAEWOO Gentra” markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilin alınması olmuşdur. Müqavilənin 1.4-cü bəndinə əsasən kredit müqaviləsi üzrə bütün öhdəliklərin təminatı 18 avqust 2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş, bu müqavilənin 2.3-cü bəndinə əsasən tərəflərin razılığı ilə 25100 manat məbləğində qiymətləndirilmiş, cavabdehə mülkiyyət hüququ ilə məxsus olan 2014-cü il buraxılışlı, “DAEWOO GENTRE” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilidir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit pul məbləğdə olmaqla 312 manat, ümumilikdə isə 18714 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq tərəflər arasında tərtib edilmiş “ödəniş cədvəli” nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. Cavabdeh tərəfindən Banka sonuncu ödəniş 10 sentyabr 2020-ci il tarixdə 10 manat məbləğində olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 18 avqust 2014-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" X2 (Yelo Bank) 6 saylı filialı ilə Cavabdeh arasında 18 avqust 2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1,5, 1,6 və 1.11-ci bəndlərinə əsasən 17% hesablanmaqla 60 aylıq müddətə cavabdehə 12550 manat məbləğində kredit verməyi öhdəsinə götürmüş və bu məbləği müqavilə bağlanan tarixdə cavabdehin hesabına ödəmişdir. İş materiallarına əlavə olunmuş maliyyə arayışının surətlərindən görünür ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 18 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə 6601.09 manat əsas, 5153.98 manat faiz, 3086.32 manat cərimə borcu vardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 iyun 2021-cü il tarixli, 9/953 saylı ekspert rəyindən görünür ki, 18.08.204-cü il tarixli, 17-A-1-0-878-14 bağlanmış kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq X1 "xxxx" ASC-yə olan borcu - əsas borc üzrə – 6.601.09 manat; - faiz üzrə – 5.153.98 manat; Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 sentyabr 2021-cü il tarixli, 9/6120 saylı ekspert rəyindən görünür ki, 18.08.204-cü il tarixli, 17-A-1-0-878-14 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla X1 müqavilə müddətinə yəni xx.xx.2019-cu il tarixinədək banka olan borcu aşağıdakı kimi müəyyən olunur: - əsas borc üzrə – 6.449.52 manat; - faiz üzrə – 5.036.22 manat; Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh "xxxx" ASC-dən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair İddiaçı ASC qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2014-cü il tarixli, 17-A-1-0-878-14 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan 2014-cü buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobil ipotekaya qoymuşdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, G-05/23-066 saylı məktubunda görünür ki, Cavabdeh məxsus avtomobilinə baxış keçirilməsi mümkün olmadığından qərardad icra olunmadan geri qaytarılmışdır. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan İddiaçı ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, edərək iddiaçı "xxxx" X2 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli, 17-A-1-0- 878-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6449.52 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə yəni 19 avqust 2019-cu il tarixə ödənilməmiş 5036.22 manat faiz borcu, həmin günə hesablanmış 182.52 manat dəbbə pulu, ümumilikdə 11668.26 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulmalı, tutma kreditin təminatı kimi cavabdehə məxsus 2014-cü buraxılışlı, DAEWOO GENTRA markalı **-UZ- *** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilməli, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilməli və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, İddiaçı ASC-nin Cavabdeh tələb etdiyi pul məbləği ilə yuxarıda qeyd edilən ekspert rəyləri arasında əsaslı fərq yarandığından, eləcə də sonuncu, yəni 29 sentyabr 2021-ci il tarixli, 9/6120 saylı ekspert rəyi ilə hesablanmış əsas borc, faiz borcu və cərimə məbləği iddiaçı tərəfindən tələb edilən məbləğə nisbətən daha aşağı məbləğlə hesablanıldığından məhkəmə həmin ekspert rəyi ilə müəyyən edilmiş məbləği əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Nikoyl” X2 (Yelo Bank ASC) 6 saylı filialı ilə Cavabdeh arasında bağlanmış 18 avqust 2014-cü il tarixli 17-A-1-0-878-14 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 6449.52 manat əsas borc, müqavilənin müddətinin başa çatma tarixinə yəni 19 avqust 2019-cu il tarixə ödənilməmiş 5036.22 manat faiz borcu, həmin günə hesablanmış 182.52 manat dəbbə pulu, ümumilikdə 11668.26 manat pul vəsaiti və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdeh Gülmalıyev Əzizağa oğlundan iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulsun. Tutma kreditin təminatı kimi Cavabdeh məxsus 2014-cü buraxılışlı, “DAEWOO GENTRA” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı, XWB5V319DEA591190 ban 0578 mühərrik nömrəli, ağ rəngli avtomobilə yönəldilsin, həmin avtomobil açıq hərracda satış yolu ilə realizə edilsin və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 150 manat ekspertiza xərci Cavabdeh aid edilsin, həmin məbləğ ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar