Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2304/2020 19.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh7 qanuni nümayəndəsi və Cavabdeh5 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh7 qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X3 və Cavabdeh7 qarşı “istifadə hüquqlarının itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4, X2 və Cavabdeh7 ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 5, 47 saylı evinə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 5, 47 saylı ev Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən xx.xx.2020-ci il tarixdə onun adına tam mülkiyyət kimi qeydiyyata alınmışdır. Cavabdelər onun qızı, oğlu, nəvələridirlər. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, mübahisə predmeti olan mənzilin həyat yoldaşı tərəfindən tikildiyini, daha sonra yoldaşı vəfat etdikdən sonra, həmin torpaq sahəsi və ev ona verildiyini, cavabdehlər Cavabdeh5 1977-ci il tarixdən, onun övladlarının doğulduğu vaxtdan, Cavabdeh1 1977-ci il tarixdən həmin mənzildə qeydiyyatda olması halını qəbul etdiyini, cavabdehlərin həmin mənzildə yaşadıqlarını, Cavabdeh3 isə həmin mənzildə yaşamadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və Cavabdeh7 qanuni nümayəndəsi Cavabdeh5 məhkəmə iclasında izahaat verərək, mübahisə predmeti olan yaşayış sahəsinin qardaşına və onun vəfatından sonra iddiaçıya məxsus olması halını qəbul etdiklərini, iddia tələbini qəbul etdiyini, özünün həmin mənzildə 1977-ci il tarixdən, övladlarının isə doğulduqları vaxtdan qeydiyyatda olduqlarını, yaşadıqlarını, hazırda isə həmin mənzildə yaşamadıqlarını, mənzilə dair istifadə hüquqularına xitam verilməsinə razı olduqlarını bildirərək,iddia tələbinin etiraf olunmasına dair yazılı ərziə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul edərək, izahatında mübahisə predmeti olan yaşayış sahəsinin qardaşına və onun vəfatından sonra iddiaçıya məxsus olması halını qəbul etdiklərini, digər Cavabdeh2 və Cavabdeh3 qızı və nəvəsi olduğunu, həmin mənzildə özünün 1977-ci il tarixdən, qızının doğulduğu vaxtdan həmin mənzildə qeydiyyatda olduğunu, qızının həmin mənzildə yaşadığını, nəvəsinin isə həmin mənzildə yaşamadığını, qızının ailə həyatı quraraq, özünün ailəsi olduğunu, başqa yaşayış yerinin olduğunu, mənzilə dair istifadə hüququna xitam verilməsinə razı olduğunu bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh6, Cavabdeh4, digər cavabdeh və Cavabdeh3 qanuni nümayəndəsi Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, cavabdehlərin iddia tələbinin etiraf olunmasına dair yazılı ərizəsini nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Qaradağa rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 47 saylı sahə 0,05 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, bu hüquqxx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materialalrında olan xx xxxxxxxx 2020-ci il tarixli 1043 nömrəli arayışın məzmunundan aydın olur ki, cavabdehlər n görünür ki, cavabdehlər Bakı şəhəri Qaradağa rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 47 saylı evdə qeydiyyatdadırlar. Göründüyü kimi tərəflər arasında mövcud mübahisənin predmeti qismində mənzilə olan istifadə hüququnun itirilməsi ilə bağlı hüquq münasibətləri təşkil edir. Məhkəmə hazırki mülki iş üzrə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri köhnə Mənzil Məcəlləsinin 123cü maddəsinin və Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2 və 217.3-cü maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2 maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşin mübahisəsiz hallarından görünür ki, mübahisə predmeti olan mənzildə cavabdehlər Cavabdeh5 1977-ci il tarixdən, Cavabdeh1 1977-ci il tarixdən, Cavabdeh4 1996-cı il tarixdən, Cavabdeh6 1999-cu il tarixdən, Cavabdeh7 2008-ci il tarixdən mübahisə predmeti olan mənzildə qeydiyyatdadırlar. Bu halda, məhkəmə hesab edir ki, mübahisə predmeti olan mənzilə dair qeyd edilən cavabdehlərlə iddiaçı arasında yaranmış mübahisəli hüquq münasibətləri 2000-ci il tarixədək yarandığından həmin hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 123-cü maddəsi əsasında həll edilməlidir. Digər Cavabdeh3 2018-ci il tarixdən qeydiyyatda olduğundan həmin cavabdehlə iddiaçı arasında hüquq münasibətləri 2000-ci il tarixdən sonrakı dövrdə yarandığından, habelə həmin cavabdehlər iddiaçının ailə üzvi hesab edilmədiyindən həmin münasibətlər məhz Mülki Məcəllənin 228-ci maddəsinin normaları əsasında həll edilməlidir. x xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan qərarına görə yaşayış sahəsinə olan hüquqlarından məhrum edilməsi yalnız iki haldan biri mövcud olduqda: birincisi, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslarla, yəni şəxs daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya daimi yaşamaq üçün həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə və ikincisi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqda mümkündür. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, mülkiyyətçinin ailə üzvi qismində ona məxsus mənzilə hər hansı qeyd-şərtsiz köçürdüyü şəxslərin onunla birlikdə həmin mənzildən istifadə etmək hüququ yaranır. Mülkiyyətçinin ailə üzvləri onun əri (arvadı), valideynləri və uşaqları hesab edilir. Digər şəxslərin mülkiyyətçinin ailə üzvi hesab edilməsi üçün həmin şəxslərin onunla birlikdə yaşayıb, birgə ümumi təsərrüfat aparması şərtlərinin olması tələb edilir. Bundan əlavə mülkiyyətçinin ailə üzvlərinin öz yetkinlik yaşına çatmayan uşaqlarını mülkiyyətçiyə məxsus mənzilə köçürmək hüququna malik olmaqla, həmin şəxslərin də mənzilə dair istifadə hüququ məhz yetkinlik yaşına çatmayan şəxslərin mənzilə köçüb yaşadığı halda yaranır. Həmçinin, qanunvericiliyin qeyd olunan normalarının təhlilindən görünür ki, şəxsin yaşayış sahəsinə olan hüquqlarından məhrum etməsi onun daimi olaraq başqa yaşayış sahəsinə köçdükdə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında deyilir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün aşağıdakı mütləq şərtlərin yerinə yetirilməsi tələb olunur: mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması; həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi; istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması. Belə qaydaların müəyyən edilməsi ondan irəli gəlir ki, «mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmçinin, qeyd olunmuşdur ki, həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən də yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər məhz Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Qanunvericiliyin təhlilindən göründüyü kimi, mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüququna onunla birgə yaşayan ailə üzvləri, yəni əri, arvadı, valideynləri, uşaqları malikdir, digər şəxslərin, həmçinin onunla birgə yaşamayan ailə üzvlərinin belə bir hüquqa malik olması üçün mütləq mənada qanunvericiliklə müəyyən olunmuş qaydada notarial formada təsdiq olunmuş razlaşma və bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli Qəraraına əsasən mülkiyyət hüququ mütləq hüquq deyil və məhdudlaşdırıla bilər. Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi).Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” x xxxxxxx 2013-cü il tarixli Qərarı). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə premeti olan mənzilin iddiaçıya məxsus olması, Cavabdeh5, Cavabdeh1 həmin mənzildə 1977-ci il tarixdən qeydiyyatda olması, Cavabdeh2 1996-cı il tarixdən, X4 1996-cı il tarixdən, Cavabdeh6 1999-cu il tarixdən, Cavabdeh7 2008-ci il tarixdən, Cavabdeh3 2018-ci il tarixdən qeydiyyatda olması hallarını hər iki tərəf təsdiq etməklə qeyd olunan hallar işin mübahisəsiz halları hesab edilir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh5, onun övladları olan Cavabdeh7, Cavabdeh6, Cavabdeh4 Səyvauş oğlu, Cavabdeh1, Cavabdeh2 mübahisə predmeti olan mənzildə köçüb yaşamışlar. Qeyd olunan faktı tərəflər təsdiq etməklə, həmin hallar da işin mübahisəsiz halı hesab edilir. Deməli, köhnə mənzil qanunvericiliyinin tələblərinə əsasən qeyd olunan cavabdehlərin mübahisə predmeti olan mənzilə dair istifadə hüququnun mövcudluğu işin mübahisəsiz halıdır. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia tələbi üzrə araşdırılmalı olan hal qeyd olunan cavabdehlərin mübahisə premeti olan mənzili daimi olaraq tək edib-etməməsi halının müəyyən edilməsidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh5 özünün və onun övladları Cavabdeh7, X7, Cavabdeh6, Cavabdeh1 mübahisə predmeti olan mənzilə dair istifadə hüquqlarına xitam verilməsinə razıdırlar, habelə iddia tələbinin etiraf olunmasına dair yazılı ərizə məhkəməyə təqdim etmişlər. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 Cavabdeh5 övladları olmaqla, onunla birlikdə yaşayırlar və mübahisə predmeti olan yaşayış sahəsini daimi tərk edərək, həmin mənzildə yaşamırlar. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, Cavabdeh2 digər Cavabdeh1 övladı olmalqa, ailə həyatı quraraq mübahisə predmeti olan mənzili daimi tərk etmiş, həmin mənzildə yaşamır. Bu halda, məhkəmə mənzil qanunvericiliyinin normalarının tələblərini rəhbər tutaraq, Cavabdeh7 qanuni nümayəndəsi və Cavabdeh5 və Cavabdeh1 iddia tələbinin etiraf olunmasına dair yazılı əzriələrini əsas götürərək, habelə qeyd olunan cavabdehlərin mübahisə predmeti olan yaşayış sahəsini daimi tərk etməsi hallarının aşkar olması faktını nəzərə alaraq, hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7 Səyvauş qızı, Cavabdeh1 Səyavuş qızının və Cavabdeh2 aid olan hissədə əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə iddia tələbinin Mirzəyeva X6 Sevər Aqil qızının mübahsiə predmeti olan mənzilə dair istifadə hüququnun itirilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki,məhkəmə araşıdrması zmanaı tərəflərin verdiyi izahatından aydın olur ki, Cavabdeh3 Cavabdeh2 övladı olmaqla, onunla birlikdə yaşayır, mübahisə predmeti olan mənzildə ümumiyyətlə yaşamamış, sadəcə formal olaraq həmin mənzildə qeydiyyatda olmuşdur. Göründüyü kimi, qeyd olunan cavabdeh iddiaçının ailə üzvi hesab edilmir. Həmçinin, məhkəmə araşdırması zamanı cavabdehin qanuni nümayəndəsi ilə iddiaçı arasında mübahisə predmeti olan mənzilə dair notarial qaydada təsdiq olunmuş hər hansı razılaşmanın olması və bu hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmasına dair heç bir hal aşkar edilməmişdir. Deməli, qedy olunan cavabdehin mübahisə predemti olan mənzilə dair istifadə hüquqları yaranmamışdır. Bu halda, məhkəmə Cavabdeh3 qanuni nümayəndəsi olan Cavabdeh2 mübahisə predmeti olan mənzili daimi tərk etməsi halının, habelə bu əsasla onun həmin mənzilə dair istifadə hüququnun itirilməsi halının müəyyən edildiyini, onun həmin mənzilə dair istifadə hüququnun yaranmaması halını əsas götürərək, hesab edir ki, iddia tələbi Cavabdeh3 aid olan hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, X10 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2006-cı il tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, cavabdehlərin iddia tələbinin etiraf olunmasına dair yazılı ərizəsini əsas götürərək, mənzil və mülki qanunvericiliyinin qeyd olunan normalarını rəhbər tutaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 47 saylı yaşayış sahəsinə dair istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə rəddd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə adi edilsin. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh7, Cavabdeh6, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 iddiaçıya məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 47 saylı yaşayış sahəsinə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid eidlməlidir.. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2304/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2304/2020
19.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver