Məhkəmə qərarları › İş №2(002)-2326/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2326/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2326/2020 28.09.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi imza və yazıların onun təərfindən icra olunub-olunmaması faktının araşdırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi imza və yazıların onun təərfindən icra olunub-olunmaması faktının araşdırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəməyə təqdim edilmiş “xxxxxxxxxx” MTK-nin alqı-satqı müqavilələrində, maliyyə arayışlarında, kassa-mədaxil orderindəki imzaların, rəqəmlərin, yazıların onun Ərizəçi tərəfindən icra olunub-olunmamamsı faktının müəyyən edilməsi üçün məhkəmə xətşünaslıq ekspertizasının keçirilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə; 152.1.6-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 149.2-ci, 149.2.2-ci, 149.2.3-cü, 149.2.4-cü maddələrinə əsasənişdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. İddia ərizəsi və ona əlavə eidlmiş sənədlərdən görünür ki, ərizəçi iddia ərizəsində maraqlı şəxsə dair heç bir məlumat qeyd etməmiş, habelə ərizəçinin müvafiq ərizədə qeyd olunmuş tələbi müvafiq məhkəmə ekspertizasının keçirilməsindən ibarət olmuşdur. Göründüyü kimi, ərizəçinin müvafiq ərizədə kiməsə qarşı yönələn hər hansı tələbi olmamışdır. ərizəçinin tələbi yalnız müvafiq ekspertzianın keçiirlməsi ilə bağlı olmuşdur ki, mülki prosessual qnaunvericliyin tələbinə əsasən müvafiq ekspertiza mülki iş üzrə zəruri olduğu halda tərəflərin və ya məhkəmənin özünün təşəbbüsü ilə təyin edilir. Həmçinin, mülki prosessual qanunvercilliyin tələbinə əsasən məhkəmə ekspertizası işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək məqsədilə müvafiq məhkəmə qərarı əsasında təyin edilir, habelə müvafiq ekspertizanın nəticəsi olan ekspert rəyi sübut qismində çıxış etməklə, iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu halda qiymətləndirilir. Odur ki, məhkəmə hesab edir ki, hazırki halda ərizəçinin müvafiq ərizəsində maraqlı şəxsə dair məlumatlar və ona yönələn tələb qeyd olunmadığından, müvafiq ərizə mülki prosessual qnaunvericiliklə müəyyən edilmiş iddia ərziəsinin forma və məzmun tələblərinə riayət edilmədən tərtib edildiyindən, ərizə ona əlavə eidlmiş sənədlərlə bilrikdə ərizəçiyə geri qaytarılmalıdır. Bundan əlavə, məhkəmə aşağıda qeyd olunan hüquq normalarının ərizəçinin diqqətinə çatdırılmaısnı zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir Həmin Məcəllənin 306.2-ci maddaəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 306.4-cü maddəsinə əsasən xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 13-cu bəndinə əsasən məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.11-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilib-edilməməsi sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, qeyd olunan halları əsas götürərək, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən hazırki iş üzrə mülki prosesussal qanunvericiliklə müəyyən olunmuş iddia ərizəsinin forma və məzmuna dair tələblərinə riayət olunmadığından, hazırki iş üzrə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı, həmçinin, ərizəçiyə iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149, 150, 152.1.5, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi imza və yazıların onun təərfindən icra olunub-olunmaması faktının araşdırılması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar