Məhkəmə qərarları › İş №2(002)-2336/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2336/2021

12.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2336/2021 12.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən olunması tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, 03.05.2017-ci ildə anadan olmuş X1 doğum faktının müəyyən edilməsi, 03.05.2017-ci ildə anadan olmuş X2 adının “Kövsər”, soyadının “Məmmədli”, ata adının “Tural”, doğum yerinin “Suriya”, atasının “X6”, milliyətinin azərbaycanlı, anasının “Ərizəçi”, milliyətinin azərbaycanlı olduğu qeyd edilməklə həmin uşağın adına doğum haqqında şəhadətnamənin verilməsinin Qardağ rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi izahat verərək bildirdi ki, o, X6 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 27.09.2012-ci il təvəllüdlü Səlim və 15.08.2014-cü il təvəllüdlü Burhan adlı iki uşaqları doğulmuşdur. Sonradan ailəlikcə 2014-cü ilin sonunda Suriya Ərəb Respublikasına köçmüşlər. Bundan sonra 03.05.2017-ci il tarixdə Suriyada Kövsər adlı uşaqları doğulmuşdur. Həyat yoldaşı Tural Suriyada əsir düşmüş, o isə uşaqları ilə birlikdə X15 Cəmiyyətinin köməyi ilə Azərbaycan Respublikasına gətirilmişdir. Hazırda Suriyada doğulmuş uşağının doğum sənədi olmadığına görə uşaqla bağlı hər hansı sənədləşmə apara bilmir. Hal-hazırda uşaq sağ-salamatdır və onunla birlikdə yaşayır. Hazırda o, uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbədən ona məhkəməyə müraciət etməsini tövsiyə etmişlər. Odur ki, məcburiyyət qarşısında qalaraq ərizə ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, ərizəyə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, ərizəçi onun gəlinidir. Oğlu Tural Ərizəçi və uşaqları ilə 2014-cü ilin sonunda Suriyaya köçmüşdür. Yaxın qohumluq əlaqələri olduğu üçün dəqiq bilir ki, Yasəmənin onun oğlu Turaldan 03.05.2017-ci ildə Kövsər adlı bir uşağı doğulmuşdur. Uşaq hazırda ərizəçinin yanında yaşayır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçi onun gəlinidir. Oğlu Tural Ərizəçi və uşaqları ilə 2014-cü ilin sonunda Suriyaya köçmüşdür. Yaxın qohumluq əlaqələri olduğu üçün dəqiq bilir ki, Yasəmənin onun oğlu Turaldan 03.05.2017-ci ildə Kövsər adlı bir uşağı doğulmuşdur. Uşaq hazırda ərizəçinin yanında yaşayır. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 753/69 saylı nikah haqqında arayışdan görünür ki, X6 ilə X4 15 oktyabr 2011-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. Nikahları Maraqlı şəxs tərəfindən rəsmiləşdirilmişdir İş materiallarında olan AZ-T seriyalı, 157987 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 27.09.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məmmədli Səlimin atası X6, anası Ərizəçidır, valideynləri azərbaycanlıdır. İş materiallarında olan AZ-T seriyalı, 157988 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 15.08.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məmmədli Burhanın atası X6, anası Ərizəçidır, valideynləri azərbaycanlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, uşağın anadan mənşəyi (analıq) tibb müəssisəsində ananın uşağı doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda isə tibb sənədləri, şahid ifadələri və ya digər sübutlar əsasında müəyyən olunur. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 4.3cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq belə qənaətə gəlir ki, 03 may 2017-ci il tarixdə Suriyada anadan olmuş X1 adının “Kövsər”, soyadının “Məmmədli”, atasının “X6”, milliyyətinin azərbaycanlı, anasının “Ərizəçi”, milliyyətinin azərbaycanlı olduğu müəyyən edilir, ona görə də ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı – X1 03 may 2017-ci il tarixdə anadan olması faktı müəyyən edilsin. 03 may 2017-ci il tarixdə anadan olmuş X1 adının “Kövsər”, soyadının “Məmmədli”, ata adının “Tural”, doğum yerinin “Suriya”, atasının “X6”, milliyyətinin azərbaycanlı, anasının “Ərizəçi”, milliyyətinin azərbaycanlı olduğu qeyd edilməklə həmin uşağın adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar