Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2336/2024 01.11.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X34 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan olunması» barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi İşin halları
1. X13 ilə X6 xx.xx.2009-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 500357 nömrəli nikah haqqında şəhadətnamə). Birgə nikahlarından dörd övladları doğulmuşdur: xx.xx.2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X18. (Bakı şəhər Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İİ 518803, xx.xx.2013-cü il tarixli AZ-İİİ 193808, xx.xx.2020-ci il tarixli AZ-İV 508122 və xx.xx.2017ci il tarixli AZ-İİ 783286 nömrəli doğum haqqında şəhadətnamələr.
2. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2019-cu il tarixli 162 №-li sərəncamına əsasən, vətəndaş Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X25 üzərində qəyyum təyin edilmiş, azyaşlı X15 qəyyumluq müddəti həddi-buluğa çatanadək müəyyənləşdirilmişdir
3. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısı xx.xx.2020-ci il tarixli 52 №-li sərəncamına əsasən, vətəndaş Ərizəçi xx.xx.2010-cu il təvəllüdlü X23, xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir.
4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(002)-1329/2020 saylı qətnaməsinə əsasən, 29 iyul 2015-ci il təvəllüdlü cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilmiş, uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şahədətnamədə uşağın soyadı Balayeva, adı Fatimə, ata adı Bəylər, doğum tarixi 29 iyul 2015-ci il, doğulduğu yer İraq, ata qrafasında atasının adı X13, ana qrafasında anasının adı X11, milliyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin xx.xx.2024-cü il tarixli 3- 39/2-24/5-2813/2024 saylı məktubuna əsasən, xx.xx.1982-ci il təvəllüdlü, AR vətəndaşı X13 xx.xx.2015-ci il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır.
6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, xx.xx.1982-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuş X13 Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstemist fəaliyyətlə məşğul olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6183/2018 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir. B.Ə.Balayevin ölmüş hesab edilməsi və ya itkin düşmüş hesab edilməsi ilə bağlı tərəfindən hər hansı bir məhkəməyə müraciət olunmamışdır.
7. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli 3-38-/33-2878/24 saylı məktubuna əsasən, xx.xx.1982-ci il təvəllüdlü X2 dəfə dövlət sərhəddindən hərəkəti xx.xx.2015-ci il tarixdə çıxış olmuşdur.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-6/2-7936/24 saylı məktubuna əsasən, xx.xx.1982-ci il təvəllüdlü X13 xx.xx.2015-ci il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Ölkə hüdudlarında kənarda qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etdiyinə görə Bəylər Balayevin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmişdir. X40 Respublikası ərazisində hərbi əməliyyatlarda öldürülməsi barədə əməliyyat məlumatı daxil olmamışdır.
9. Azərbaycan Respublikasının Baş Prokurorluğunun 2-2/07105-1111 nömrəli məktubuna əsasən, xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuş X13 barəsində dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında Suriya Ərəb Respublikasında və İraq Respublikasında aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində toplanılmış materiallar əsasında 2018-ci il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirilməsi ilə əlaqədar qətnamə qəbul edilmişdir. X21 Xidmətində həmin şəxsin Suriya və İraq ərazilərində aparılan silahlı münaqişələrdə həlak olmasını təsdiq edən hər hansı məlumat və sənədlər mövcud deyildir. İddia tələbi
10. Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə məhkəməyə müraciət edərək qəyyumluğu altında olan nəvələri-xx.xx.2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X10 ataları, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş X8 2016-cı il avqust 8-də İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Ərizə bununla əsaslandırılmışdır ki, qızı X6 01 avqust 2009-cu il tarixdə X13 ilə rəsmi nikaha girməklə evlənmişdir və bu nikahdan üç övladları-16 avqust 2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29 və 17 sentyabr 2013-cü il təvəllüdlü X24 anadan olmuşdur. Qızı Tünzalə əri Balayev Bəylər və 3 uşağı ilə birlikdə təxminən 2015-ci il may ayının 30-da Suriya Respublikasına keçmiş, ordanda İraq Respublikasına getmişdir. Qızının əri İraqda İŞİD Terror təşkilatına qoşulmuşdur. Onların onlarla əlaqəsi olmamışdır. Sonralar bir neçə dəfə qızı və əri onlarla əlaqə saxlayaraq İraqda yaşadıqları müddətdə-yəni xx.xx.2015-ci ildə Fatimə adlı bir övladlarının olmasını bildirmişdir. Bundan sonra onlar haqqında məlumat almaq üçün “Qızıl Xac” cəmiyyətinə müraciət etmiş və onlar tərəfdən axtarış edilmişdir. Həmin Cəmiyyət tərəfindən onlara bildirmişlər ki, həqiqətən da qızının əri X13 2016-cı il 8 iyul tarixində İraqda döyüşlər zamanı həlak olmuşdur, qızı Tünzalə isə hazırda həbsxanadadır. 2019-cu ilin dekabr ayında nəvəsi xx.xx.2011-ci il təvəllüdlü X29 Azərbaycan Dövlətinin köməkliyi ilə İraqdan Azərbaycana gətirilmiş və ona təhvil verilmişdir. 2020-ci ilin mart ayında isə 16 avqust 2010-cu il təvəllüdlü X23, 17 sentyabr 2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X5 Azərbaycana gətirilərək ona təhvil verilmişdir. Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 162 nömrəli 13 dekabr 2019-cu il tarixli sərəncamı ilə o xx.xx.2011-ci il təvəllüdlü nəvəsi X33mm üzərində qəyyum təyin edilmişdir. Bundan başqa Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 52 nömrəli 16 mart 2020-ci il tarixli sərəncamı ilə o Ərizəçi 16 avqust 2010- cu il təvəllüdlü X23, 17 sentyabr 2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X10 üzərində qəyyum təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin 2(002)-1329/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə, onun «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilərək, 29 iyul 2015-ci il təvəllüdlü cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilməsi; uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadının Balayeva, adının Fatimə, ata adının Bəylər, doğum tarixinin 29 iyul 2015-ci il, doğulduğu yerin İraq, ata qrafasmda atasının adının X13, ana qrafasında anasının adının X11, milliyyəti qrafasmında “azərbaycanlı” kimi qeyd edilməsi; Qətnamənin uşağın adma doğum haqqında şəhadətnamə verilməsi üçün əsas olması qət edilmişdir. X1 övladları 16 avqust 2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29, 17 sentyabr 2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X18 onun himayəsidədirlər və onların bütün maddi və mənəvi tələbatlarını o qarşılayır. Uşaqların dördü də məktəbə gedir və onların təhsil xərcləri də onun üzərimdədir. Lakin maddi imkansızlıq ucbatından uşaqların tələbatını qarşılaya bilmir. Belə ki, özü və əri X9 təqaüdçüdürlər və qocalıq müavinəti alırlar. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşma çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin qəyyumluğu altında olan nəvələrinin ataları X8 ölməsini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itirməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, qəyyumluğu altında olan nəvələri-16 avqust 2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29, 17 sentyabr 2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X10 ataları, X8 2016-cı il avqust 8-də İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
12. Ərizənin hüququ əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2 və 38, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1 və 44 və Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddələrinə istinad etmişdir.
13. İddia tələbinə yazılı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Ərizəçi məhkəmə baxış iclasında ərizəni müdafiə edərək qızı və həyat yoldaşı İraqda yaşayıblar. Onların uşaqları orada doğulub. Qızı, yəni uşaqların anasə hazırda Bağdad şəhərindədir. Nəvələri üzərində onun qəyyumluğu müəyyən edilmişdir, hazırda uşaqların saxlanmasında çətinlik çəkit. Uşaqların nə atası nə anası var. Bu səbəbdən, uşaqların atalarının ölümünə görə müavinət əldə etmək üçün ona ölmüş elan etmə barədə ərizə ilə müraciət etməli olmuşdur. X31 gedən döyüşlərdə həlak olması barədə onlara şifahi məlumat verilmişdir. Bu məlumatı onun qızı, Bəylərin həyat yoldaşı telefon vasitəsilə onlara bildirmişdir. X28 da hazırda Bağdaddadır. Odur ki, ərizənin təmin edilməsini xahiş edir.
15. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Prosesin digər iştirakçılarının ifadələri
16. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək Ərizəçi gəlini olduğunu, X8 ərizəçinin kürəkəni olduğunu, 2016-cı ildə evə telefon zənginin gəldiyini, baldızı Tünzalənin onlara zəng edərək X35 gedən döyüşlərdə öldürüldüyünü bildirdiyini, həmin vaxtdan bu yana Balayev Bəylərdən xəbərlərinin olmadığını, Tünzalə ilə Bəylərin dörd uşağının ərizəçinin himayəsində qaldıqlarını və ərizəçinin yaşlı qadın olaraq həmin uşaqlara baxmaqda çox çətinlik çəkdiyini bildirdi.
17. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək Ərizəçi oğlu olduğunu, barəsində ərizə verilən şəxsin onun bacısı Tünzalənin əri olduğunu, bacısının da Bağdadda olduğunu, 2016-cı ildə bacısı Tünzalənin onlara zəng edərək X35 gedən döyüşlərdə öldürüldüyünü bildirdiyini, 2016-cı ildən bu günə qədər Balayev Bəylərdən xəbərlərinin olmadığını bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
18. 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
19. 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
20. 41.4-cü maddəsinə görə, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
21. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
22. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.
23. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;
24. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
26. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
28. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
29. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
31. 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər.
32. 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər.
33. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
34. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
35. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir.
36. 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır.
37. 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır.
38. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”:
39. 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbayan Respublikası Ailə Məcəlləsinin 194.2ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazilriyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun qərarı:
40. 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Əsaslandırma
41. İddia əsaslıdır.
42. Belə ki, işə əlavə edilmiş sənədlər əsasında təsdiq olunur ki, barəsində hüquqi faktın müəyyən edilməsi tələb edilən şəxs – X13 ərizəçinin qızının əri olmuşdur. xx.xx.1982-ci il təvəllüdlü X13 xx.xx.2015-ci il tarixdə Azərbaycanı tərk etməsi və bugünədək geri qayıtmaması barədə məhkəmə araşdırması zamanı sübut edilmişdir.
43. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.1982-ci il təvəllüdlü X4 və İraq ərazisində gedən döyüşlərdə iştirak etməsi ilə bağlı olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)-6183/2018 nömrəli qətnaməsi ilə Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir.
44. Göründüyü kimi, X8 ölümü ilə bağlı bir məlumat aşkar edilməsə də, onun 2015-ci il tarixdən ölkəni tərk edib qayıtmaması, eləcə də, dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında Suriya Ərəb Respublikasında və İraq Respublikasında aparılan silahlı münaqişələrdə iştirak etməsi ilə bağlı dövlət orqanlarında materialların toplanması barədə sübutlar məhkəmə araşrıması nəticəsində əldə edilmişdir.
45. Ona görə də, məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərini işin qeyd olunan hallarına tətbiq edərək, X8 yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmamasını, onun sonuncu dəfə 2016-cı il tarixdə ölməsi barədə məlumat almaları barədə şahidlərin və ərizəçinin ifadələrini, habelə o, ölüm təhlükəsi törədən şəraitdə həlak olduğunu güman etməyə əsas verən halların (dini ekstremist fəaliyyət göstərilən döyüşlərdə iştirak etməsi) hazırkı işdə mövcud olmasını nəzərə alıb hesab edir ki, ərizə əsaslı olmaqla təmin edilməldir. Nəticə
46. İş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Ərizəçi yeznəsi xx.xx.1982-ci il tarixdə Bakı şəhərində anadan olmuş X13 ölmüş elan edilməlidir.
47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçinin qəyyumluğu altında olan nəvələri-xx.xx.2010-cu il təvəllüdlü X23, xx.xx.2011-ci il təvəllüdlü X29, xx.xx.2013-cü il təvəllüdlü X24 və xx.xx.2015-ci il təvəllüdlü X10 ataları, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş X13 ölmüş elan edilsin. Bu qətnamə qanuni qüvvəyə mindiyi gün X8 ölüm günü hesab edilsin. Qətnamə müvafiq qeydiyyat şöbəsi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova