Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2348/2021 17.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X16 qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17.02.2015-ci il ildə və 03.03.2016-cı ildə doğulmuş cinsi qız olan və 16.07.2018-ci il tarixli cinsi oğlan olan üç uşağın doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməsi və uşaqlara yeni doğum haqqında şəhadətnamə verilməsi, barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 11.05.2013-cü ildə X7 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan 02.03.2014-cü ildə Mücahid adlı oğulları doğulmuşdur. Sonradan onlar 2015-ci ilin əvvəllərində ailəlikcə Suriya Respublikasına keçmişlər. Bundan sonra onların orada 17.02.2015-ci ildə Rayyen, 03.03.2016-cı ildə Mərcan və 16.07.2018-ci ildə Abdulla adlı 3 uşaqları doğulmuşdur. Əri Suriyada ölldüyünə görə o və uşaqları “Qızıl Xac” cəmiyyətinin köməkliyi ilə Azərbaycan Respublikasına gətirilmişlər. Hazırda Suriyada doğulmuş uşaqları doğum sənədi olmadığına görə uşaqların hər hansı sənədləşməsini ,apara bilmir. Onlara şəxsiyyət vəsiqəsi alınması üçün də doğum qeydi lazımdır. Uşaqlara doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşaqların doğumunu qeydə almaqdan imtina etmişlər. Uşaqların doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, uşaqların onun himayəsində olduğunu, 4 uşaq olduğunu, onlardan birinin doğum haqqında şəhadətnaməsini olduğunu, digər, əri ilə rəsmi nikhada olduğunu, uşaqların doğum yerinin Suriya Respublikası olduğunu, uşaqlarının doğum tarixlərinin, birinin 17.02.2015-ci il Rayyən, 03.03.2016-ci il Mərcan, 16.07.2018-ci il Abdullah olduğunu, uşaqların adına doğum haqqında şəhadətnamə ala bilmədiyini, bu sənədin isə uşaqların bağçaya, məktəbə getməsi üçün zəruri olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək, öz ifadəsində ərizəçinin onların gəlini olduğunu, hazırda onlar hamısı birlikdə yaşadıqlarını, qardaşı ilə onun 4 uşağının olduğunu, bir uşağının burada doğulduğunu, onun adına doğum haqqında şəhadətnamə olduğunu, qardaş ilə gəlinlərinin rəsmi nikahda olduqlarını, qardaşının orada qaldığını, verilən məlumata görə vəfat etdiyini, rəsmi heç bir məlumatlarının olmadığını bildirdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 15.07.2021-ci il tarixli 05/Q-1022/15 saylı məktubundan görünür ki, ərizəçi doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan nikah haqqında akt qeydinin məzmunundan görünür ki, X7 və X10 11 may 2021ci ildə Maraqlı şəxsndə 441 №-li akt qeydi ilə rəsmi nikah bağlamışlar.Nikah bağlandıqdan sonra arvada Güleymanova , ərə Güleymanov soyadı verilmişdir. İş materiallarında olan AZ-T № 167646 nömrəli doğum haqqında şəhadətnamənin məzmunundan görünür ki, X5 02.03.2014-cü ldə Bakı şəhərində doğulmuşdur. X1 , anası Ərizəçidır. İş materiallarında olan № AA ******* seriyalı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin məzmunundan görünür ki, Ərizəçi xx.xx.1990-cı ildə Azərbaycanda doğulmuşdur. İş materiallarında olan № AA 020183 seriyalı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin məzmunundan görünür ki, Güleymanova Rayyen 17.02.2015-ci ildə Suriyada doğulmuşdur. İş materiallarında olan № AA 020183 seriyalı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin məzmunundan görünür ki, Güleymanov Abdullah 16.07.2018-ci ildə Suriyada doğulmuşdur. İş materiallarında olan № AA ******* seriyalı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin məzmunundan görünür ki, Güleymanova Mercan 03.03.2016-cı ildə Suriyada doğulmuşdur. İş materiallarında olan № AA 0201 seriyalı Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin məzmunundan görünür ki, X5 02.03.2014-cü ildə Azərbaycanda doğulmuşdur. İş materiallarında olan SXA ƏOş PRM-in 16 İyun 2021-ci il tarixli aktının məzmunundan görünür ki, X5, X6, X4, Güleymanova Rayyen Murad qızı sosial-psixoloji qiymətləndirilmiş müayinələr aparılaraq 16.06.2021ci il tarixdə Qaradağ Rayon Qobustan qəsəbəsində Toraqay 8 m 2-də yaşayan ana babası X2-salamat təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır;-ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Ərizəçi uşaqların doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi uşaqların doğum faktının müəyyən edilməsi və onların adına doğum haqqında şəhadətnamənin verilməsinin uşaqların bağçaya, məktəbə getməsi, habelə onların təhsil, sağlamlıq və sair hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Güleymanova Rayyən 17.02.2015-ci il tarixdə Suriyada, Güleymanov Abdullah 16.07.2018ci il tarixdə Suriyada, Güleymanova Mərcan 03.03.2016-cı il tarixdə Suriyada anadan olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatından aydın olur ki, onunla X3 11 may 2013-cu il tarixdən rəsmi nikahda olmaqla, həmin nikahdan 4 övladarı-iki qızı, iki oğlu anadan olmuşdur, digər bir övladının doğum haqqında şəhadətnaməsi vardır, digər üç uşaqların isə yoxdur. Bundan başqa qeyd olunan məlumatlar məhkəmədə tədqiq olunmuş ərizəçinin izahatı, şahid ifadəsi və digər mötəbər sübutlar (nikah və doğum haqqında şəhadətnamə) əsasında da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, uşağın üstün maraq və mənafeyini rəhbər tutaraq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 17.02.2015-ci il təvəllüdlü cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Güleymanova, adı Rayyən, ata adı Murad, doğum tarixi 17.02.2015-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X7, ana qrafasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. 03.03.2016-cı il təvəllüdlü cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Güleymanova, adı Mərcan, ata adı Murad, doğum tarixi 03.03.2016-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X7, ana qrafasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. 16.07.2018-ci il təvəllüdlü cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Güleymanov, adı Abdullah, ata adı Murad, doğum tarixi 16.07.2018-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X7, ana qrafasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə uşaqların adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2348/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2348/2021
17.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver