Məhkəmə qərarları › İş №2(002)-2362/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2362/2024

28.06.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2362/2024 28.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı Cavabdeh1 qarşı əmək mübahisələri üzrə işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi, işəgötürən tərəfindən ona dəymiş maddi ziyanın və mənəvi zərərin tutulması, şərəf və ləyaqətin alçaldılmasına görə təzminat tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı əmək mübahisələri üzrə işə bərpa, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi, işəgötürən tərəfindən ona dəymiş maddi ziyanın və mənəvi zərərin tutulması, şərəf və ləyaqətin alçaldılmasına görə təzminat tələbinə dair iddia ərizəsi məhkəmə müraciət etmişdir Ərizəsini nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun verilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forması və məzmunu təsbit olunmuşdur: 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir k, iddia ərizəsində tələbi aydın göstərilməmişdir, belə ki, iddiaçı cavabdehdən maddi ziyan, mənəvi zərər və təzminat tələb etdiyi halda heç bir məbləğ qeyd olunmamaışdır. Ümumiyyətlə, iddiaçı iddia ərizəsinin “xahiş etdi” hissəsində cavabdehə qarşı tələblərini konkret və aydın şəkildə qeyd etməmişdir. Həmçinin iddia ərizəsinə əlavə edilmiş mediasiya prosesində tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər arasında iddiaçının əmək müqaviləsinə xitam verilmə əsasının dəyişdirilməsinə dair barışıq müqaviləsi bağlanılaraq razılıq əldə olunmuşdur. Lakin hazırda iddia ərizəsindən göründüyü kimi, iddiaçı cavabdehdən işə bərpa olunmasını, boş dayanmaya görə əmək haqının ödənilməsini, maddi ziyan, mənəvi zərər və şərəf və ləyaqətinin təhqir olunmasına görə təzminat ödənilməsi tələb edir, hansı ki, iddia ərizəsinə əlavə edilmiş mediasiya prosesində bağlanmış barışıq sazişində bu predmetlərin heç birinə münasibət bildirilməmişdir, deməli, iddiaçının hazırki iddia ərizəsində qeyd etdiyi tələblər mediasiya prosesinin predmeti olmamışdır. Beləliklə, məhkəmə qeyd ki, iddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan tələblərin- mübahisənin mediasiya prosesində həllinə dair mediasiya şurasına müraciət edilməmiş və bu səbəbdən də hazırki mülki iş üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməsinin nəticəsinə dair müvafiq arayış və ya müvafiq protokol iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-cı maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarırır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə əsasən mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında və ya bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməklə həyata keçirilir. Beləliklə, yuxarida qeyd olunana halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin tələbini aydın və konkret qeyd etməməklə, mülki prosessual qanunvericiliyin iddia ərizəsi ilə bağlı tələblərinə riayət olunmadığına və həmçinin, mediasiya prosesində iştirakına dair arayış təqdim edilmədiyinə görə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 152.1.5, 152.1.7, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh1 qarşı əmək mübahisələri üzrə işəbərpa, məcburi işburaxma müddətinə görə əmək haqının ödənilməsi, işəgötürən tərəfindən ona dəymiş maddi ziyanın və mənəvi zərərin, şərəf və ləyaqətin alçaldılmasına görə təzminatın tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etməyə mane olmur Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar