Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2392/2025 21.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçılar İddiaçı1 (eləcə də İddiaçı2 nümayəndəsi), İddiaçı2 və İddiaçı3, İddiaçı1 vəkili Vəkil2 Abbasqulu oğlunun, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk iddia ərizəsi; Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 qarşı «paylı mülkiyyətə kompensasiya verilməsi yolu ilə xitam verilməsi və həmin mənzil üzərində tam mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-28/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə iddiaçı Cavabdeh vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilmiş, bu qətnamə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə münasibətdə Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna Cavabdeh üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunmuş, İddiaçı1 cavabdehlər X8, Cavabdeh, X1, X3, İddiaçı2, İddiaçı3, X7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə İddiaçı2, İddiaçı3 və X6 hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla İddiaçı1 həmin mənzilə 1/16 hissədə məcburi payı müəyyən edilmiş, bu qətnamə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə münasibətdə Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna İddiaçı1 üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunmuşdur. Həmin qətnaməyə əsasən iddiaçılar çıxarış almışlar, iddiaçıların həmin mənzildə 1/16 hissədə payları vardır və paylı mülkiyyətçidirlər. İddiaçı1 həmin mənzildə yaşamışdır. Lakin cavabdeh İddiaçı1 döyərək mübahisəli mənzildən çıxarmış, habelə mənzilin açarlarını dəyişərək paylı mülkiyyətdə olan mənzildə yaşamağa imkan vermir. İddiaçı1 hazırda kirayədə yaşayır və yaşamağa başqa yeri yoxdur. Bundan əlavə digər iddiaçılar olaraq onlar İddiaçı2 və İddiaçı3 da mülkiyyət hüququ əsasında onlara məxsus olan mənzildə yaşaya bilmirlər. Bununla bağlı iddiaçılar dəfələrlə polis orqanlarına müraciət etsələr də, işin mülki xarakterli olduğundan onlara məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 qarşı «paylı mülkiyyətə kompensasiya verilməsi yolu ilə paylı mülkiyyətə xitam verilməsi, kompensasiyanın ödənilməsinə 10 il müddətə möhlət verilməsi və həmin mənzil üzərində tam mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 hər birinin 1/16 hissədə paylı mülkiyyətinə kompensasiya ödənilməklə xitam verilməsi, kompensasiyanın ödənilməsinə 10 ilədək müddətə möhlət verilməsi və həmin mənzil üzərində onun tam mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 hər birinin 1/16 hissədə paylı mülkiyyətinə hər birinə 5.768 manat kompensasiya ödənilməklə xitam verilməsi və həmin mənzil üzərində onun tam mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh atası X10 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun 8 (səkkiz) övladı birinci növbə vərəsələri kimi tanınmışdır. X15 harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, ölən günədək ona məxsus olan bütün əmlakını, o cümlədən Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzili xx.xx.2017-ci il tarixli vəsiyyətnaməyə əsasən oğlu Cavabdeh vəsiyyət etmişdir. Vərəsələr arasında miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisə olduğu üçün məhkməyə müraciət edilmiş və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-28/2024 saylı qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə Cavabdeh vəsiyyətnamə və məcburi pay üzrə miras amlak payı 12/16 hissə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 hər birinin məcburi payı 1/16 hissə müəyyən edilmişdir. Hazırki mübahisəyə münasibətdə cavabdehlərə 1/16 hissədə payın verilməsi iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla yanaşı, cavabdehlər üçün də əlverişsiz şəraitin yaranmasına səbəb olmuşdur. Nəzərə alınsa ki, cavabdehlərin hər birinə çox kiçik bir həcmdə pay verilmişdir, bu zaman həmin payın faktiki bölgüsü zamanı da cavabdehlər üçün xeyli çətinlik yaranacaqdır. Belə ki, cavabdehlərə məxsus 1/16 hissədə pay mənzilin heç bir otağını belə əhatə etmir və mənzildə bu paya uyğun gələn müstəqil şəkildə istifadə oluna biləcək bir sahə yoxdur. Buna görə də, iddiaçıların orada yaşamaq hüququ faktiki olaraq həyata keçirilə bilməyəcəkdir. Qaradağ rayon MKTB 109 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 259 saylı arayışa əsasən müəyyən olunur ki, Cavabdeh 1992-ci ildən hal-hazıradək Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilində qeydiyyatda olmaqla yaşayır. Həmçinin həmin MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 258 saylı arayışa əsasən müəyyən olunur ki, X10 1992-ci il tarixdən Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilində qeydiyyatda olmuş və vəfat edənə kimi həmin ünvanda yaşamışdır. İş materiallarına əlavə edilmiş müvafiq arayışlarla təsdiq olunur ki, iddiaçı Cavabdeh atası İdris Atakişiyevlə uzun müddət, sonuncu vəfat edənədək mübahisəli mənzildə birlikdə yaşamışdır. Belə olan halda, Mülki Məcəllənin 1303-cü maddəsinə əsasən, iddiaçının həmin yaşayış sahəsini almaqda üstünlük hüququ vardır. Yuxarıda qeyd edilən bütün halları və mülki qanunvericiliyin tələbləri əsas götürülsə iddiaçı Cavabdeh tərəfindən kompensasiya ödənilərsə, digər payçıların mübahisəli yaşayış sahəsinə olan hüquqlarına xitam verilə bilər və hətta bu kompensasiyanın ödənilməsinə məhkəmə tərəfindən 10 ildən çox olmayan müddətə möhlət verilə bilər. Yuxarıda qeyd edilən faktlar Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 28/2024 saylı qətnaməsi və Qaradağ rayon MKTB-nin xx.xx.2025-ci il tarixli arayışları ilə təsdiq olunur. Qarşılıqlı iddia üzrə iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. İddiaçı, eləcə də digər İddiaçı2 nümayəndəsi İddiaçı1 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı2 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, ilk iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı1 vəkili Vəkil2 Abbasqulu oğlu məhkəmə iclasında ilk iddia tələbini müdafiə etdi, qarşılıqlı iddianı qəbul etmədi, İddiaçı1 izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə ilk iddiaya etiraz təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə Cavabdeh vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və X6 hər birinin məcburi payı 1/16 hissə müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli mənzil paylı mülkiyyətdir və iddiaçıların mübahisəli mənzil üzərində 1/16 hissə pay hüququna malik olmaları, onların faktiki şəkildə evin hansısa hissəsinə köçürülə biləcəyi mənasına gəlmir. Çünki birincisi, pay nisbətinə nəzər saldıqda, ən çox paya sahib olan Cavabdeh iddiaçıların həmin mənzilə köçürülməsinə razı deyildir. İkincisi isə, mübahisəli yaşayış evinin iddiaçıların payına uyğun faktiki bölgüsü mümkün deyildir. İddiaçılara maxsus 1/16 hissədə pay evin heç bir otağını belə əhatə etmir və evdə bu paya uyğun gələn müstəqil şəkildə istifadə oluna biləcək bir sahə yoxdur. Buna görə də, iddiaçıların orada yaşamaq hüququ faktiki olaraq həyata keçirilə bilməyəcəkdir və Mülki Məcəllənin qeyd edilən maddəsinin tələbinə uyğun olaraq digər payçılara ödənilməsi, onların paylı mülkiyyətinə xitam verilməsi zəruridir. Əgər əmlak bütövlükdə vərəsələrdən birinə vəsiyyət edilmişsə, miras əmlak açıldığı gündən etibarən vəsiyyət üzrə vərəsənin əmlakı sayıldığından, yalnız macburi pay hüququna malik olan şəxslərin həmin əmlakda paylı mülkiyyətinin yaranması Konstitusiyanın 29-cu maddəsi ilə təminat altına alınan mülkiyyət hüququnun mahiyyatinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, mirasda məcburi pay haqqı vəsiyyət üzrə vərəsələr üçün öhdəliyin yaranmasına əsas olan hüquqi institut deyil, məhz miras qoyanın vəsiyyət sərəncamlarının məhdudlaşdırılmasına yönələn qanun üzrə vərəsəliyi mümkün deyilsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Vurğulanır ki, hazırki mübahisə üzrə iddiaçıların mübahisəli mənzilə köçürülməsi qanunvericiliyin vəsiyyət üzrə vərəsəlik institutuna, daşınmaz əmlakın bölünməsi ilə bağlı normalarına, həmçinin mülkiyyət hüququnun qorunması ilə bağlı prinsiplərinə ziddir. İddiaçıların məcburi pay hüququna malik olmaları əsas götürülərək həmin sahəyə köçürülməsi həm Cavabdeh hüquqularının məhdudlaşdırılmasına gətirib çıxaracaqdır, həm də iddiaçıların qanunvericiliyin onlara tanıdığı hüquqlardan sui-istifadə etməsilə cavabdehə zərər vurulmasına səbəb olacaq. Mübahisədən açıq şəkildə görünür ki, miras qoyan öz əmlakını bütövlükdə Cavabdeh vəsiyyət etmişdir və məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə də mübahisəli əmlak üzərində 12/16 hissədə pay hüququna malik olması təsdiq olunmuşdur. Lakin iddiaçılar onlara məxsus naturada ayrılması belə mümkün olmayan çox kiçik bir sahəyə köçürülmələrini tələb etməklə bu iddianı qərəzli şəkildə qaldırdıqlarını, əslində həmin sahəyə köçürülmələrinin həm qanunla, həm də faktiki olaraq mümkün olmadığını bildiklərini sübut edirlər. Buna görə də, iddia tələbinin təmin olunması cavabdehin mülkiyyət hüququnu pozmaqla ona zərərin vurulması ilə nəticələnə bilər. Yuxarıda qeyd edilənlərə əsasən, ilk iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında ilk iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, Cavabdeh izahatına və məhkəməyə təqdim etdiyi «qarşılıqlı iddiaya etiraz»a əlavəsinin olmadığını bildirdi və məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh X11 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə qarşılıqlı iddia üzrə cavabdeh X6 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə yuxarıda adları qeyd olunan tərəflərin və nümayəndələrin izahatlarını dinləyib, mübahisə predmeti olan mənzilə yerində baxış keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk və qarşılıqlı iddialar əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-28/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə iddiaçı Cavabdeh vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilmiş, İddiaçı1 cavabdehlər X8, Cavabdeh, X1, X3, İddiaçı2, İddiaçı3, X7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə İddiaçı2, İddiaçı3 və X6 hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla İddiaçı1 həmin mənzilə 1/16 hissədə məcburi payı müəyyən edilmiş, qətnamənin müvafiq şəhadətnamələrin verilməsinə əsas olması qeyd edilmiş, 100 manat dövlət rüsumunun İddiaçı3, X4, X5 və X2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan qətnamə ilə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə və yenidən sübut oluna bilməz. Bu səbəbdən, mənzilə dair təqdim olunmuş hüquqmüəyyənedici sənədlərin hazırki məhkəmə aktında sadalanmasına zərurət yoxdur. Azərbaycan Respublikası ƏMDX DƏDK və Reyestri PHŞ tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 28/2024 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş, 30 yanvar 2025 və 31 yanvar 2025-ci il tarixdə iş üzrə tərəflərin mənzil üzərində paylarına uyğun olaraq dövlət reyestrində qeydiyyat aparılaraq, adlarına çıxarış verilmişdir. Çıxarışa əsasən Cavabdeh payı 12/16 hissə, İddiaçı1 payı 1/16 hissə, İddiaçı2 payı 1/16 hissə, Dilarə Həziyevanın payı 1/16 hissə, İddiaçı3 payı 1/16 hissədən ibarətdir. Eləcə də, məhkəməyə həmin mənzilə dair tərtib olunmuş texniki pasport təqdim edilmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 01 avqust 2025-ci il tarixli 18/2-21015 saylı məktubundan görünür ki, İddiaçı1 Füzuli rayonu Kürdlər kəndində, İddiaçı2 ünvan 1 ünvanda, İddiaçı3 ünvan 2 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. - AA seriyalı 074327 saylı məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 Füzuli rayonundan məcburi köçkündür. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, ilk iddia üzrə İddiaçı3 tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Təqdim olunmuş sənədlərə (müharibə veteranı vəsiqəsi) əsasən qarşılıqlı iddia üzrə iddiaçı müharibə veteranı olmaqla dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Mülki işə obyektiv, ədalətli və hərtərəfli şəkildə baxılaraq düzgün hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 sentyabr 2025-ci il tarixli 2(002)-2392/2025 saylı qərardadı ilə müvafiq ekspertiza (qiymətləndirmə ekspertizası) təyin edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 0023/25 saylı hesabatından görünür ki, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi ev 31, 3 nömrəli mənzilin orta bazar qiyməti 92.300 manat təşkil edir. Əlavə olaraq tərəflərin paylarına uyğun olaraq iddiaçıların və qarşılıqlı iddia üzrə cavabdeh Dilarə Həziyevanın hər birinin payına uyğun olaraq dəyəri 5.768,75 manat, qarşılıqlı iddia üzrə iddiaçının payına uyğun olaraq dəyəri 69.225 manat təşkil edir. Qiymətləndirmə xərci 300 manat təşkil etmişdir. Mübahisə predmeti olan mənzilə yerində baxış keçirilmiş, otaqların quruluşu, hər otağın yaşayış şəraiti və s. yerində araşdırılmışdır. Mənzilin otaqlarının ölçüləri və quruluşu texniki pasportda təsbit olunmuş cizgiyə uyğundur. İlk iddia üzrə iddiaçıların hər birinə ayrı-ayrılıqda paylarına uyğun düşən sahə cüzidir. Şəxsin həmin cüzi sahədə yaşaması qeyri-mümkündür. Mübahisə predmetinin (ilk və qarşılıqlı iddialar üzrə) müxtəlifliyini nəzərə alan məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddiaların dəlilləri nəzərə alınmaqla hər iki iddia tələbi ayrı-ayrılıqda araşdırılaraq hüquqi qiymət verilməli, yəni ilk öncə ilk iddia tələbləri ilə bağlı sübutlar tərəflərin yaranmış qarşılıqlı münasibətlərinə uyğun araşdırılaraq ilk iddia tələblərinin hüquqi əsası tapılmalı, daha sonra isə bu qayda qarşılıqlı iddia ərizəsinin tələbləri üzrə tətbiq edilməlidir. İddia tələblərinin bu qaydada qiymətləndirilməsi mübahisəli hüquq münasibətləri üzrə məhkəmənin gəldiyi hüquqi nəticələrin aydın başa düşülməsi baxımından mühüm əhəmiyyət kəsb etməklə yanaşı, nəzərə alınmalıdır ki, ilk və qarşılıqlı iddiaların dəlilləri müfəssəl araşdırılaraq hüquqi cəhətdən qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «işdə qarşılıqlı iddia verildikdə, qətnamənin əsaslandırıcı hissəsində həm ilk, həm də qarşılıqlı iddia ayrıayrılıqda əsaslandırılmalı və qətnamənin nəticə hissəsində hər bir iddianın hansı qaydada həll olunması aydın göstərilməlidir». Odur ki, məhkəmə hazırki mübahisə üzrə tələblərin hüquqi dəyərləndirilməsinin aşağıdakı ardıcıllıqla aparılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə ilk iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk iddia ərizəsi üzrə tələblərə hüquqi qiymət verilməsi üçün mübahisəyə tətbiq edilməli maddi hüquq normaları nəzərdən keçirilməlidir. İlk iddianın hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsində təsbit olunmuş mülkiyyət hüququ barədə normaları çıxış edir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.4-cü maddəsinin tələbinə görə hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malik olsa da, bunun mümkün olub-olmaması əsaslı şəkildə araşdırılmalıdır. Digər tərəfdən, hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə etmək ixtiyarına malikdir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-28/2024 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə iddiaçı Cavabdeh vəsiyyətnamə və məcburi pay üzrə miras əmlak payı 12/16 hissə müəyyən edilmiş, bu qətnamə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə münasibətdə Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna Cavabdeh üçün vərəsəlik şəhadətnaməsinin verilməsinə əsas hesab olunmuş, İddiaçı1 cavabdehlər X8, Cavabdeh, X1, X3, İddiaçı2, İddiaçı3, X7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı «miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi» tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi Emin Quliyev küçəsi 31 saylı evin 3 saylı mənzilinə İddiaçı2, İddiaçı3 və X6 hər birinin məcburi payı 1/16 hissə olması nəzərə alınmaqla İddiaçı1 həmin mənzilə 1/16 hissədə məcburi payı müəyyən edilmişdir. Məhkəmədə həmçinin müəyyən edildi ki, ilk iddia üzrə iddiaçıların hər birinə paylarına uyğun ayrı-ayrılıqda düşən yaşayış sahəsi cüzidir. Mənzilin ümumi sahəsi 68,38 m2 təşkil edir. İddiaçıların hər birinin payına uyğun olaraq düşən sahə (68,38 m2 : 16) təxminən 4,27 m2 təşkil edir. İşin qeyd edilən halı ilk iddia üzrə iddiaçıların qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə etmələrinin mümkünsüz olduğunu göstərir. Məhkəmə işin qeyd edilən halı ilə bağlı adambaşına düşən yaşayış sahəsi normaları ilə ilk iddia üzrə iddiaçıların hər birinə düşən ümumi sahənin qarşılıqlı təhlili, paylı mülkiyyətçilərin sayının ikidən çox olması, mübahisəli yaşayış sahəsinin mənzil tipli olmaqla, mənzillərin bir-biri ilə əlaqəsini, qeyri-yaşayış sahələrindən ahəngdar və biridigərinə mane olmadan istifadənin təmin edilməsinin qeyri-mümkün olması və s. bu kimi məsələlərə geniş şəkildə toxunulmasına zərurət duymur. Qısa şəkildə vurğulanmalıdır ki, yuxarıdakı abzasda qeyd edilən hər bir hal işə obyektiv hüquqi qiymət verilməsi üçün mühüm göstəricilərdir. 2) Hər bir iddiaçıya düşən sahənin (yaşayış, qeyri-yaşayış s. birlikdə) təxminən 4,27 m2 təşkil etməsindən əlavə, tərəflər arasında olan münasibətlər yaxşı deyil, münasibətlərdə gərginlik mövcuddur. İşin qeyd edilən halını tərəflərin heç biri danmır. Bu isə, hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə etmələrini mümkünsüz edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Qeyd olunmalıdır ki, paylı mülkiyyətin mülkiyyətçilərinin hüquq və vəzifələrini müəyyən edən mövcud qanunvericilik - bütün mülkiyyətçilərin hüquqi mənafelərinin balanslı müdafiəsinə nail olmaq məqsədi ilə qəbul olunmuşdur və mübahisələrə baxılmasında aidiyyəti üzrə tətbiq edilir. Mübahisələrin hərtərəfli, tam və ədalətli araşdırılması məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsidir və məhkəmə qanunvericiliyin tələbləriə riayət etməli, aidiyyəti maddi hüquq normalarını düzgün tətbiq etməlidir. Hazırki iş üzrə ilk iddia tələbinə münasibətdə tətbiq olunmalı yuxarıda adı çəkilən maddi hüquq normasının tələblərindən və işin hallarından göründüyü kimi, ilk iddia tələbi əsaslı deyil və təmin edilə bilməz. İlk iddianın təmin edilməməsi ilk iddia üzrə iddiaçıların paylı mülkiyyət üzərində mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, ilk iddia üzrə iddiaçıların paylı mülkiyyət üzərində mülkiyyət hüquqları təsbit olunmuşdur, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə təminat altına alınmışdır. Sadəcə olaraq, ilk iddia tələbinin təmin edilməsi (mənzilə köçürülmə) qanunvericiliyin tələbləri nəzərə alınmaqla hazırki halda mümkün deyil. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Qarşılıqlı iddia ərizəsi üzrə tələblərə hüquqi qiymət verilməsi üçün mübahisəyə tətbiq edilməli maddi hüquq normaları nəzərdən keçirilməlidir. Vurğulanmalıdır ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Konstitusiyanın qeyd olunan normalarından irəli gələn və həmin normaları inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirir. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülki Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mülki Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Mülki Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Vurğulanmalıdır ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir (Mülki Məcəllənin 220.3-cü maddəsi). Mülki Məcəllənin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələndirilmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyasının ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Qeyd etmək lazımdır ki, bu qayda yalnız Mülki Məcəllənin 220.3-cü maddəsinə müvafiq olaraq payın naturada ayrılması tələbi irəli sürüldüyü halda tətbiq oluna bilər. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Əgər iddiaçı tərəfindən belə tələb irəli sürülməmişdirsə, məhkəmə öz təşəbbüsü ilə kompensasiyanın ödənilməsini müəyyən edə bilməz. Belə ki, məhkəmə iddia tələbinin hədlərindən kənara çıxa bilməz. Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil. Yuxarıda sadalananlardan göründüyü kimi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh paylı mülkiyyətin mülkiyyətçilərindən biri olaraq yalnız özünün payına uyğun olaraq pul kompensasiyası tələb etmək hüququna malikdir, onun digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququ yoxdur. Bu səbəbdən, qarşılıqlı iddia əsassız olmaqla, təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 qarşı «paylı mülkiyyətə kompensasiya verilməsi yolu ilə xitam verilməsi və həmin mənzil üzərində özünün tam mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara aid edilməlidir. 300 manat qiymətləndirmə xərci İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İlk iddia üzrə iddiaçılara izah edilməlidir ki, cavabdehə qarşı istifadə hüquqlarına kompensasiya ödənilməklə bağlı məhkəməyə müraciət edə bilərlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair ilk iddiası və Cavabdeh İddiaçı1, İddiaçı2, İddiaçı3 və X7 qarşı «paylı mülkiyyətə kompensasiya verilməsi yolu ilə xitam verilməsi və həmin mənzil üzərində özünün tam mülkiyyət hüququnun tanınması» tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İlk iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçılara aid edilsin. 300 manat qiymətləndirmə xərci iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2392/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2392/2025
21.01.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver