Məhkəmə qərarları › İş №2(002)-2405/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2405/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2405/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X6 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, 22.05.1999-cu ildə qızı X2 doğduğu oğlan cinsindən olan uşağın doğum faktının təsdiq edilməsi və ona doğum haqqında şəhadətnaənin verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, uşağın onun qızının uşağı olduğunu, qızının isə ölkə xaricində olduğunu, 3 yaşından uşağı onun saxladığını, indiyədək, uşağın adına heç bir sənəd alınmadığını, indi isə hərbi xidmətə getmək istədiyindən, həmin əsnədə ehtiyac olduğunu, lakin anaı və atası olmadığından, sənədləri olmadığından ala bilmədiyini, uşağın doğumuna dair xəstəxana tərəfindən verilmiş əvəzləmə kartının olduğunu, lakin tibbi şəhadətnamə olmadığını, bununla bağlı xəstəxanaya mürcaiət etmədiyini, onların həmin sənədi verib-vermədiklərini bilmədiyini bildirərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat təqdim etməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 22.06.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, X1 cinsi oğlan oolan uşağın doğumunun qeydə alınmasının, müvafiq tibb müəssiəsinin sənədi olmadığına görə mümkün olmamış, bununla bağlı məhkəməyə mürcaiət eidlməsi tövsiyə edilmişdir. İş materiallarında olan azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Forma N 113\u əvəzləmə kartının məzmunundan görünür ki, ananın adı X3 olmaqla, 22 may 1999-cu il tarixdə doğuş baş vermişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin Plennumunun 12 aprel 2019-cu il tarixli 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” qərarının 1.2 bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, hazırki mülki iş üzrə iddia tələbi uşağın doğumu faktına dair hüquqi əhəmiyyətli faktın müəyyən eidlməsindən ibarətdir. Həmçinin, iş materiallarından görünür ki, ərizəçi bununla bağlı müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, uşağın doğumuna dair tibb müəssisənin sənədi olmadığından, uşağın doğumunun qeydə alınmaısndan imtina olunmuşdur. Həmçinin, iş matetiriallarından görünür ki, uşağın xəstəxanada doğulmasına dair doğum evinin doğulmuş uşaq haqqında əvəzləmə kartı mövcuddur. Lakin ərizəçi tərəfindən müvafiq tibb müəssiəsinə mürcaiət edilməsi və həmin müəssisə tərəfindən tibbi şəhadətnamənin verilməsindən imtina olunması barədə sənəd iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda ərizəçinin məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, o müvafiq uşağın doğumuna dair tibbi şəhadətnamənin alınması üçün xəstəxanaya müraciət etməmişdir. Göründüyü kimi, ərizəçi tərəfindən doğum faktına dair hüquqi əhəmiyyətli faktın müəyyən eidlməsinin başqa qaydada alınmasının mümkün olmaması, habelə işin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmaması tələbinə riayət edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə ərizəçi tərəfindən mübahisənin məhkəmədən kənar nizama salınmasına riayət eidlmədiyindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi tərəfindən mülki prosessual qanunveriiciliyin tələbinə əsasən məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsini təsdiq edən sənədi iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259- 260, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə doğum faktının təsdiq edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar