Məhkəmə qərarları › İş №2(002)-2412/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2412/2020

19.11.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2412/2020 19.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Əsədov Cavid Həbib oğlunun katibliyi, İddiaçı qızının, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı qızının Cavabdeh qarşı fərdi yaşayış evinə-tikiliyə köçürülmə və əşyaların mühafizə olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı qızı Cavabdeh qarşı fərdi yaşayış evinə-tikiliyə köçürülmə və əşyaların mühafizə olunması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh şifahi vəsatət ilə məhkəməyə müraciət edərək, hər iki tərəfin Beyləqan rayonunda qeydiyyatda olduğunu, lakin mübahisə predmeti olan fərdi yaşayış evinin Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşdiyini, həmin ünvanda yerləşən 0,02 ha torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin atası X6 tərəfindən X2 etibarnamə ilə satıldığını bildirdi, ona görə də mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı qızı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil torpaq sahəsinin və üzərindəki tikilinin Qaradağ rayonunda yerləşdiyini fikirləşərək iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etdiklərini, həmin daşınmaz əmlakın Abşeron rayonunda yerləşdiyini indi öyrəndiklərini, ona görə də mülki işin aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə, izahatları dinləyib, iş materiallarını araşdıraraq, mübahisə predmeti olan fərdi yaşayış evinin Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşdiyini nəzərə alaraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan AR-İİ seriyalı 111298 saylı xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X1 Esmira Qəzənfər qızına Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin xx.xx.2016-cı il tarixli, qeydiyyat nömrəsi **********, seriya RX, nömrəsi ******* olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X4 məxsus olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən ümumi sahəsi 0,02 ha torpaq sahəsinin icarə hüququna sərəncam verməyi, icarə hüququnun alqısatqı müqaviləsini bağlamağı, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, adından ərizə yazmağı, imza etməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Azərbaycan Respublikasının MPM-nin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 39, 44-45 və 263-264-cü maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı qızının Cavabdeh qarşı fərdi yaşayış evinə-tikiliyə köçürülmə və əşyaların mühafizə olunması tələbinə dair iddia ərizəsi barədə 2(002)-2412/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar