Məhkəmə qərarları › İş №2(002)-2433/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2433/2021

08.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2433/2021 08.09.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə səlahiyyətli nümyəndəsi və vəkili X1 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2nə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs2nə və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 miras əmlakı kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı ərizəçilər Ərizəçi1 və Ərizəçi2 etibarnamə üzrə səlahiyyətli nümyəndəsi və vəkili X4 izahat verərək bildirdi ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətində olmuşdur. Həmin ev X3 adına xüsusi mülkiyyət hüququ üzrə 30/828 qeydiyyat nömrəli 30 mart 1989-cu il tarixli qeydiyyat şəhadətnaməsi ilə rəsmi qeydiyyata alınmışdır. Mülkiyyətçi X7 17.06.2020-ci il tarixdə vəfat etmişdir və bu barədə 01 iyul 2020-ci il tarixli ölüm haqqında şəhadətnamə verilmişdir. X3 vəfatından sonra Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə vərəsələri - qızı Ərizəçi2 və arvadı Ərizəçi1 faktiki olaraq qəbul etmişdir. Hər iki ərizəçi mirası faktiki olaraq qəbul etsə də, mülki qanunvericiliyin tələbinə uyğun olaraq mirasın notariusa ərizə verilərək qəbul edilməsi üçün müəyyən edilmiş altı aylıq müddəti koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilən karantin rejiminin yaratdığı məhdudiyyətlər ucbatından ötürmüşlər. Lakin sonradan ərizəçilər Maraqlı şəxs2nə müraciət edərək vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs2 mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olduqlarını bildirmişdir. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Tilat Səfərov vəfat etdikdən sonra həmin evdə onun ikinci həyat yoldaşı Elmira və qızı Çimnaz yaşayır. Hazırda evə və həyətə faktiki ərizəçilər sahiblik edir, ağac və bitkilərə onlar qulluq edirlər. X11 birinci nikahdan dörd övladı olmuşdur, onlardan üçü Zeynəb, Araz və Azər həmin evdən ərizəçilərin xeyrinə imtina etməyə hazırdır. Digər övlad Növrəstə isə narazıdır. Halbuki, Növrəstə həmin evdən 15 il əvvəl köçüb getmiş, mərhumla əlaqəsi olmamış, buna baxmayaraq Elmira və Çimnazın xeyrinə imtina etməsi üçün Elmiradan təxminən otuz min manat dəyərində qızıl-zinət əşyası alaraq imtina edəcəyini bildirmiş, lakin hazırda bu vədini yerini yetirməmişdir. Əslində Növrəstə on beş ildən çoxdur həmin evdə yaşamır, mirası nə faktiki, nə də ərizə verməklə qəbul etməmişdir. Ərizəçilər isə miras əmlakı faktiki qəbul etmişlər və bu faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişlər. Hazırda o, məhkəmədən ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs2 məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Digər maraqlı şəxs DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, mərhum atası Tilat vəfat edəndən sonra həmin evdə atasının ikinci həyat yoldaşı Elmira və atasının ikinci nikahdan olan qızı Çimnaz yaşayır. Hazırda evə və həyətə onlar sahiblik edir, ağac və bitkilərə də onlar qulluq edirlər. Mərhum atasının birinci nikahdan dörd uşağı olmuşdur. Onlardan üçü - özü, bacısı Zeynəb, qardaşı Araz həmin evdən ərizəçilərin xeyrinə imtina etməyə hazırdırlar. Digər bacısı Növrəstə isə narazıdır. Halbuki, Növrəstə həmin evdən Elmira və Çimnazın xeyrinə imtina etməsi üçün Elmiradan təqribən otuz min manat dəyərində qızıl-zinət əşyası almışdır. Əslində Növrəstə on beş il əvvəl həmin evdən köçüb getmiş və orada yaşamamışdır. Atası vəfat edəndən sonra isə evə faktiki olaraq Elmira və Çimnaz sahiblik edirlər. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, o, ərizəçilər ilə qonşuluqda yaşayır. Tilat kişi rəhmətə getdikdən sonra evdə Elmira və Çimnaz yaşayır, evə, həyətə, ağaclara onlar baxırlar. Arada Çimnazın qardaşları da gəlib-gedir. Lakin Növrəstəni təxminən 20 ildir ki, həmin evdə görmür. Məhkəmə, ərizəçilərin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 30.03.1989-cu il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan Vİ-JQ seriyalı, 280310 saylı saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi1 03.08.1993-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon VVADQ şöbəsində 264 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan XVİİİ-JQ seriyalı, 377524 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 17 may 1994-cü il tarixdə anadan olmuşdur, anası Ərizəçi1, atası X5r. İş materiallarında olan AZ-İİ No 086628 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 17.06.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 406 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında oaln Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümyəndəliyi tərəfindən verilmiş 30.08.2021-ci il tarixli, 537 saylı arayışdan görünür ki, Səfərova X6 qəsəbəsi, 2-ci massiv, 6-cı S.Orucov küçəsi, keçid 1, ev 4 ünvanında qeydiyyatdadır. Ərizəçi1 həmin evdə qeydiyyatsız yaşayır. İş materiallarında olan Əliyev İlqar, Əliyev Bəhruz və Namazov Sədi tərəfindən tərtib edilmiş və öz imzaları ilə təsdiq edilmiş 22.08.2021-ci il tarixli aktdan görünür ki, həqiqətən qonşuları X7 17.06.2020-ci il tarixdə vəfat etmişdir. X7 vəfat edənə qədər onların qonşuluğunda Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində həyat yoldaşı Ərizəçi1, qızı Çimnaz və oğlu Elnurla birlikdə yaşamış və həmin evdə qeydiyyatda olmuşdur. Təsdiq edirlər ki, mərhumun vəfatından sonra onun Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini miras əmlak kimi onun birinci növbədə vərəsələri – qızı Ərizəçi2 və həyat yoldaşı Ərizəçi1 faktiki olaraq qəbul etmişdir. Onlardan başqa mərhumun digər vərəsələri qeyd olunan mirasa sahiblik etməmiş, hüzr mərasimindən sonra həmin evə gəlməmiş, orada qalmamış və evlə maraqlanmamışlar. Amma Ərizəçi2 və anası Ərizəçi1 həmin evi bu günədək sahibsiz qoymamış, evin və həyətin baxımlı saxlanılmasını təmin etmişlər. Bu günə qədər həmin ev Ərizəçi2 və Ərizəçi1 faktiki sahibliyindədir. Qonşular həmişə onları evdə, həyətdə görmüşlər. Ağaclara, evə və həyətə qulluq Ərizəçi1 və Ərizəçi2 tərəfindən, bəzən də X8 tərəfindən həyata keçirilir. Həmin şəxslər onların Tilat Səfərovun sağlığında da, onun ölümündən sonra da evdə yaşayan qonşularıdır. İş materiallarında olan kommunal xidmətlər üzrə bildirişlərdən və ödəniş qəbzlərindən görünür ki, Səfərov Tilatın vəfatından sonra kommunal xidmətlərdən istifadə olunmuş və ödənişlər həyata keçirilmiş, həmin sənədlərin əsilləri isə ərizəçilər tərəfindən məhkəməyə təqdim olunmuşdur. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlara əsasən ərizə əsaslı hesab olunaraq təmin edilməli, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən yerləşən fərdi yaşayış evinin mərhum X2 miras qalmış əmlak kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının 10-cu bəndinə əsasən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinə əsasən, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd və s. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin mərhum X3 miras əmlakı kimi onun birinci növbədə vərəsələri olan Ərizəçi1 və Ərizəçi2 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlı̇ k edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar