Məhkəmə qərarları › İş №2(002)-2489/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2489/2025

07.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2489/2025 07.08.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi Magarlamov (Məhərrəmov) Zaman Nəbi oğlunun iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi və akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun, X5 18 yanvar 1968-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğumun qeyd edilmə faktının müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adının Zaman, soyadının Məhərrəmov, ata adının Nəbi, doğum tarixinin 18 yanvar 1968-ci il, doğum yerinin Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndi, ata qrafasında ata adının X7, ana qrafasında ana adının «X4», milliyyətlərinin «azərbaycanlı» kimi qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X11 18 yanvar 1968-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur və bu barədə Güllübulaq kənd sovetliyində doğum barədə akt qeydi aparılmışdır. O, hərbi xidmətdən sonra Qazaxstan Respublikasında işləməyə getmiş və hazırda da Qazaxstan Respublikasının vətəndaşıdır. Məlum hadisələrlə əlaqədar valideynləri Ermənistan SSR-dən qaçqın olmaqla Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışlar. Onun bütün sənədlərdə soyadı Məhərrəmov olsa da, Qazaxstan Respublikasında ona vətəndaşlıq verilərkən soyadı Maqarlamov kimi yazılmışdır. Hazırda o, doğum haqqında şəhadətnaməsini müəyyən səbəblər üzündən itirmişdir. Doğum akt qeydi Ermənistan SSR-də aparıldığından, yeni doğum haqqında şəhadətnamə ala bilmir. Bu barədə qeydiyyat şöbəsinə ərizə versə də, məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Hazırda həmin şəhadətnamə ona bəzi hüquqi sənədləşmə işlərinin aparılması üçün lazımdır. Əlavə olaraq bildirir ki, onun doğum haqqında şəhadətnaməsinin surəti mövcuddur, həmin şəhadətnaməyə əsasən də o, X3 ilə nikaha daxil olmuşdur və nikah haqqında şəhadətnamədə də soyadı doğum haqqında şəhadətnaməyə əsasən Məhərrəmov kimi yazılmışdır. Ondan böyük bacıları X8 xx.xx.1959-cu il tarixdə, X9 isə xx.xx.1966-cı il tarixdə doğulmuş və onların doğum haqqında şəhadətnamələrində ata qrafasında atalarının adı «X7», ana qrafasında analarının adı «X4» kimi qeyd edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X13 ifadəsində bildirdi ki, ərizəçi qayınıdır. 1983-cü ildə qayın olmuşlar. Ərizəçi 1988-ci ildə Qazaxstana gedib, sonra Azərbaycana qayıdıb. Amasiya rayonu Güllübulaq kəndindəndirlər. Ərizəçi də eyni rayonda doğulub. X1 ifadəsində bildirdi ki, ərizəçi onun qayınıdır. Amasiya rayonu Güllübulaq kəndindəndirlər. Ermənistan SSR-dən Qazaxstana, Almataya köçüb. Sonra Azərbaycana qayıdıb. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki, Məhərrəmov (Magarlamov) Zaman Nəbi oğlu 18 yanvar 1968-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur. X2, anası X4 olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyi tərəfindən icra edilmiş, ona 22 yanvar 1968-ci il tarixdə İ-JZ seriyalı ******* saylı doğum haqqında şəhadətnamə təqdim olunmuş, illər sonra həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin adına digər sənədlər (ərizəçidə olan sənədlər məhkəməyə təqdim olunmuş, həmin sənədlərin hər biri tədqiq olunmuşdur) verilmişdir. Ərizəçi hərbi xidmətdən qayıtdıqdan sonra işləmək üçün Qazaxstan Respublikasına getmişdir. Ərizəçi naməlum şəraitdə doğum haqqında şəhadətnaməsinin əslini itirmişdir. Ərizəçiyə SSRİ dönəmində verilmiş pasporta əsasən müxtəlif sənədlər, o cümlədən şəxsiyyət vəsiqəsi təqdim olunmuşdur. Ərizəçinin valideynləri vəfat etmişlər. Təqdim olunmuş ölüm haqqında şəhadətnamələrdən göründüyü kimi, ərizəçinin X2 20 avqust 2000-ci il tarixdə Bakı şəhərində kəskin ürək-damar çatışmazlığından, ərizəçinin anası X4 15 iyun 1998-ci il tarixdə Bakı şəhərində İBS aterosklerotik kardiosklerozdan vəfat etmiş, bu barədə Maraqlı şəxs tərəfindən müvafiq akt qeydləri kitabında akt qeydləri aparılaraq, mərhumların adına ölüm haqqında müvafiq olaraq AZ-İ seriyalı 992914 saylı və V-JQ seriyalı 302720 saylı ölüm haqqında şəhadətnamələr verilmişdir. Bakı şəhəri Maraqlı şəxs 03 may 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinin həmin şöbədə mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X2, anası X4 olan X11 18 yanvar 1968-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi özünün doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2, anası X4 olan X5 18 yanvar 1968-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və X5 doğum akt qeydi bərpa olunsun. X5 adına doğum şəhadətnaməsi verilsin. Doğum haqqında şəhadətnamədə adı Zaman, soyadı Məhərrəmov, ata adı Nəbi, doğum tarixi 18 yanvar 1968-ci il, doğum yeri Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndi, ata qrafasında ata adı X7, ana qrafasında ana adı X4, milliyyətləri azərbaycanlı kimi qeyd olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar