Məhkəmə qərarları › İş №2(002)-249/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-249/2025

03.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-249/2025 03.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi İddiaçı «uşağın doğum faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, 02.1997-ci il təvəllüdlü X5, xx.xx.1999-X6 doğum faktının müəyyən edilməsi ve doğum haqqında şəhadətnamənin verilməsi, uşaqların doğum haqqında akt qeydlərində doğum yerləri Bakı şəhəri, atasının X7,anasının İddiaçı olmasının qeyd edilməsi və qətnamənin icrasının qeydiyyat şöbəsinə həvalə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, onun həyat yoldaşı X15 ilə nikahından 6 övladı anadan olmuşdur. 4 övladının doğumunu vaxtında dövlət qeydiyyatına aldırmışdır. 2 övladının doğumu indiyənədək qeydə alınmayıb.X16 xx.xx.1997-ci ildə doğulub. Mustafayeva Gözəl xx.xx.1999-cu ildə doğulub. 2 qızının doğum haqqında şəhadətnaməsinin olmaması onun Azərbaycan vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədir. Uşaqların doğum haqqında şəhadətnaməsi verilmədiyindən şəxsiyyət vəsiqəsidə ala bilmirlər. Heç biri məktəbə getməyib, təhsil ala bilməyiblər. 2 uşaq yetkinlik yaşına çatmış bir gənc kimi, doğum haqqında şəhadətnamələri olmadığından Azərbaycan Respublikası vətəndaşı kimi şəxsiyyətini təsdiq edən sənədinin olmaması müvafiq peşə yönümlü təhsil almasına, eləcə də işləməsinə maneçilik törədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Qaradağ şöbəsinə bu barədə müraciət etsə də, doğumu haqqında tibbi şəhadətnamə olmadığından uşaqların doğumunun qeydə alınmasının mümkün olmadığını bildirmislər və bu barədə yazılı cavab təqdim ediblər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ərizənin məzmununa uyğun izahhat verərək təmin olunmasını xahiş etdi. Ərizəçi İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, atası və babası vafat edib, Ələt qəsəbəsində yaşayırlar. Uşaqlar da Ələt qəsəbəsində doğulublar. Atasının adı Ağarzadır. Aidə və Tünzalə bacılarıdır. Qisməti isə qardaşlarıdır. Gözəli evdə-eşikdə Məlahət deyə çağırırlar. Digər bacısının adı isə Nigardır. Uşaqlar nə bağçaya, nə də məktəbə getmişdilər.Valideynlərinin rəsmi nikahı olub, boşanmamışdılar. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktubla müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ seriyalı 398832 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2024-cü ildə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 305 nömrə ilə qeydiyyat aprılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixdə Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında arayışdan görünür ki, X15 ilə X21 arasında nikah xx.xx.1982-ci il tarixdə 405 nömrəli aktı ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi,E.İmanov küçəsi, 1 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. İş materiallarında olan qəbzdən görünür ki, İddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu təyinatı Qaradağ rayon Məhkəməsi olmaqla dövlət nəfinə ödənilmişdir İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü və xx.xx.1999-cu il təvəllüdlü uşaqların doğumunun qeydə alınması ilə bağlı vətəndaşın ərizəsinə baxılmışdır.Bildirir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinin tələblərinə əsasən uşağın anadan lan ma mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir.Göstərilənlərlə bağlı bildirir ki, tibbi şəhadətnamə olmadığından hazırda uşaqların doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarasindən məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş İddiaçı və X15 barəsində olan sorğulara cavab olaraq bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-ci il 14 fevral tarixli 47 nömrəli Qərarı ilə təsdiq olunmuş "Milli arxiv fondu sənədlərindən istifadə Qaydası'nın 301-ci maddəsinə əsasən müraciətdə qeyd edilən şəxslərə aid müvafiq hadisə, fakt haqqında axtarış məlumatları (burada: adıçəkilən vətəndaşın ailə üzvləri ilə birlikdə yaşayış yerinə qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması haqqında aidiyyəti RİH-nin müvafiq qərarının (sərəncamının, protokolunun və s.) tarixi və nömrəsi) qeyd edilmədiyindan sorğunu icra etmək imkan xaricindədir. İş materiallarında olan Qaradağ rayon Polis İdarəsində məhkəməyə daxil olmuş xx.xx.2024cü il tarixli məktubu ilə X10 məxsus fərdi uçot kartoçkasından görünür ki, X15 evli olmaqla Ələt qəsəbəsi, E.İmanov küçəsində yaşayırdı. İş materiallarında olan Qaradağ RİH Başçısnın Ələt qəsəbə İƏD üzrə nümayəndəliyindən məhkəməyə daxil olmuş 132 saylı Mənzil Kommunal İsitismar sahəsinin arayışlarından görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi,E.İmanov küçəsi, 1 saylı evin 1 saylı mənzilində qeydiyyatda olmaqla yaşayan İddiaçı ailə tərkibləri aşağıdakılardan ibarətdir. xx.xx.1985-ci il təvəllüdlü X11, xx.xx.1983-cü il təvəllüdlü X22, xx.xx.1986-cı il təvəllüdlü X9,xx.xx.1986-cı il təvəllüdlü X20, xx.xx.1998-ci il təvəllüdlü X12 və xx.xx.1993-cü il təvəllüdlü X17. İş materiallarında olan Maraqlı şəxsndən sorğulara cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı nikah və nikahın pozulması, eləcə də X5 və X6 doğumu haqqında akt qeydinin surətinin istənilməsinə dair sorğunuza baxılmışdır.Bildirir ki, "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdınımış qeydiyyat informasiya sistemində tərəfimizdən daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlan üzrə yoxlama aparılmış və X5 və X6 doğumu haqqında məlumat aşkar olunmamışdır. İddiaçı nikahı haqqında akt qeydinin suratini göndərərək, qeyd edir ki, müvafiq nikah haqqında akt qeydinin üzərində nikahın pozulması barədə qeyd aşkar edilməmişdir. İş materiallarında olan nikahın bağlanması haqqında aktdan görünür ki, X15 ilə X21 arasında nikah xx.xx.1982-ci il tarixdə 405 nömrəli aktı ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Maraqlı şəxsndən sorğulara cavab olaraq məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, bildirir ki, "Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdınımış qeydiyyat informasiya sistemində daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlan üzrə yoxlama aparılmış və X3 doğumu haqqında məlumat aşkar olunmamışdır. İş materiallarında olan AZ-T seriyalı 016966 saylı və İX-ЖГ seriyalı 383401 saylı doğum haqqında şəhadətnamələrdən X4 və X8 ataları X18, anaları isə İddiaçıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadə verərək bildirdi ki, ərizəçi onların gəlinidir. Ağarzanın doğma bacısıdır. Gəlinlərinin uşağı olanda həkimə öz əlləri ilə aparıblar. Qardaşıgillə eynı həyətdə qalırdılar. Gözəl xx.xx.1999-cu ildə, Nigar isə xx.xx.1997-ci ildə anadan olmuşdur.Həmin vaxtlar orada vəziyyət çətin olub, maddi imkanları çatmırdı ki, sənəd işin həll etsinlər.Gözəl və Nigarın qeyd etdiyi vaxtlarda Ələt qəsəbəsində anadan olmalarını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək ərizəçinin qızı olduğunu bildirərək, Gözel ve Nigarın bacıları olmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadə verərək ərizəçinin qızı olduğunu, Gözəl və Nigarın bacıları olmasını təsdiq etdi. Oxumamışdır deyə savadı yoxdur, bacılarının dəqiq doğum tarixini bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1.-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:https://e-qanun.az/framework/2426 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydaların 2.8.2-ci bəndinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qaydaların 2.8.3-cü bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi doğum faktının müəyyən edilməsi və uşaqların adına doğum haqqında şəhadətnamənin verilməsinin onların şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Məhkəmədə iclasında tədqiq olunmuş sənədlər, məhkəmə sorğusuna verilmiş cavablar, ərizəçinin nümayəndəsinin izahatları, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, ərizəçi İddiaçı X15 ilə nikahından – xx.xx.1997-ci il tarixdə Nigar, xx.xx.1999-cu il tarixdə Gözəl adlı uşaqları doğulmuşdur. Hər iki uşaq ev şəraitində doğulduqları üçün müvafiq tibb müəssisəsinin arayışı və ya doğuma kömək etmiş həkimin verdiyi sənəd olmamış, bu səbəbdən ərizəçi doğum haqqında şəhadətnamə əldə etməmişdir və hazırda həmin sənədin əldə edilməsi imkanı itirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Bakı şəhərində X5 və xx.xx.1999-cu il tarixdə Bakı şəhərində X6 doğulmaları faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən xüsusi icraat qaydasında ərizənin irəli sürülməsi ilə əlaqədar ərizəçinin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, ərizəçinin üstün maraq və mənafeyini rəhbər tutaraq hesab edir ki, ərizəçinin övladlarının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, X5 (qadın cinsi) xx.xx.1997-ci ildə və X6(qadın cinsi) xx.xx.1999-cu ildə Bakı şəhərində İddiaçı doğulmalarına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizəçinin övladlarının adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadları Mustafayeva, doğum yerləri Bakı şəhəri, ana qrafasında İddiaçı, ata qrafasında X15 qeyd edilməli; ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. X5 xx.xx.1997-ci il tarixdə, X6 xx.xx.1999-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində İddiaçı doğulmalarına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X13 münasibətdə doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadı Mustafayeva, adı Nigar, doğum tarixi xx.xx.1997-ci il, doğulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ana qrafasında anasının adı İddiaçı, ata qrafasında ata adı X1 qeyd edilsin. X14 münasibətdə doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadı Mustafayeva, adı Gözəl, doğum tarixi xx.xx.1999-cu il, doğulduğu yer Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ana qrafasında anasının adı İddiaçı, ata qrafasında ata adı X1 qeyd edilsin. Qətnamə ərizəçinin övladlarının adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar